Atu-ya yeni qəbul olmuş rezidentlərlə



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix26.12.2016
ölçüsü9,61 Mb.
#3540
1   ...   21   22   23   24   25   26   27   28   ...   37
A.KAMRANOĞLU

Ümidləri doğruldan gənc həkim

Həkimlik bütün dövrlərdə ən müqəddəs peşə 

sayılıb. İnsanlar sağlamlıq keşikçilərinə həmişə 

xüsusi hörmətlə yanaşıblar. 

u

 



Gəncə şəhərinin 2016­cı ildə “Avropa 

Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar 

Azərbaycan Milli Elmlər Akademiyası  Gənc 

Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər 

İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə 

10­14 oktyabr 2016­cı il tarixlərində qədim 

Gəncə şəhərində bu mühüm hadisəyə həsr 

olunan “XXI əsrdə dünya elminin inteqrasiya 

prosesləri” mövzusunda gənc alim və 

mütəxəssislərin beynəlxalq Forumu baş 

tutmuşdur.

 

Bu mötəbər elmi tədbirə 

ümumilikdə 25 ölkənin 530 gənc 

alim və mütəxəssisləri müraciət 

edib. Elmi Təşkilat Komitəsinin 

ekspertizasına uyğun olaraq 350-

yə yaxın gənc tədqiqatçının əsəri 

qoyulan tələblərə cavab vermiş və 

qəbul olunmuşdur. Foruma on iki 

ölkədən 26 gənc alim və mutəxssis 

dəvət olunsa da,  onların 22-nin 

iştirakı təmin edilmişdir. Xarici 

ölkələrdən - Türkiyə, Makedo-

niya, Belorusiya, Rusiya, Polşa, 

Almaniya, Gürcüstan, Özbəkistan, 

İran, İraqdan eyni zamanda 

Azərbaycanın müxtəlif bölgələrindən Foruma 

təşrif buyuran gənc alimlər həm panel, həm də 

poster müzakirələrində məruzələrini təqdim 

etmiş və fikir mübadiləsi aparmışdır.

Eyni zamanda Forum - dünyanın müxtəlif 

ölkələrini təmsil edən gənclərin qlobal aktu-

allıq kəsb edən məsələlər, o cümlədən tarixi

dini, mədəni və s. mövzular ətrafında birgə 

fikir mübadiləsi aparması məqsədini daşı-

yır.  Beynəlxalq tədbir çərçivəsində, həmçinin 

müxtəlif elmi sahələrdə fəaliyyət göstərən 

gənclərin dünya elminin inkişafı üçün mühüm 

əhəmiyyət kəsb edən elmi istiqamətlər üzrə 

apardıqları tədqiqatlara dair disskusiyalarla 

təmin olunmuşlar. ATU-nun əməkdaşı Biokimya 

kafedrasının kiçik elmi işçisi Hafiz Osmanov 

da bu Forumda universitetimizi təmsil edərək 

həmməruzəçi qismində iki tezis ətrafında fikir 

mubadiləsi aparmış,muxtəlif olkələrdən gəlmiş 

gənc alimlərin işləri ilə yaxından taniş olmuş, 

interaktiv elmi müzakirələrdə fəal iştirak etmiş-

dir.



Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin