945) Oksigen terapiyasının ağırlaşmalarına aid deyil?
A) Pnevmonit
B) Hipertermik sindrom
C) Traxeobronxit
D) Qlomerulonefrit
E) Qıcolma sindromu
Ədəbiyyat: İsmayılov İ.S. Reanimasiya: prinsipləri, mərhələləri, və metodları. Dərs vəsaiti.-Bakı, “Təbib” 2007, 174 s.
946) Hiperbarik oksigenləşdirmə zamanı baş verir?
A) Fizioloji boşluqlara kompressiyanın azalması
B) Tənəffüs mərkəzinin funksiyasının zəifləməsi
C) Tənəffüs alkolozu
D) Tənəffüs yollarının aerodinamik müqavimətinin azalması
E) Alveolyar şuntlanmanın azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
947) Yenidoğulmuşlarda kəskin respirator distress-sindromun səbəb olmur?
A) Surfaktant çatışmamazlığı
B) Ürəyin anadangəlmə qüsurları
C) Doğan qadının böhranlı vəziyyətdə olması
D) Amniotik mayenin aspirasiyası
E) Uşağın vaxtından tez doğulması
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
948) Ağ ciyərlərin atelektazı hansı mənşəli olmur?
A) Obturasiya
B) Neyrogen
C) Toksiki
D) Hipoventilyasion
E) Kompressiya
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
949) Yenidoğulmuşlarda kəskin respirator distress-sindromu zamanı müşahidə edilmir?
A) Asidoz
B) Artan hipoksemiya
C) Arabir apnoe anları
D) Davamlı sianoz
E) Alkaloz
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. - М.: ГЕОТАР – МЕД, 2002. – 552.
950) Histotoksik hipoksiyanın baş vermə səbəbi nədir?
A) Uremik intoksikasiya
B) Qara ciyər çatmalığından meydana çıxmış intoksikasiya
C) İntensiv diareya nəticəsində baş vermiş homeostaz pozğunluqları
D) Toxumaların oksigeni utilizasiya (mənimsəmək qabiliyyəti) edə bilməməsi
E) Bağırsaq keçməzliyi nəticəsində olan intoksikasiya
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
Dostları ilə paylaş: |