15 oktyabr 2016-cı il
http://www.amu.edu.az
7
Kafedranın dosenti, tibb üzrə fəlsəfə
doktoru Hacıyev Rahib Eynulla oğlu
oktyabrın 3-də Türkiyənin Acıbadem
klinikasında ürək çatışmazlığından
vəfat etmişdir.
Hacıyev Rahib Eynulla oglu 1953-
cü il martın 21-də Bakı şəhərində zi-
yalı ailəsində dünyaya göz açmışdır.
l970-ci ildə orta məktəbi bitirdikdən
sonra N.Nərimanov adına Azərbaycan
Tibb İnstitutunun (indiki ATU) müalicə-
profi laktika fakültəsinə daxil olmuş və
1976-ci ildə bitirmişdir.
O, 1977-1985-ci illərdə Moskvanın
V.P.Serbski adına Məhkəmə Psixiat-
riyası Dövlət Elmi-Tədqiqat İnstitutun-
da kliniki ordinatura və aspiranturada
təhsil almış, psixiatriya elminin bu
sahəsində elmi təcrübə toplayaraq,
1985-ci ildə namizədlik dissertasiyası-
nı uğurla müdafıə etmişdir. Elə həmin
ildə Bakıya qayıdan Rahib müəllim
Azərbaycan Tibb İnstitutunun psixiatri-
ya kafedrasında baş laborant kimi işə
başlamış, 1993-cü ildən isə ömrünün
son günlərinə qədər kafedrada dosent
vəzifəsində çalışmışdır. R.Hacıyev
bütün fəaliyyəti dövründə respublika
və həmçinin ölkələrarası beynəlxalq
konqreslərdə fəal iştirak etmişdir. O, bu
illər ərzində 38 elmi məqalənin müəllifı
olmuşdur. Rahib müəllim hərtərəfli
alim olmaqla yanaşı, həm də gözəl
qəlbli, həssas təbib- həkim idi. R. Ha-
cıyev təbabətin çətin, diqqət və qayğı
tələb edən psixiatriya sahəsində bir
mütəxəssis kimi, xəstələrin müalicə və
reabilitasiyasında, eləcə də onların so-
sial problemlərinin həllində bir huma-
nist insan kimi aktiv iştirak edirdi. Bu
xüsusiyyət onun Səhiyyə Nazirliyinin
1 saylı psixiatriya xəstəxanasnda baş
həkim kimi fəaliyyət göstərdiyi illərdə
də öz əksini tapmışdı.
Rahib müəllimin çalışdığı kollek tivdə
xüsusi hörməti, tələbələri arasında isə
sevgi dolu nüfuzu var idi. Bu səbəbdən
onun kollektivimizin sıralarındakı yox-
luğu hamını kədərləndirir. Təəssüf
ki, gözəl insan, həkim, pedaqoq və
səmimi ailə başçısı Rahib müəllimi tale
bizdən erkən ayıraraq, özünün əbədi
haqq dünyasına qovuşdurdu.
Dostları ilə paylaş: