Yavuz Şir), Avrasya İncelemeleri Merkezi, Ankara 2016 (ss.159-1992), s. 174.
132
Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries
Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət Quruculuğu, İslam Siyasəti Və Regional Əməkdaşlıq
zorakılıqla deyil, müxtəlif təşviq, vergi, torpaq ərazilərinin istifadəyə verilməsi kimi yollarla
və tədricən həyata keçirilmişdir. Osmanlı dövlətinə sadiq olan yerli ağalara və bəylərə xalqın
idarə edilməsi sahəsində geniş səlahiyyətlər verilmişdi.
8
Uzun müddət bu bölgəni ələ keçirmək
uğrunda Rusiya və Osmanlı dövlətləri arasında şiddətli rəqabət olmuş, nəticədə sovet hakimiyyəti
dövrünün əvvəllərində Acarıstan muxtar bölgə kimi Gürcüstanın tərkibinə daxil edilmişdir.
2014-cü ildə aparılmış siyahıyaalmanın nəticələrinə görə Acarıstan əhalisi 333 min 953 nəfər
olub Gürcüstanın ümumi əhalisinin 9%-ini təşkil etmişdir
9
.
Gürcüstanda yaşayan başqa bir müsəlman azlıq qrupunu kistlər təşkil edir
10
. Kistlər
çeçen və inquşlar kimi Qafqazın vaynax xalqları qrupuna daxildirlər. 2014-cü ildə aparılan
siyahıyaalmanın nəticələrinə görə, Gürcüstanda yaşayan kistlərin ümumi sayı 5 min 697 nəfərdir.
Bunun 5 min 581 nəfəri Kaxetiya bölgəsində yaşayır.
11
Müsəlman kistlərin dini kimliklərinin
şəkillənməsində iki önəmli şəxsiyyətin rolundan bəhs edilir. Bunlardan biri sufiliyin nəqşibəndi
qolundan İsa Əfəndi, digəri isə qadirilik qolundan Kunta Hacı olmuşdur. Nəqşibəndilik
Pankisiyə 1909-cu ildə İsa Əfəndinin Dusi kəndinə gəlişindən sonra yayılmışdır. Qadirilik isə
1927-ci ildə Kunta Hacının müridlərindən olan Şeyx Oda vasitəsilə bu bölgədə yayılmışdır.
12
Kistlər güclü ənənəvi icma strukturuna malik xalqdır. Qafqazda yaşayan məzhəb və təriqətlər
baxımından ayrılan ənənəçi-yenilikçi (təriqətçilər-sələfilər/vəhhabilər) ziddiyyətinin kistlər
üzərində təsiri böyükdür. Bu təsir özünü sadəcə dini inanc baxımından göstərməmiş, eyni
zamanda onların yaşadıqları Pankisi vadisinin adını təhlükəsizlik problemləri ilə bağlı dünya
gündəminə çıxarmışdır. Pankisi vadisi sakinlərinin dini həyatında nəqşibəndilik və qadirilik
təriqətləri tarix boyu güclü olmuşdur. Lakin SSRİ-nin dağılmasından sonra Qafqaz regionunda
radikal cərəyanları təmsil edən sələfilik/vəhhabiliyin təsiri hər keçən gün artmışdır. Xüsusilə
çeçenlər arasında şiddətlənən təriqətci-sələfi münaqişəsi, habelə Rusiya-Çeçenistan müharibəsi
nəticəsində radikal cərəyanların toplana biləcəyi ən əlverişli bölgə Pankisi vadisi olmuşdur. Bu
hadisələr kist icmasının tədricən sələfilik ideologiyasının təsiri altına düşməsinə yol açmışdır.
Gürcüstanın say etibarı ilə azlıq təşkil edən xalqlarından biri də Axısqa türkləridir. Bir
zamanlar Osmanlı imperiyasına aid olan bu bölgə Rusiya-Osmanlı müharibələri nəticəsində
Rusiyanın hakimiyyəti altına keçmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra Axısqa bölgəsi
Gürcüstan sərhədləri daxilində qalmışdır. Axısqa türklərinin yaşadığı ən böyük faciə onların
1944-cü ildə doğma yurdlarından sürgün edilməsi olmuşdur. Həmin tarixdə doxsan min
8
Asker Ali, Alter Kahraman, Gürcistan’da Devletleşme, Kimlik İnşası ve Müslüman Topluluklar. İçinde:
Gürcistan’daki Müslüman Topluluklar: Azınlık Hakları, Kimlik, Siyaset (Editörler: Ayşegül Aydıngün, Ali Asker,
Aslan Yavuz Şir), AVİM Yay., Terazi Yayıncılık, Ankara 2016 (ss. 23-47), s. 32-33.
9
National Statistics Office of Georgia “2014 General Population Census-Population by Regions and Religion”.
http://www.census.ge/en/results/census (Baxıldığı tarix: 20.05.2016).
10 Kistlər barədə ətraflı məlumat üçün baxın: Ayşegül Aydıngün, Ali Asker, Anıl Üner. Pankisi Vadisi’nde Kistler:
Selefilik, Gelenekçilik, Kimlik ve Siyaset, Gürcistan’da Müslüman Topluluklar: Azınlık Hakları, Kimlik, Siyaset
(Ed. Ayşegül Aydıngün, Ali Asker, Aslan Yavuz Şir), Avrasya İncelemeleri Merkezi, Ankara 2016 (ss. 347-370).
11 Bax: National Statistics Office of Georgia “2014 General Population Census- Population by Regions and
Ethnicity”. http://www.census.ge/en/results/census (Erişim Tarihi: 20.05.2016).
12 Aydıngün, Asker, Üner, s. 353.
133
Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries
Ali Asker, Tuğba Ünal
axısqalı (türk, kürd və həmşin) Orta Asiyaya sürgün edilmişdir. Sürgünə məruz qalmış digər
xalqlar Stalinin ölümündən sonra bəraət alaraq öz torpaqlarına geri dönsələr də, axısqalılara,
eyni zamanda Krım tatarlarına belə bir hüquq tanınmamışdır. Buna görə də sovet dövründə
axısqalıların öz vətənlərinə geri dönmələri üçün göstərdikləri cəhdlər müsbət nəticə verməmiş,
bu proses hər vasitə ilə əngəllənmişdir. 1999-cu ildə Gürcüstanın Avropa Şurasına üzvlüyünə
qəbul edilməsi axısqalıların geri dönüşlə bağlı ümidlərini artırsa da, bundan sonrakı dövrdə
də axısqalıların vətənə geri dönmələrinə mane olan əngəllər aradan qaldırılmamışdır. Nəticədə
çox məhdud sayda Axısqa türkü sadəcə kiçik qruplarla Gürcüstanda yerləşə bilmişdir.
Dostları ilə paylaş: