Auditoriyadankənar tədbirlərdən istifadə etməklə tələbələrdə vətəndaşlıq tərbiyəsinin formalaşdırılması



Yüklə 385,48 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix09.06.2023
ölçüsü385,48 Kb.
#127946
1   2   3   4
766099(meqale)

Ключевые слова: мероприятия, гражданство у студентов, внеaудиторная работа, 
гражданское воспитание, гражданская культура, экскурсии 
 
Summary:
 
The urgency of forming civic education among students is justified by the use of measures 
taken by the audience to teach the history of Azerbaijan. The essence of citizenship was clarified. It was 
shown that the audit work is of great importance for the professional training of a future specialist in higher 
education. The objectives and types of audit work were studied. 
Keywords: еvents, citizenship of students, work outside the classroom, civic education, civil culture
excursions. 
 
Auditoriyadankənar işlər ali məktəbdə 
gələcək ixtisaslı mütəxəssisin peşəkar hazırlı-
ğında böyük əhəmiyyət kəsb edir. Bu işlərin tə-
ləbələrin özünütəhsil, mədəni dünyagörüşünün 
genişlənməsi, yeni biliklər əldə edilməsi, maraq-
ları üzrə məşğuliyyət, müxtəlif mənəvi-etik cə-
hətlərin, o cümlədən vətəndaş tərbiyəsinin for-
malaşdırılmasında böyük rolu vardır. Qeyd et-
məliyik ki, auditoriyadankənar içlərin gələcəyin 
tarix müəllimlərinin hazırlığında da böyük bir 
rolu vardır. 
Keçmiş sovet və müasir pedaqoqların 
əsərlərində “auditoriyadankənar iş” anlayışına 
müxtəlif yanaşmalar vardır. “N.D. Arutyunova, 
L.L. Bublik auditoriyadan kənar iş dedikdə tələ-
bələr tərəfindən öz ixtisaslarını müvəffəqiyyətlə 


Vüsalə İlkan qızı Səfərova
40 
Research Papers of the Institute of Education of the Azerbaijan Republic, Volume: 85, Number: 4, 2018
mənimsəməyi üçün gördükləri iş kimi, L.V. 
Kondraşova auditoriyadan kənar işin tələbələrin 
öz ixtisasları üzrə və şəxsiyyət kimi yeni keyfiy-
yətlərin əldə edilməsinə yönəldiyini qeyd edir-
lər” [1, s 37]. 
Tədqiqatçı N.N. Əzizxocayeva belə hesab 
edir ki, auditoriyadankənar işin öz məqsədləri 
olmalıdır. T.S. Derkaç auditoriyadankənar iş an-
layışı altında müstəqil işə həsr olunmuş vaxt, 
dərnək, mədəni-kütləvi, idman, turistik və s. 
məşğuliyyət sahələrini başa düşürdü. Z.Ş. Kası-
mova təlim-tərbiyə prosesini iki yerə bölürdü
O, tələbələrin kurs, diplom işləri yazmalarını da 
auditoriyadankənar işlərə aid edirdi. Buradan 
aydın olur ki, auditoriyadankənar işlərin müxtə-
lif növləri vardır. Beləliklə, T.V. Balaxniçeva 
axşamlar, konfranslar, klublar, disputlar kimi 
növləri ayırır. 
Auditoriyadankənar işlərin kütləvi forması 
bir qayda olaraq əhəmiyyətli dərəcədə dinləyici, 
tamaşaçı və ya iştirakçını əhatə edir; qrup for-
maları müəyyən plan və ya proqram üzrə iş-
ləyən bir qrup tələbəni əhatə edir; fərdi forma-
ları isə ayrı-ayrı tələbələrin müstəqil işini əhatə 
edir. Beləliklə, auditoriyadankənar işlər özünə-
məxsus xüsusiyyətlərə malikdir. Onun öz məq-
sədi, vəzifələri, prinsipləri, məzmunu, forma və 
metodları, ən əsası isə hər bir fəaliyyət növü 
kimi nəticələri vardır. 
“T.V. Sarafanova auditoriyadan kənar 
işlərin aşağıdakı xüsusiyyətlərini göstərir: 
- Auditoriya və tələbələrin elmi-tədqiqat 
işləri ilə sıx şəkildə bağlı olur. 
- Könüllülük prinsipi olduqda seçim azad-
lığı. 
- Şəxsi təcrübənin ixtisasının incəliklərini 
anlamağa şərait yaratması. 
- Yaradıcılıq üçün daha böyük imkanların 
yaranması. 
- Müstəqil fəaliyyət və təşəbbüslərin mü-
əllimlə əməkdaşlığa uyğunlaşdırılması” [ 1, 37 ]. 
Auditoriyadankənar tədbirlərin kütləvi 
formalarından biri də ekskursiyalardır. Ekskur-
siyalar müxtəlif yerlərə edilə bilər. Xüsusilə ta-
rix fakültəsinin tələbələri üçün tarixi abidələr
muzeylər, ev muzeyləri, mərkəzlər, memorial 
komplekslər ekskursiya edilən yerlər ola bilər. 
Auditoriyadankənar işlərin kütləvi forma-
larından danışarkən biz burada diqqəti elə təd-
birlərə yönəltməliyik ki, bu tədbirlər tələbələrdə 
vətəndaşlıq tərbiyəsinin formalaşdırılmasında 
faydalı və vasitəçi olsun. Bunlara misal olaraq 
“20 yanvar şəhidlərinin ziyarət edilməsi”, “Xo-
calı faciəsinə həsr edilmiş abidənin ziyarəti”, 
“Ümummilli Lider Heydər Əliyev Mərkəzinə 
edilən ziyarətlər” vətəndaşlıq tərbiyəsi baxımın-
dan zəruri tədbirlərdir. 
Tələbələrin vətəndaş tərbiyəsinin forma-
laşdırılmasında Heydər Əliyev irsinin öyrənil-
məsi, tələbələr tərəfindən Heydər Əliyev Mərkə-
zinə edilən ekskursiyalar, dahi rəhbərin adı ilə 
bağlı olaraq keçirilən tədbirlərdə iştirak etmək 
böyük əhəmiyyət daşıyır. 
Heydər Əliyev hər şeydən əvvəl öz xalqını 
böyük məhəbbətlə sevən vətənpərvər idi. Onun 
“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” 
kəlamı dillərdə dastandır. Onun vətənpərvərliyi 
müdafiə ruhlu idi. Çünki, ölkəmiz müharibə və-
ziyyətində idi. Eyni zamanda müasir elm və mə-
dəniyyətin nailiyyətlərinə əsaslanan maarifçilik 
mahiyyəti daşıyırdı. Onun irsini, vətənpərvərli-
yini təhlil edərkən və dərindən anlamağa çalışar-
kən Ümummilli Liderin gənclərə, gələcəyimizə 
göstərdiyi böyük qayğının şahidi oluruq. Azər-
baycan dövlətinin yaranmasında, möhkəmlən-
məsində, Azərbaycanın ilk konstitusiyasının qə-
bul edilməsində Heydər Əliyevin böyük və əvə-
zolunmaz rolu vardır. Heydər Əliyev öz fəaliyyə-
ti ilə əsil vətəndaş və vətənpərvərlik nümunəsi ol-
muşdur. Onun Azərbaycan elminə, incəsənətinə, 
tarixinə, dilinə göstərdiyi qayğı Azərbaycan mə-
dəniyyətinin inkişafına rəvac verdi, onu keçid 
dövründə məhv olmaqdan qurtardı. Xalqın ən 
çətin günlərində, böyük təhlükələri gözə alan H. 
Əliyev onun yanında oldu. “O, böyük bir azər-
baycanlı kimi, “Dünya azərbaycanlılarının həm-
rəylik gününü” elan etdi. Dünyada yaşayan bü-
tün azərbaycanlıları həmrəy olmağa, bir olmağa 
çağırdı. O, əsil vətəndaş kimi istər 1918-ci il 
mart soyqırımına, istər “20 yanvar hadisələrinə” 
istərsə də “Xocalı faciəsinə” hüquqi-siyasi qiy-
mət verdi. O, Azərbaycan Respublikasını dünya 
birliyinin bərabərhüquqlu üzvünə çevirdi. Onun 
irsi, onun həyatı, onun fəaliyyəti hər bir azər-
baycanlı üçün vətənpərvərlik və vətəndaşlıq nü-
munəsidir” [ 4, 3 ]. 
Vətəndaşlıq tərbiyəsində işğaldan azad 
olunmuş torpaqlarımıza edilən səfərlərin də bö-



Yüklə 385,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin