Atu-ya yeni qəbul olmuş rezidentlərlə



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix26.12.2016
ölçüsü9,61 Mb.
#3540
1   ...   23   24   25   26   27   28   29   30   ...   37
Allah  rəhmət  eləsin, 

 qəbri  nurla  dolsun!

Psixiatriya kafedrasınm 

əməkdaşları

Rahib Eynulla oğlu Hacıyev 

B

u günlərdə Azərbaycan 

Tibb Universitetinin 

psixiatriya kafedrasına ağır 

itki üz vermişdir. 

u  Nobel həftəsi ərzində tibb və fiziolo­



giya, fizika, kimya üzrə ən adlı­sanlı elmi 

mükafatların sahibləri açıqlandı.

 

3 Oktyabr 2016–cı il tarixində fiziolo-

giya və tibb üzrə laureat elan edilmiş-

dir.  Tokio  Texnologiya  universitetinin 

hüceyrə bioloqu Yoshinori Ohsumi au-

tofaqiya mexanizminin kəşfinə görə bu 

mükafata layiq görülüb.

Nobel Komitəsinin mətbuata şərhində 

deyilir:“Osuminin ixtirası anlayışımızda 

hüceyrənin  onun  tərkibini  necə  emal 

edəcəyi  barədə  yeni  bir  paradiqmaya 

gətirib çıxardı. Onun kəşfi aclıq və in-

feksiyaya cavab uyğunlaşması fizioloji 

prosesləri  kimi  autofaqiyanın  funda-

mental  əsaslarının  anlaşılmasına  yol 

açdı.”


Autofaqiya  hüceyrədə  toplanmış  la-

zımsız hissələrin utilizasiyası və bu yı-

ğılmış “zibil”in təkrar bərpası prosesi-

dir. Bu termin adı iki yunan sözündən 

formalaşmışdır  və  “özünüyemə”  kimi 

tərcümə olunur.

Bu  fenomenin  mövcudluğunu  təd-

qiqatçılar  keçən  əsrin  60-ci  illə rin-

də  artıq  aşkarlamışdılar.  Lakin  on-

lar  mexanizmin  incəliklərini  anlaya 

bilməmişdilər.  90-cı  illərdə  buna  ilk 

dəfə  Osumi  nail  ola  bildi.  Təcrübələri 

vasitəsilə  o,  autofaqiyaya  məsul  ge-

ni  tapdı  və  əsrin  dörtdə  bir  hissəsi 

keçdikdən  sonr  mükafat  qəhrəmanını 

tapdı. Yekdilliklə Nobel mükafatına la-

yiq  görülən  bir  alim  tarixində  39-cu 

oldu.


Autofaqiya bütün canlı orqanizmlərə, 

o cümlədən bizlərə xasdır. Onun sayə-

sində  hüceyrələr  gərəksiz  hissələ rin-

dən  qurtulurlar  və  bədən  bütövlükdə 

istənməyən  lazımsız  hüceyrələrinən 

azad olur.

Təbiət hüceyrələrə artıq və ya zərərli 

“görüləni”  həzm  etmək  kimi  gözəl  və 

faydalı  qabiliyyət  bəxş  etmişdir.  On-

lar demək olar ki, bizim kimi fəaliyyət 

göstərir,  yalnız  avtomatikdirlər.  “Zi-

bili”  xüsusi  çantalara  –  autofaqosom-

lara  yerləşdirir,  sonar  lizosom  deyilən 

konteynerlərə  götürürlər.  Burada  “zi-

bil”  parçalanır  və  həzm  olunur.  Emal 

məhsulları-bir  növ”tullantılar”  hücey-

rələrin  qidalanması  üçün  yanacaq  is-

tehsalına  gedir.  Onlardan  hazırlanan 

yeni  bloklar  hüceyrələrin  yenilənməsi 

üçün istifadə olunur.

Autofaqiya  sayəsində  hüceyrə  daxil 

olan infeksiyalar və toksinlərdən azad 

olur.

Autofaqiya  daha  çox  bədən  stress 



altında  olduqda  işləməyə  başla-

yır.  Məsələn,  aclıq  zamanı.  Bu  halda, 

hüceyrə daxili resursları hesabına bü-

tün yığılmış zibildən, o cümlədən pat-

hogen  bakteriyalardan  enerji  istehsal 

edir.


Laureatın ixtirası göstərir ki, ac qal-

maq və bəzən oruc tutmaq orqanizmin 

təmizlənməsi baxımdan həqiqətən fay-

dalıdır ki, bu məlumat Nobel komitəsi 

tərəfindən təsdiqlənib.

Osuminin həmkarları əmin edirlər ki, 

autofaqiya  orqanizmi  erkən  yaşlan-

madan  qoruyur.  Bəlkə  də  hətta  yeni 

hüceyrələrin  yaradılması,  zədələnmiş 

zülallar  və  hüceyrədaxili  elementlərin 

xaric edilməsi hesabına cavanlaşdırır.

Autofaqiya  prosesinin  pozulma-

sı parkinson xəstəliyi, diabet və hətta 

xərçəngə  gətirib  çıxarır.  Bu  bilgilər 

sayəsində həkimlər müalicə pozuntula-

rını aradan götürə bilən yeni dərmanlar 

yaratmağa nail ola bilmişlər.

1945-ci  ildə  anadan  olan  Yoshinori 

Osumi və digər alim laureatlara 8 mil-

yon İsveç kronu (950 min ABŞ dolların-

dan bir qədər artıq) miqdarında müka-

fat dekabrın 10-da Stokholm şəhərində 

təqdim olunacaq.


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin