Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ



Yüklə 2,21 Mb.
səhifə169/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   186
ASİYADA İNTEQRASİYA
Asiya-Sakit okean regionu (ASOR) da müasir dünyanın taleyinə böyük təsir göstərir. Hələ XIX əsrin sonunda ABŞ-ın dövlət katibi olmuş Hey demişdi: Aralıq dənizi keçmişin, Atlantik okeanı indinin, Sakit okean gələcəyin okeanıdır.

Asiya (başlıca olaraq Şərqi Asiya) Rusiyanın Uzaq Şərqindən şimal-şərqdə Koreyaya, cənubda Avstraliyaya və qərbdə Pakistana qədər uzanan olduqca böyük üçbucağı əhatə edir. Bu üçbucağın ərazisində planetin əhalisinin təqribən yarışı yaşayır. 2000-ci ildə bu ölkələr, ABŞ istisna olmaqla, dünya ümummilli məhsulunun 20%-ni vermişlər və region dünyanın başlıca güc mərkəzlərindən birinə çevrilməkdədir.

İnkişaf etməkdə olan ölkələrin sənaye ixracının 40% -ni verən Honqkonq (Syunqun) Tayvan, Cənubi Koreya və Sinqapur Şərqi Asiyanın dörd «əjdahası» və ya «pələng» adlanır. 1967-ci ildə təşkil edilmiş, Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasına-ASEAN-a daxil olmuş beş inkişaf etməkdə olan dövlət (Bruney, İndoneziya, Malayziya, Tailand, Filippin və b.) Cənub Şərqi Asiyanın və dünyanın iqtisadi inkişafında özünə məxsus rol oynayırlar. Dünya kapitalizminin bu güc mərkəzinin aparıcı qüvvəsi Yaponiyadır. Çin də Şərqdə belə mərkəzə çevrilmək niyyətindədir.

Son illərdə Şanxay qrupunun fəaliyyəti sürətlə nəzərə çarpmaqdadır. Bu qrup 1996-cı ilin aprelində Çinin Şanxay şəhərində beş dövlət (Rusiya Federasiyası, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistan) başçısının regional siyasi-iqtisadi-hərbi məsələlərlə bağlı toplantısında yarandı və “Şanxay beşliyi” adı ilə formalaşdı. Bu qrupun üzvləri 1996-cı ilin aprelində Şanxayda “Sərhəd bölgəsində hərbi sahədə etimadın möhkəmləndirilməsi haqqında” , 1997-ci ilin aprelində isə Moskvada “sərhəd bölgələrində qarşılıqlı olaraq hərbi qüvvələrin azaldılması haqqında” müqavilələr imzaladılar. “Şanxay beşliyi” 2001-ci il iyunun 15-də Özbəkistanın da iştirakı ilə imzalanmış müqavilədən sonra Şanxay əməkdaşlıq Təşkilatı (ŞƏT) adlandı və onun strukturu dövlət başçıları şurası, hökumət başçıları şurası, xarici işlər nazirləri şurası, Nazirliklərin rəhbərələrinin müşavirəsi, milli koordinatorlar şurası, Katiblik, regional antiterror strukturu (RATS) şurası kimi müəyyənləşdirildi. ŞƏT-nin işində 2004-cü ildən Monqolustan, 2005-ci ildən isə İran, Pakistan və Hindistan müşahidəçi dövlət kimi iştirak edir. 2004-cü ilin dekabrında BMT-nin Baş Assembleyasında ŞƏT-ə müşahidəçi statusu verilmişdir. ŞƏT-də iş Çin və Rus dillərində aparılır.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin