Radikalizm, ənənəvi islam və dövlət təhlükəsizliyi
Gürcüstanda yaşayan müsəlman azlıqların dini camaatlar və məzhəblərlə bağlı mövqeyi,
müxtəlif cərəyanlara yönəlmələri, dövlət və dini azlıqlar arasındakı münasibətlər yeknəsəq
olmayıb, qrupdan qrupa dəyişməkdədir. Məzhəb və camaatlar baxımından bu qrupların
öz içlərində də müxtəliflik olduğunu, hətta onlar arasında müəyyən mənada ziddiyyətlərin
yarandığını deyə bilərik. Bu gün Borçalı türkləri arasında kiçik kəsimlərdə də olsa bəzi məzhəb
ziddiyyətləri mövcuddur. Bu ziddiyyətlər tarixi hadisələrin inkişafı ilə bağlı fərqli məzhəb
qrupları arasındakı yaşanmış hadisələrdən irəli gəlir.
Məlum olduğu kimi, sovet dövründə din-dövlət münasibətlərinin xarakteri dinin, eyni
zamanda məzhəblərin ictimai statusunun önə çıxmasına mane olurdu. Müstəqillik dövründə
yaşanan dini dirçəliş prosesində tarix boyunca bir-birinə rəqib olmuş iki əsas güc olan Türkiyə
və İran mənşəli dini təbliğat (və ya dəvət) fəaliyyətlərini artırmışlar. Bundan başqa, Səudiyyə
Ərəbistanından gələn sələfi cərəyanlar da hərəkətə keçmiş və Gürcüstandakı sünni müsəlmanları
təsir altına almaq üçün intensiv fəaliyyətə başlamışlar. Ölkədəki ağır sosial və iqtisadi şəraitdə
müxtəlif mənşəli xeyriyyə fondları və cəmiyyətlərin Qafqaz regionundakı açıq və ya gizli
fəaliyyətləri nəticəsində bu proseslər daha da sürətlənmişdir.
Hal hazırda bölgədə yaşayan sünni müsəlmanlara Türkiyə mənşəli camaatlar tərəfindən, şiə
müsəlmanlara isə İran tərəfindən dəstək verilməkdədir. Bu vəziyyət Borçalı bölgəsində yaşayan
yerli müsəlman əhali arasında narahatlıq yaradır. Başlanğıcda saf hisslərlə dini camaatlara daxil
olan yerli müsəlmanlar zaman keçdikcə mənsub olduqları qrupların fərqini daha yaxından
hiss etməyə, qarşı qruplardan ayrı olduqlarını qəbul etməyə, bu vəziyyətə təfriqə deyil, təbii
fərqlilik kimi baxmağa başlamışlar. Bu şəxslərin nəzərində başqa inanclar batil və hətta bəzən
küfrdür. Beləliklə, dini inanclara bağlı olaraq meydana gələn bu ixtilaf cəmiyyətdəki milli
birlik və bərabərlik ruhunu aşındırmaqda və neqativ nəticələr doğurmaqdadır. Sayı az olsa da,
sələfi/vəhhabi cərəyanına mənsub kəsimin sərt mövqeyə sahib olduğunu və öz təsirini daha
açıq şəkildə göstərdiyini demək mümkündür.
13
Sələfilik/vəhhabilik cərəyanının təsiri kistlər arasında güclü şəkildə müşahidə edilməkdədir.
Belə bir anlayışın kist icmasında yerləşməsində Çeçenistan müharibələrinin böyük təsiri olmuşdur.
13 Asker, Öğütcü. s. 227.
134
Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries
Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət Quruculuğu, İslam Siyasəti Və Regional Əməkdaşlıq
Cihad adı ilə bölgəyə gəlmiş ərəb mənşəli qruplar (xarici döyüşçülər) gəldikləri ilk gündən öz
təsirini kisr icması üzərində göstərməyə başlamışdır. Sonrakı dövrdə Çeçenistanda vəhhabi
cərəyanının gücü qırılsa da Pankisi vadisində sələfi cərəyanı sürətlə yayılaraq təriqətçilərin
ictimai əsaslarını sarsıtmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, Pankisi vadisindəki əhalinin
əksəriyyəti sələfiliyi radikal hərəkat kimi deyil, bir inanc sistemi kimi qəbul etməkdədir. Ənənəvi
ictimai struktura sahib olan kist icması sələfiliyi özlərinin yerli adət-ənənələrinə uyğunlaşdırmağa
çalışaraq ona ərəb sələfiliyindən fərqli xarakter qazandırmağa çalışmışdır. Bölgədə aparılan
sahə araşdırmalarında kistlərin təxminən yetmiş faizinin sələfiliyi mənimsədiyi, bunlardan
sadəcə on faizinin ərəb sələfiliyinin yolundan getdiyi müşahidə edilmişdir
14
. Radikal sələfi/
vəhhabi qrupların Yaxın Şərqdə, xüsusilə Suriyada yaşanan hadisələrə “biganə qalmaması”
bölgə xalqına yönəlik şübhələri körükləmiş, kistlərlə bağlı mənfi imic yaranmasına səbəb
olmuşdur. Bu vəziyyət hətta Rusiyanın Gürcüstana qarşı irəli sürdüyü ittihamları, Pankisi
vadisində Rusiyaya qarşı terrorçu qruplaşmaların olduğuna və Gürcüstan dövlətinin bu qruplara
şərait yaratdığına dair iddiaların artmasına səbəb olmuşdur. Halbuki, kistlər arasında aparılan
sorğuda Suriyadakı vətəndaş müharibəsində iştirak etmənin dini baxımdan vacib olmadığı,
İŞİD sıralarında yer almanın səhv olduğu vrugulanmış, hətta İŞİD-in “qlobal fitnə” olduğu
ifadə edilmişdir.
Təhlükəsizlik baxımından diqqət çəkən başqa bir problem də Axısqa türklərinin doğma
yurdlarına geri dönmə məsələsidir. Məlum olduğu kimi, axısqalıların sürgündən əvvəl yaşadıqları
ata-baba yurdlarında bu gün ermənilər yaşayır. Bu məsələ ilə bağlı gürcü elitləri tərəfindən irəli
sürülən “erməni amili” (yanlış və ya doğru olsa belə) axısqalıların geri dönmələrinə mane olur.
15
Həm Gürcüstanın, həm də Ermənistanın hakim dairələri, habelə o bölgədə yaşayan gürcü və
ermənilər axısqalıların geri dönüşünü mümkün hesab etmirlər.
16
Axısqa türklərinin vətənə geri
dönüşü Gürcüstanın öz iradəsi ilə, yəni könüllü olaraq deyil, beynəlxalq təşkilatların təzyiqi
ilə başladılməş və bu günə qədər həyata keçirilməmişdir. Bu prosesin önündəki ən böyük
əngəl isə Gürcüstan hakimiyyətinin apardığı siyasətdir. Bundan başqa, Gürcüstanın sosial və
iqtisadi probləmləri, dünyanın dörd bir tərəfinə səpələnmiş Axısqa türklərinin kifayət qədər
təşkilatlanmamaları, geri dönüşlə bağlı hüquqi prosedurlarda real şərtlərin nəzərə alınmaması
və geri dönmək istəyənləri bezdirmək üçün süni maneələr yaradılması, axısqalıların haqlı
olaraq özlərinə ən yaxın gördükləri Türkiyəyə köçməyə üstünlük vermək istəmələri və digər
amillər vətənə geri dönüş prosesinə mənfi təsir göstərmişdir.
Gürcüstanın ən çox kimlik problemi yaşayan müsəlman azlığı acarlardır. Sovet dövründə
bu bölgədəki əhalinin əksəriyyəti müsəlmanlardan ibarət idi. Mitropolit Dimitriyə görə,
14 Aydıngün, Asker, Üner, s. 358.
15 Yuliya Bilestka, Turgut Kerem Tuncel, Ahıska Türklerinin Gürcistan’a Geri Dönüşü ve ‘Ermeni Faktörü’ ,
Gürcistan’da Müslüman Topluluklar: Azınlık Hakları, Kimlik, Siyaset (Ed. Ayşegül Aydıngün, Ali Asker, Aslan
Yavuz Şir), Avrasya İncelemeleri Merkezi, Ankara 2016 (ss. 319-346), s. 320.
16 Bilestka, Tuncel, s. 341.
135
Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries
Ali Asker, Tuğba Ünal
1986-cı ildə Acarıstan əhalisinin 75%-i müsəlman idi
17
. Sovet sistemi dağıldıqdan sonra
Tbilisi hakimiyyətinin din siyasəti nəticəsində Acarıstandakı müsəlmanların nisbətində ciddi
azalma yaşanmışdır. Təkcə 13 may 1991-ci il tarixində Batumidə 5 min müsəlman vəftiz
(xaç suyuna salınmaq) edilmişdir. Bu cür mərasimlər indi də davam etməkdədir. 2014-cü ilin
göstəricilərinə görə Acarıstandakı müsəlmanların sayı 132 min 852 nəfər (% 39.78) olmuşdur.
Sahədə aparılan araşdırmalar zamanı müsəlmanlara aid dini qurumun mənsublarından biri
hal-hazırda Acarıstanda əhalinin sadəcə 20 faizinin müsəlman olduğunu ifadə etmişdir. Bu
gün acarlar yaşadıqları muxtar respublikada azlıq vəziyyətinə düşmüşlər. Müsəlman acarların
əksəriyyəti muxtar respublikanın şərqində yer alan və Yuxarı Acarıstan kimi tanınan dağlıq
bölgədə yaşayır. Yuxarı Acarıstandakı Xulo qəsəbəsi və ətrafındakı kəndlər yerli müsəlmanların
mərkəzi kimi tanınır.
18
Acarıstan müsəlmanlarının problemləri Gürcüstan-Türkiyə münasibətləri baxımından
da aktualdır. Bölgədəki müsəlmanların hüquq və azadlıqları ilə bağlı problemlər vaxtaşırı
olaraq iki ölkə arasındakı münasibətlərdə özünü göstərir. Təəssüf ki, Türkiyə və Gürcüstan
arasındakı münasibətlər, strateji müttəfiqlik səviyyəsində olmasına baxmayaraq, hələ də gürcü
cəmiyyətində “Türkiyə təhdidi” və ya “türk qorxusu” davam etməkdədir. Bu “qorxu”dan ən
çox zərər görənlər isə müsəlman acarlardır.
Dostları ilə paylaş: |