Gürcüstanın müsəlman azlıqları arasında say baxımından üstünlük təşkil edən qrup “Borçalı
türkləri” və ya Azərbaycanda adlandırıldığı kimi “Gürcüstan azərbaycanlıları”dır. Bu qrupun
Borçalı bölgəsində tarix boyu müxtəlif türk tayfaları yaşamış və bu tayfalar bir-biri ilə
qaynayıb qarışmışlar. Gürcü tarixşünaslığında Borçalı türklərinin bölgəyə intensiv olaraq XVII
əsrdə Şah Abbas tərəfindən köçürüldüyü fikri hakimdir. Halbuki tarixi mənbələr türklərin
bu bölgədə qədim dövrlərdən başlayaraq yaşadığını, bu torpaqların bir türk yurdu olduğunu
göstərməkdədir. SSRİ dağıldıqdan sonra Gürcüstan hakimiyyəti böyük idarəetmə vahidləri təsis
edərkən azlıqların kompakt yaşadıqları əraziləri bu vahidlərin tərkibinə daxil etmiş, beləliklə,
heç bir bölgədə azlıqların “çoxluq” təşkil etməsinə yol verməmişdir. Tarix boyu Borçalı adı
ilə tanınan və türklərin yaşadıqları rayonlar Kvemo-Kartli bölgəsinə daxil edilmişdir. Onu
da qeyd edək ki, Borçalı ərazisinin bir hissəsi bugünkü Ermənistan ərazisində qalmış və bu
bölgədə yaşayan türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir.
Borçalı türklərinin sayı ilə bağlı rəsmi və qeyri-rəsmi göstəricilər arasında böyük fərq vardır.
Ali Asker, Özge Nur Öğütcü, Borçalı Türkleri: İslam, Mezhep ve Din Temelli Sorunlar, Gürcistan’da Müslüman
İncelemeleri Merkezi, Ankara 2016, ss. 219-244,
131
Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries
Ali Asker, Tuğba Ünal
423 min 986 nəfər olmuşdur. Bunun tərkibində gürcülər 249 min 479, Borçalı türkləri 177 min
032, ermənilər 21 min 500, ruslar isə 2 min 631 nəfər təşkil edir. Həmçinin regionda osetinlər
(810), yezidi kürdləri (305), ukraynalılar (510), kistlər (25) və digər xalqların nümayəndələri
yaşayır. Borçalı türklərinin ən çox yaşadıqları yer Marneuli rayonudur. 2014-cü idə aparılmış
siyahıyaalma nəticələrinə görə,
2
Gürcüstandakı Borçalı türklərinin sayı 233.024 nəfərdir və bu
rəqəm ölkə əhalisinin 6.27%-ini təşkil edir. Regionlar üzrə baxdığımızda Borçalı türklərinin
ən sıx yaşadıqları inzibati ərazilər Kvemo-Kartli (177.032 (41.75%)) və Kaxetiyadır (32 min
354 (10.16%)). Bundan əlavə Msxeta-Mtianetidə 2 min 316, (2.45%), Şida Kartlidə 5 min
501 (2.09%) Tbilisidə 15 min 187 (1.37%) Borçalı türkü yaşayır. Digər bölgələrdə yaşayan
Borçalı türklərinin sayı mindən azdır
3
.
Gürcüstandakı türk-müsəlmanların dini idarəsi ilə əlaqədar normativ tənzimləmələr XIX
əsrin əvvəllərindən etibarən həyata keçirilməyə başlanmışdır. 1823-cü ildə Tiflisdə şiələri
təmsil edən şeyxlik, daha sonra 1832-ci ildə sünni müsəlmanları təmsil edən müftilik qurumu
təsis edilmişdir. 1872-ci ildə şeyxlik və müftilik qurumları birləşdirilərək rəsmi idarəyə
çevrilmişdir.
4
1918-ci ildə Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra dini idarə yenidən
formalaşdırılmışdır. Azərbaycan müstəqilliyini elan etdiyində müsəlman ruhani idarələri Tiflisdə
yerləşirdi. Hər iki idarə Gəncə şəhərinə daşındıqdan sonra öz iradələri ilə 1 sentyabr 1918-ci
ildə Məşixati-İslamiyyə adlı vahid qurum şəklində birləşmişdir.
5
Sovet dövründə 1944-cü ildə
Bakıda həm şiələri, həm də sünniləri təmsil edəcək Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi
təsis edilmişdir. 2011-ci ildə Ümumi Gürcüstan Müsəlmanları İdarəsi qurulana qədər Gürcüstan
müsəlmanları Bakıya bağlı idilər.
6
2014-cü ilin yanvar ayından etibarən ölkədə sünniləri təmsil
edən müftilər Şərq və Qərb müftiləri adlandırılmağa başlanmışdır. Gürcüstanda sünnilərin iki
müfti ilə təmsil edilməsini camaatın bölünməsi kimi qiymətləndirərək bu dəyişikliyi tənqid
edənlər, bununla yanaşı bu dəyişikliyin zəruri olduğunu müdafiə edənlər də vardır.
7
Gürcüstandakı müsəlman icmaları arasında özünəməxsus problemləri olan dini azlıq Acarıstan
müsəlmanlarıdır. Qeyd edək ki, Osmanlı dövründə Acarıstan əhalisinin müsəlmanlaşması bir
neçə əsr davam etmişdir. Rusiya və sovet mənbələrində iddia edilənin əksinə, bu proses
2
Bu nəticələr 2016-cı il tarixində rəsmən elan edilmişdir.
3
Asker, Öğütcü, s. 222.
4
Rusiya imperiyasında və habelə Qafqazda müsəlmanların idarə olunması məqsədi ilə formalaşdırılmış dini
idarələr, habelə bu idarələrə təyinatlar müxtəlif dövrlərdə müxtəlif şəkillərdə həyata keçirilmişdir.
5
Ceyhun Məmmədov, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri, Dövlət və Din, № 04
(51) iyul - avqust 2017, (ss. 6-15), s. 11; A. İsgəndərov, A. Mövlayi,
Şeyxülislamın tarixi, “Elm və təhsil”, Bakı
2016, s. 187.
6
Ali Asker, Gürcistan’da Din-Devlet İlişkilerinde Yeni Yasal Düzenleme. 21.Yüzyıl. Eylül, 2011, No. 33, (ss.
66-72); Conor Prasad. Georgia’s Muslim Community: A Self-Fulfilling Prophecy?
ECMI Working Paper. No.
58, 2012; Rashad Huseynov, History and Evolution of Islamic Institutions in Azerbaijan (XIX-XXI. Centuries).
Dostları ilə paylaş: