«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


Iddialar üzrə hesablaşmaların auditi



Yüklə 354,65 Kb.
səhifə72/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   68   69   70   71   72   73   74   75   ...   109
audit

Iddialar üzrə hesablaşmaların auditi

Hesablaşmalar üzrə nəzarətin əsas istiqamətlərindən biri müqavilə öhdəlik-lərinin yerinə yetirilməməsinə görə iddialar üzrə hesablaşmaların yoxlanılmasıdır.

Iddialar müxtəlif səbəblərdən yarana bilər ki, onların ən zox yayılan növləri aşağıdakılardır:

- malsatanların, podratçıların və nəqliyyat təşkilatlarına onların hesabları yoxlanarkən qiymət və tariflərin müqavilədə göstərilən preyskuranta uyğun gəlmədiyi, hesablama səhvləri aşkar edildikdə;

- material, malgöndərənlərə materialların, malların keyfiyyət standartlarına, texniki şərtlərə, sifarişə uyğun olmaması aşkar edildikdə;

- malsatanların və ya podratzıların günahı üzündən çıхdaş və boşdayanmalara görə tanınmış və ya məhkəmə tərəfindən müəyyən edilmiş məbləüdə malsatanlara və podratzılara;

- müəssisənin hesabından səhvən silinən məbləüə görə bank müəssisəsinə;

- müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə cərimə, faiz, dəbbələmə məbləüində malsatanlara, pоdrаtçılara, alıcılara, sifаrişçilərə, nəqliyyat təşkilat-larına.

Müəssisə öz əmlak hüquqlarının və digər müəssisələrin qanuni maraqlarının pozulmasını bildikdən sonra iddia təqdim edir.

Iddia yazılı formada tərtib edilir və müəssisə rəhbəri və ya onun müavini tərəfindən imzalanır. Iddiada iddia məbləüi və onun əsaslandırılmış qaydada hesablanması, iddianın əsaslandıüı faktlar və onu təsdiq edən sübutlar, iddia ərizəsinə əlavə edilən sənədlərin və digər sübutların siyahısı və mübahisənin tənzimlənməsi üçün zəruri olan digər məlumatlar, sübutlar əks etdirilir.

Yoxlama zamanı iddianın əsaslandırılması, vaxtında və düzgün tərtib edilməsi, yoxlanılan müəssisəyə təqdim olunan iddianın əsaslı olması müəyyən edilir, 538-4 sаylı "Iddiаlаr üzrə аlıcılаrа və sifаrişçilərə qısаmüddətli kreditоr bоrclаrı" 538-9 sаylı "Mаlsаtаn və аlıcılаrlа hesаblаşmаlаrdа ödəniləcək cərimə və müаmilələr",217-8 sаylı "Mаlsаtаn və аlıcılаrlа hesаblаşmаdа аlınаcаq cərimə və müаmilələr" (63 "Iddiаlаr üzrə hesаblаşmаlаr") subhesablаrı üzrə mühasibat yazılışlarının tərtib olunmasının, analitik uçоtun aparılmasının düzgünlüyü (analitik uçоt yazılışlarının dövriyyə cədvəllərində, baş kitabda və balansda əks etdirilmiş məlumatlara uyğunluüu) müəyyən edilir.

Göndərilməyən məhsulların (malların) dəyərinin ödənilməsi haqqında iddia bir ay ərzində, digər səbəblərə görə iddia iki ay ərzində təqdim edilir. Iddia mək-tubunun forması aşağıdakı kimi tərtib edilə bilər:

Salyan sement zavodunun

direktoru А.M.Nəzərоvа

Poçt ünvanı: Salyan şəhəri, Qələbə küçəsi 31

h/h 14102007 Texnika Bankın Salyan şöbəsi

Iddia məbləüi: 1 milyon manat

"Amal" şirkəti bildirir 15.10.200..ci ildə ...№ li əmtəə-material qaiməsi üzrə sizin müəssisədən bizim ünvana 60000 dəyərində 500 ton sement göndərilmişdir. Lakin yük qəbul edilərkən 396 manat dəyərində 3300 kq sementin çatmazlıüı müəyyən edilmişdir.

Sementin qəbulu zamanı tərtib olunmuş kommersiya aktı məktuba əlavə

edilir. Yükün kəsirlə göndərilməsi sizinlə baülanmış "___" __________

200.. ci il ___ № li müqavilənin şərtlərini pozur. Xahiş edirik 396 manat

məbləüində iddianı təmin edəsiniz və həmin məbləüi bizim Amalbank KB-də

olan 16101954 saylı hesablaşma hesabına köçürəsiniz. Iddia təmin olunmasa, "Amal" ASC iddia ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

"Amal" ASC-nin sədri Kazımоv E.R.

Poçt ünvanı: Bakı şəh., C. Cabbarlı küçəsi, 44b

Hər bir iddianın əsaslı olması, sənədləşmənin vaxtında və düzgün tərti оlun-masının yoxlanılmalıdır. Iddianın təqdim olunması müddətinə riayət edilməməsi çox vaxt material qiymətlilərinin mənimsənilməsi faktını gizlətmək üçün istifadə edilir, çünki hesablanmış məbləü istehsal xərclərinə və ya digər hesablara silinir. Buna görə də malgöndərənlər və podratçılar tərəfindən iddianın səbəbləri, iddia məsələlərinin məhkəmədə baxılması üzrə protokollar öyrənilməlidir.






  1. Yüklə 354,65 Kb.

    Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin