Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə158/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   154   155   156   157   158   159   160   161   ...   182
mədəni  dəyərlərin  təsiri  böyükdür.  Həyatda  pozitiv  dəyişikliklərin 
əldə edilməsi üçün, çox zaman, dəyərlərin yenidən qiymətləndirilməsi, 
insanın 
və  cəmiyyətin 
sosial-mədəni  inkişafının  ehkam  və 
stereotiplərdən  imtina  etmək  lazım  gəlir.  Cəmiyyətdə  qəbul  olunmuş 
mədəni  dəyərlər sistemi,  çox halda, hər bir ölkənin siyasi kursu  ilə də 
şərtlənir.  Buna  görə  də,  sosial  baxımdan  effektiv  olmayan  siyasi
331


Kuad  Mammadot
Kulturologiya effektivli hay at vo f.-ialiw-Ho aparan vol
kursun  dəyişdirilməsi  üçün  dəyərlər  sisteminin  dəyişdirilməsi  və  ya 
təkmilləşdirilməsi  zəruridir.  Kulturoloji  təhsil  və  maarifləndirmə  bu 
problemin həll edilməsi üçün geniş imkanlar açır,  çünki,o,  həm  həyati 
dəyərlərin  düzgün  başa  düşülməsinə,  həm  də  insan  və  cəmiyyətin 
proqressiv inkişafına yeni nəzərlə baxılmasına  yardım edir.
Beləliklə,  müxtəlif  dinlərə  və  millətlərə  mənsub  insanların 
fundamental  beynəlxalq  kulturoloji  hazırlığına,  bəşəriyyətin  davamlı 
sülh  və  təhlükəsiz  inkişafi  məqsədi  ilə  mütəxəssislərin  və  onlann 
yaradıcı  fəaliyyətinin  düzgün istifadəsinə  xüsusi ehtiyac yaranmışdır. 
Yenidənhazırlanma  ilə 
dövlət  məmurları,  iş  adamları,  diplomat, 
hüquqşünas,  iqtisadçı, din xadimi, eləcə də qeyri-hökumət təşkilatlan
icma,  həmkarlar  təşkilatı,  bələdiyyələr  və  vətəndaş  cəmiyyətinin 
digər üzvləri əhatə olunmalıdırlar.
Kulturoloji  təhsil  və  maarifləndirmə  aşağıdakı  sahələr  üzrə 
potensial  istedad  və  qabiliyyətlərin  inkişafı,  həmçinin,  universal  və 
xüsusi elmi biliklərin cəmiyyətə ötürülməsi prosesidir:
•  Xalqlann 
mədəni 
tarixi 
və 
insanın 
həyat 
fəaliyyət
texnologiyalan
•  Etik mədəniyyət
•  Hüquqi mədəniyyət
•  Estetik və bədii mədəniyyət
•  Ekoloji və tibbi mədəniyyət
•  Demokratiya və vətəndaş cəmiyyətinin siyasi mədəniyyəti
•  Sülh mədəniyyəti  və gender mədəniyyəti
•  İqtisadi  inkişaf və sahibkarlıq etikası mədəniyyəti
•  Ətraf aləmin mühafizəsi mədəniyyəti
•  Xalqlar-, dinlər- və millətlərarası münasibət mədəniyyəti
•  Yoxsulluğun və korrupsiyanın azaldılması texnologiyalan
•  Ziddiyyətlərin  həlli  və  terrorizmin  aradan  qaldınlması
texnologiyalan
•  Məsuliyyət mədəniyyəti
•  İstehlak və qida mədəniyyəti
•  Dövlət, sosial  və qlobal  idarəetmə mədəniyyəti
İnteraktiv  kulturoloji  təhsilin  üstünlüyü  ondadır  ki,  o,  özündə 
mədəniyyət  tarixi,  mədəni  antropologiya,  mədəniyyət  fəlsəfəsi  və
332
Fuad  MamıqodQv
Kulturologiya efTektivli haval  va faalivvala aparan yol
mədəıniyyətin  sosiologiyası  üzrə  nailiyyətlərin  tarixi,  məntiqi, 
psixoloji,  fəlsəfi,  sosioloji  və  politoloji  təhlil  metodlannı  harmonik 
birləşdirərən sistemli kulturoloji  yanaşmaya istinad edir.  Mədəmiyyəti 
bütöv  sosial  sistem  kimi  nəzərdən  keçirən  və  siyasi,  sosial-mədəni 
problemlərin  ekspertizasını  reallaşdıran bu  yanaşma  nəinki,  cəmiyyət 
qarşısında  müəyyən  vəzifələr  qoymağa,  həm  də 
onlann 
daha 
effektiv  əməli  həlli  yollan  və  texnologiyalannı  müəyyənləşdirməyə 
imkan yaradır.
Kulturologiya  təxəyyül  və  yaradıcı  qabiliyyətləri,insanlann
tərəqqipərvər  dəyişikliklərə  səfərbərliyinə,  ictimai  tələbatlara  cavab 
verən  və  dünya  inkişaf  tendensiyalanna  uyğun 
sosial-mədəni 
inkişafin  yenilikçi  model  və  layihələrinin  yaradılmasına  yardım  edən, 
mümkün gələcəyin obrazlı görümünü fəal inkişaf etdirir.
Beynəlxalq kulturoloji təhsilin missiyası bəşəriyyətin ruhi və maddi 
mədəniyyəti  inkişafinın  tarixi,  nəzəriyyəsi  və  praktikası,  xüsusilə  də, 
demokratik mədəniyyətin  inkişafı  sahəsində  xasusi  bilik  və bacanq- 
lara  malik  şəxsiyyətlərin,  lider  və  ekspertlərin  formalaşdınlmasında- 
dır.  Cəmiyyətin  maraqlarına  cavab  verən  demokratik  mədəni  dəyər­
lərin  formalaşdırılması  üçün  bütün  dünyada  qlobal  siyasətin  dəyişdi­
rilməsi,  onun  demokratikləşdirilməsi  və  humanistləşdirilməsinə  apa­
ran əlverişli şəraitin yaradılması  zəruridir.  Bu, bəşəriyyətin təhlükəsiz 
inkişafi  və  stabilliyi  üçün  zəruri  olan  dəyər,  mədəniyyət  və  maraq­
ların  harmonizasiyasına istiqamətlənmiş yeni strategiya və modellərin 
reallaşdınlmasını  təmin  edən,  mədəniyyətin yeni  sosial  institutlarının 
yaradılmasını və artıq mövcud olanların transformasiyasını  tələb edir.
Sülh  mədəniyyətinin  yaradılması  və  qlobal 
idarəetmənin 
effektivliyinin 
artırılması  maraqlarından  çıxış  edərək.  “Simürğ" 
Azərbaycan  Mədəniyyət Assosiasiyası tərəfindən  dünyada kulturoloji 
təhsilin  effektivliyini  təmin  edən  və bəşəriyyətin  milli,  regional  və 
qlobal 
problemlərinin  həllinin 
effektiv  sosial  texnologiyalarına 
yiyələnmiş  ekspert-kulturoloqların  hazırlığına  yardım  edən  Dünya 
Mədəniyyətinin  Beynəlxalq 
İnstitutu 
modelini 
işləmiş 

Kulturologiya Məktəbi  modelini işləmişdir.

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin