Sənədlərin texniki ekspertizası – müəssisə, təşkilatların təsis sənədlərini və digər qeyri-maliyyə sənədlərini texnıki baxışdan keçırməklə, onun qanunverici normativ aktlara uyüun olmasına qiymət verməkdir.
Maddi ekspertiza dedikdə, istehsal olunmuş məhsulun maddi tərkıbinin müvafiq standartlara uyğun olmasını müəyyənləşdirmək üçün xüsusi laboratoriyalarda bu istiqamətdə aparılan ekspertiza işləri başa düşülür.
Başdanbaşa üzləşdirmə dedikdə isə adətən seçmə üsulu ilə aparılmış analitik yoxlamalar nəticəsində mühasibat sənədləri ilə faktiki əməliyyatlar arasında aşkar edilmiş kənarlaşmaların daha dəqiqləşdırilməsi üçün yoxlamanı əhatə edən dövr üçün mühasibat maliyyə əməliyyatlarının həmin istıqamətdə əməliyyatların başdanbaşa ilkin sənədlərlə üzləşdirilməsi başa düşülür və sair.