Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Siyasi inkişafın xüsusiyyətləri



Yüklə 2,21 Mb.
səhifə150/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   186
2. Siyasi inkişafın xüsusiyyətləri
Sosial-demokratlar demokratik islahatların təşəbbüsçüsüdürlər
İkinci dünya müharibəsindən sonra inkişaf etmiş zonanın sosial-siyasi formalaşması, hər şeydən əvvəl cəmiyyətin həyatının müxtəlif sahələrində dövlətin rolunun daha da artması əlaməti altında gedirdi. Bu isə xeyli dərəcədə onunla müəyyən olunurdu ki, başlıca sosial-siyasi qüvvələr bu və ya digər formada keynsiançılıq və ümumi rifah (firavanlıq) dövləti prinsiplərini qəbul edirdilər.

Qərbi Avropada sosial islahatların başlıca təşəbbüs­çüləri sosial-demokratlar oldular. Bu islahatlar içərisində iqtisadiy­yatın bir sıra sahələrinin milliləşdirilməsi, sosial proqramların genişləndirilməsi, iş vaxtının qısaldılması və s. göstərmək olar. bu islahatların keçirilməsinə təkan verən əsas amil isə güclü iqtisadi inkişaf idi. Məhz güclü iqtisadi inkişaf firavanlıq dövlətinin yaranması və möhkəmlənməsi üçün şərait yaratdı.

İkinci Dünya müharibəsindən sonra Almaniyada faşizmin, SSRİ-də bolşevizmin təcrübəsindən ibrət dərsi alan sosial demokratlar real siyasətə keçdilər. Onlar marksizmdən uzaqlaşaraq hüququ dövlətin daimi qiymətliliyini tanımalı oldular. 1951-ci ildə təşkil edilən və 42 sosialist və sosialist-demokrat partiyasını birləşdirən Sosialist İnternasionalının qəbul etdiyi Frankfurt bəyannaməsində demokratik sosializmin başlıca dəyərləri öz əksini tapmışdır. Bu bəyannamədə Avstriya Sosialist partiyasının 1958-ci ildə qəbul etdiyi proqramında və Almaniya sosial-demokrat partiyasının 1959-cu il Hodesberq proqramında irəli sürülən başlıca müddəalardan, məsələn, proletariat diktaruası, sinfi mübarizə, xüsusi mülkiyyət, istehsal vasitələrinin ictimailəşdirilməsi və s-dən ibarət müddəalardan imtina edilmişdi. 80-ci illərin sonuna qədər sosial-demokratların bütün milli dəstələri bu yolu qəbul etdilər.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin