1946-1955-ci illərdə koalisiyalı hökumətin siyasəti. Ölkənin iqtisadi siyasəti, əsasən, kapitalın mövqeyinin bərpa edilməsinə yönəldilmişdi. Bununla belə, 1946-cı ilin iyulun 26-da və 1947-ci il martın 26-da parlament üç iri kommersiya bankının, 33 səhm kompaniyasının, o cümlədən metallurgiya konserninin, kömür şaxtalarının və bir sıra digər müəssisələrin milliləşdirilməsi haqqında qanun qəbul etdi. Milliləşdirilmiş müəssisələrin əksəriyyəti alman inhisarlarına məxsus idi. Bu yolla mühafizəkar qüvvələr bu müəssisələrə özləri sərəncam verməyə başladılar. 1949-cu ildə 1938-ci illə müqayisədə müxtəlif malların qiyməti 4,7 dəfə, əmək haqqı isə cəmi 50% artdı. 1947-ci ilin dekabrında Avstriyada pul islahatı keçirildi. Əmanət kassalarında olan xırda məbləğlər ləğv edildi, banklara qoyulan iri məbləğlərə isə toxunulmadı. Nəticədə zəhmətkeşlər 7 mlrd. şillinq itirdilər. Vergilər əhəmiyyətli dərəcədə artdı 1949-cu ilin sonunda şillinqin devolvasiyası keçirildi. Ölkənin ərzaqla təminatı da çətin idi. Ancaq 1949-cu ilin ortalarında kartoçka sistemi ləğv edildi. 1948-ci ilin iyulunda Avstriya hökuməti «Marşall planı»na qoşuldu. Bu planın köməyi ilə iri burjuaziya öz mövqeyini möhkəmləndirdi. 1949-cu ildə sənaye müharibədən əvvəlki səviyyəyə çatdı. 1950-1951-ci illər ölkə iqtisadiyyatındakı yüksəliş 1952-1953-cü illərdə durğunluqla əvəz olundu. 1953-cü ilin sonundan yenidən iqtisadiyyatda canlanma müşahidə edilməyə başladı. Bu dövrdə ABŞ-ın Avstriya iqtisadiyyatında rolu artdı.1949-1952-ci illərdə ABŞ Avstriyaya 500 milyon dəyərində məhsul göndərmişdi. ABŞ-ın Avstriyaya verdiyi 918 milyon kredit ilk növbədə strateji xammal və material istehsalı ilə bağlı sahələrə sərf olunurdu. Mülki sahələr durğunluq keçirirdi. Onlar müharibədən əvvəlki səviyyəyə ancaq 1953-cü ildə çatdılar. Avstriyanın qərbində ABŞ hərbi obyektləri və aerodromları bərpa etdi. Avstriyanın Şərqi Avropa ölkələri ilə xarici siysət əlaqələrinin zəifləməsi onun iqtisadi inkişafına mənfi təsir göstərdi.
Avstriya hökuməti ordunun təşkilinə başladı. Ölkədə neofaşist təşkilatlar fəallaşdı. 1949-cu ildə faşist tipli partiya olan «Müstəqillərin ittifaqı» partiyası təşkil edildi. 1949-cu ilin parlament seçkilərində bu partiya 489 min səs tonladı. K.Rennerin ölümü ilə əlaqədar olaraq 1951-ci ildə Avstriyada keçirilən prezident seçkilərində ASP-nin nümayəndəsi Teodor Kerner qələbə çaldı. 1953-cü ildə ölkədə keçirilən parlament seçkilərində sosialist partiyası 1,7 milyon səs aldı. Kommunist partiyası, 1951-ci ilin noyabrında təşkil edilmiş Avstriya sosialist fəhlə partiyası ilə birlkdə 228 min səs aldı. Yeni hökumətə AXP-nin nümayəndəsi Yulius Raab başçılıq etdi. Bu hökumətin fəaliyyəti ölkədə heç bir dəyişikliyə səbəb olmadı.
Avstriyada fəhlə və demokratik hərəkatın vəziyyəti mürəkkəb idi. Bunu ilk növbədə qərb və şərq işğal zonalarında şəraitin müxtəlifliyi, xırda burjua ideologiysının təsiri, nasizmin qalıqları və s. ilə izah etmək olardı. 50-ci illərin əvvəllərində ölkədə tətillər artdı. Təkcə 1950-ci ilin avqust-sentyabr aylarında 90 iri müəssisənin fəhlələri əmək haqqının artırılmsı tələbi ilə çıxış etdilər. Ölkədə sülh uğrunda, müharibə əleyhinə hərəkat da gücləndi. 1950-ci ilin iyununda Vyanada sülh tərəfdarlarının I Ümumdünya konqresi keçirildi. Atom silahının qadağan edilməsi haqqında Stokholm bəyannaməsinə bir milyon avstriyalı da öz imzasını qoydu. 870 min adam isə böyük dövlətlər arasında sülh paktının bağlanması haqqındakı müraciətə qol çəkdi. 1952-ci ilin dekabrında Vyanada xalqların sülhü müdafiə Konqresinin keçirilməsi mühüm hadisə idi.
Fəhlə və demokratik hərəkatın təsiri altında 1952-ci ildə parlament aylıq pensiyalara əlavələr və əmək haqqından tutulan vergilərin azaldılması haqqında qanun qəbul etdi. Denasifikasiya prosesi həyata keçirillməyə başladı.
Dostları ilə paylaş: |