Auditoriyadankənar tədbirlərdən istifadə etməklə tələbələrdə vətəndaşlıq tərbiyəsinin formalaşdırılması 41
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi əsərləri, Cild 85, № 4, 2018 yük əhəmiyyəti vardır. Bu baxımdan “Cocuq-
Mərcanlı” kəndinə edilən səfəri misal göstərmək
olar. 2016-cı ilin aprel ayında Azərbaycan xalqı-
nın qəhrəmanlıq tarixində yeni bir səhifə açıldı.
Azərbaycanın igid döyüşçüləri Goranboy və
Naftalan rayonlarına təhlükə yarada biləcək Ta-
lış kəndi ətrafındakı yüksəkliyi və Füzuli rayonu
istiqamətində yerləşən Lələ-təpə adlı yüksəkliyi
ələ keçirdilər. Nəticədə, 1994-cü ildə Horadiz
əməliyyatı zamanı erməni işğalından azad olun-
muş Cocuq-Mərcanlı kəndi üzərində olan təhlü-
kə aradan qalxdı və Cocuq-Mərcanlı kəndinin
əhalisi öz doğma yurd-yuvasına qayıtmağa baş-
ladı. Xalqımız bu tarixi qələbəni gələcək daha
böyük qələbələrin müjdəçisi kimi qəbul etdi.
Cocuq-Mərcanlı inzibati baxımdan Cəbrayıl ra-
yonuna aiddir. 1993-cü ildə Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunan Cocuq-Mər-
canlı 1994-cü ildə düşmən əsarətindən azad
edilmişdir. Bu kənd Lələ-təpə yüksəkliyi ermə-
nilərin əlində qaldığı qədər təhlükə altında idi.
Bu səbəbdən Cocuq-Mərcanlı kəndinin əhalisi
geriyə, öz yurd-yuvalarına qayıda bilmirdi.
Erməni işğalına qədər bu kənddə 220 ailə təsər-
rüfatı mövcud olmuşdur. 1993-cü ildə əhali bu
kənddən didərgin düşmüşdür. Yalnız bir ailə,
Oktay Həziyevin ailəsi kəndi tərk etməmiş,
2016-cı ilədək 23 il müddətində təkcə yaşamış-
lar. Biz tələbələrə əsil vətəndaş, vətənpərvər
şəxs kimi Oktay Həziyevi misal göstərə bilərik.
Oktay Həziyev onları hər an gözləyən təhlükəyə
baxmayaraq, öz doğma yurd-yuvasını tərk etmə-
mişdir. Bu böyük bir vətən sevgisinin, vətəndaş-
lıq dəyanətinin təzahürüdür. Cocuq-Mərcanlı kən-
di və Oktay Həziyevin şəxsi nümunəsi tələbələrdə
vətəndaşlıq borcu və vətən sevgisi kimi yüksək
əxlaqi tərbiyənin formalaşması baxımından əhə-
miyyətlidir.
Auditoriyadankənar tədbirlərdən söhbət
açarkən vətənpərvərlik təbliğatında, vətəndaş
tərbiyəsində mühüm rol oynayan bədii və sə-
nədli filmlərin nümayişinin müstəsna əhəmiy-
yəti var. Bu yaxınlarda Azərbaycan Respublika-
sı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin
sifarişi ilə çəkilmiş “Şəhadət” filminin təqdimatı
keçirildi. Bu filmin vətənpərvərlik və vətəndaş-
lıq tərbiyəsi baxımından necə vacib məsələlərə
toxunduğunu filmə baxarkən görmək olar.
“Vətəndaşlıq mədəniyyətinin, tərbiyəsinin,
dövlətçiliyinin qorunması üçün vacib resursa
çevrilməsini istəyiriksə, onun mənasına və ma-
hiyyətinə dair təsəvvürlər aydın olmalıdır. Həm
də hədəf yalnız gənclər deyil, bütün cəmiyyət,
sosial təbəqələr olmalıdır. Dünyadakı kimi:
Tutduğu mövqedən asılı olmayaraq!” [2, 3 ].
Vətəndaşlıq tərbiyəsinin auditoriyadan kə-
nar tədbirlərdə formalaşdırılmasından danışar-
kən biz bir daha qeyd etməliyik ki, vətəndaşlıq
insanın ailəsi, ətrafındakı insanlar, dövləti və
vətəni qarşısında olan rolunun məsuliyyətinin
dərk edilməsi deməkdir. Vətəndaşlıq tərbiyəsi
baxımından ailə və onun rolu böyükdür. Ailədən
sonra ikinci yerdə təhsil sistemi durur. Cəmiy-
yətdəki ictimai-siyasi və iqtisadi vəziyyət də öz
növbəsində burada rol oynayır. Biz öz fikir-
lərimizi ümumi şəkildə belə ifadə edək ki,
auditoriyadankənar işlərin və tədbirlərin növləri
çox müxtəlif olsa da onların heç də hamısında
vətəndaşlıq tərbiyəsi formalaşdırmaq mümkün
deyildir. “Vətəndaşlıq - vətəndaşın öz dövlətinin
fəal üzvü kimi, öz hüquqlarını başa düşən və
vəzifələrini icra edən, dövlətinin siyasətini öz
fəaliyyətində əks etdirən xüsusiyyətləridir” [ 3,
708]. Biz vətəndaşlıq tərbiyəsindən danışarkən
yalnız hərbi-vətənpərvərlik, vətəni düşməndən
qorumaq, düşmənə nifrət formalaşdırmaq kimi
xüsusiyyətlərdən başqa öz həyatlarını xalqın
maariflənməsinə həsr etmiş ayrı-ayrı şəxslərin
həyat və fəaliyyətinin öyrənilməsinə və təbliği-
nə də xüsusi diqqət yetirməliyik. Bəzən elə
şəxslər olur ki, onlar bütün həyatlarını xalqın
savadlanmasına, inkişafına həsr edirlər. Lakin,
onlar barədə yetərincə araşdırma aparılmır. Haq-
qında daha az tədqiqat aparılan belə şəxslərdən
biri Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə
xanım Aslanbəy qızı Məlikova-Abayeva. Onun
həyat və fəaliyyətini, bir vətəndaş kimi xidmət-
lərini araşdırmaq auditoriyadan kənar işlərin fər-
di növünə aid oluna bilər. Hənifə xanım Məliko-
va Azərbaycan xalqının ilk maarifçi qadınların-
dan biridir. O, Tiflisdə Müqəddəs Nina mək-
təbində təhsil almışdır. 1875-77-ci illərdə Həni-
fə xanım həyat yoldaşı Həsən bəy Zərdabi ilə
birlikdə Əkinçi qəzetinin nəşrində çox işlər gör-
müşdür. O, 1881-ci ildən etibarən öz evlərində
Həsən bəy Zərdabi ilə birlikdə açdıqları məktəb-
də xalqın balalarına pulsuz təhsil verirlər. On-