Başvuru/Submitted: 27.03.2020
Kabul/Accepted: 13.09.2020
Atıf/Citation: Asker, Ali ve Unal, Tugba.
“Post-Sovyet Gürcistan’da Ulus Devlet İnşası,
İslam Politikası ve Bölgesel İşbirliği.”, Avrasya
İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries
9, 2 (2020): 125-139.
https://doi.org/10.26650/jes.2020.010
XÜLASƏ
Müasir dövrdə müstəqilliyini yeni qazanmış ölkələrdə ən önəmli məsələlərdən biri
milli dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsidir. Bu prosesin həyata
keçirilməsi bilavasitə bir neçə ünsürdən asılıdır. Bunlardan biri vətəndaşların milli
kimliklərinin önəmli bir parçasını təşkil edən dini kimlik ünsürüdür. Dövlətlərin
həyata keçirdikləri dini və milli (etnik) azlıqlar siyasəti milli dövlət quruculuğunun
uğurla davam etdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Müxtəlif
milli, dini və etnik qrupların yaşadığı Gürcüstanda bu siyasətin özünəməxsus
problemləri mövcuddur. Azlıqlarla bağlı milli siyasətin insan hüquqları, demokratiya
və beynəlxalq hüququn ümumi prinsipləri çərçivəsində həyata keçirilməsi bu
problemlərin aradan qaldırılması baxımından vacibdir. Gürcüstanda yaşayan
Borçalı türkləri, acarlar, Axısqa türkləri və kistlərdən ibarət müsəlman azlıqlarla
bağlı problemlərin uğurlu həlli ölkədəki islam siyasətinin xarakterindən asılıdır.
2011-ci ildən etibarən bir neçə dəfə aparılmış sosioloji sorğu və əldə edilən
nəticələr bu məqalənin hazırlanması baxımından çox faydalı olmuşdur. Habelə
2015-2016-cı illərdə çox sayda araşdırmaçının yer aldığı kollektiv sorğu, müşahidə
və dərin müsahibələr, habelə, Türkiyədəki elmi araşdırmalar bu məqaləni uğurla
tamamlamağa imkan vermişdir.
Məqalədə, yuxarıda bəhs edilən sosioloji sorğu və araşdırmalar zamanı əldə edilən
nəticələrdən, habelə regionla bağlı rəsmi mənbələrdə yer alan materiallardan
istifadə edilərək mövcud problemlərin həlli məsələsində üçtərəfli əməkdaşlığın
roluna diqqət çəkilmişdir.
Dostları ilə paylaş: |