Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ XX ƏSRİN 60-CI İLLƏRİNİN SONUNDA VƏ 70-Cİ İLLƏRDƏ YENİDƏN İSTİLƏŞMƏ



Yüklə 2,21 Mb.
səhifə166/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   186
BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ XX ƏSRİN 60-CI İLLƏRİNİN SONUNDA VƏ 70-Cİ İLLƏRDƏ YENİDƏN İSTİLƏŞMƏ
60-cı illərin sonundan, beynəlxalq münasibələrdə yenidən mülayimləşmə başlandı. Qarşıdurma erasını danışıqlar erası əvəz etməyə başladı və bu era 70-ci illərin sonuna qədər, yəni SSRİ-nin Əfqanıstana müdaxiləsinə qədər davam etdi.

Hələ 1963-cü ildə ABŞ, Böyük Britaniya və SSRİ nüvə silahı sınaqlarının atmosfer, kosmik fəza və su altında sınaqdan keçirilməsinin qadağan olunması barədə müqavilə imzaladılar. Bunu «soyuq müharibə»nin həmişə don olan buzladığında «ilk çat» adlandırırdılar. Sonradan bu müqaviləyə 100-dən artıq dövlət qoşuldu. 1968-ci ilin yazında nüvə silahını yaymamaq barədə müqavilə imzalandlı. 1970-ci ildə bu müqavilə qüvvəyə mindi. 90-cı illərin əvvəli üçün müqaviləni 35-dən çox ölkə imzalamışdı. 1971-ci ilin fevralında dənizin dibində, okeanda və okean altında nüvə və digər silahların toplanmasını, atılmasını və s. qadağan edən saziş imzalandı. 1972-ci ilin aprelində bakteroloji və toksiki silahların qadağan olunması haqqında müqavilə bağlandı.

1972-1974-cü illərdə Sovet-ABŞ danışıqları nəticəsində «SSRİ ilə ABŞ arasında qarşılıqlı münasibətlərin əsasları və «raketdən müdafiə sisteminin məhdudlaşdırılması haqqında» ikitərəfli müqavilə və «Strateji silahların məhdudlaşdırılması (SSM-1) sahəsində bəzi tədbirlər barədə» müvəqqəti saziş imzalandı və hər iki dövlətin qanunverici orqanı tərəfindən ratifikasiya edildi, yəni təsdiqləndi. Uzun danışıqlardan sonra, 1979-cu ildə SSM-2 müqaviləsi imzalandı. Lakin o, ABŞ konqresi tərəfindən təsdiq edilmədi.

70-ci illərin birinci yarısında gedən yumşalma prosesi 1975-ci ilin iyulun 30-dan avqustun 1-dək Helsinkidə (Finlandiya) 33 Avropa (təkcə Albaniya iştirak etmirdi) döv­lə­ti, ABŞ və Kanadanın iştirakı ilə keçirilmiş Avropada Təh­lükəsizlik və əməkdaşlıq üzrə müşavirə ilə möhkəmləndirildi. Müşavirə İkinci Dünya müharibəsinə siyasi yekun vurdu və bildirdi ki, İkinci Dünya müharibəsindən sonra əmələ gəlmiş sərhəd dəyişiklikləri dəyişilməzdir. Avropanın 33 dövlətinin, habelə ABŞ və Kanadanın rəhbərləri Yekun aktını imzala­dı­lar. Aktda Müşavirənin iştirakçısı olan dövlətlərin razılaşdı­rılmış qarşılıqlı münasibət prinsirləri qeyd olundu, onlar ara­sında əməkdaşlığın məzmun və formaları, habelə silahlı müna­qi­şə­lərin meydana gəlməsi təhlükəsinin azaldılması üzrə təd­birlər müəyyənləşdirildi. ATƏM-in (Avropada Təhlükəsiz­lik və Əməkdaşlıq Müşavirəsi) iştirakçısı olan dövlətlər aşağı­dakı prinsipləri rəhbər tutacaqlarını öhdələrinə götürdülər. 1. Su­ve­ren bərabərlik, suverenliyə aid hüquqlara hörmət edil­mə­si; 2. Zor işlətməmək, yaxud zor gücü ilə təhlükə yarat­mamaq; 3) sərhədlərin toxunulmazlığı; 4) dövlətlərin ərazi bütövlüyü; 5) mübahisəli məsələlərin dinc yolla nizama salınması 6) daxili işlərə qarışmamaq; 7) insan hüquqlarına və azadlıqlarına, o cüm­lədən fikir, vicdan, din və məsləkə hörmət edilməsi; 8) hüquq bərabərliyi və xalqların öz taleyini həll etmək hüququ. 9) dövlətlər arasında əməkdaşlıq; 10) beynəlxalq hüquq üzrə öhdəliklərin vicdanla yerinə yetirilməsi. Müşavirənin yekun­ları xalqların sülhə, tərksilaha, əməkdaşlığın inkişafına artan ma­ra­ğını əks etdirirdi. Helsinkidə başlanmış proses bütün Av­ropa xalqlarının xeyrinə olan qarşılıqlı razılaşmaların əldə edilə bilməsinin real nümunələrini göstərdi. Bunu ATƏM –in iştirakçısı olan dövlətlərin sonrakı Belqrad (1977-1978-ci illər) Madrid (1980-1983-cü illər), Stokholm (1984-1987-ci il illər) Vyana (1986-1989-cu illər), Paris (1990-cü il), Helsinki (1992-ci il) , Budapest (1994-cü il) Lissabon (1996-cı il), İstanbul (1999-cı il) görüşləri də təsdiq etdi.

70-ci illərdə Asiyada da əhəmiyyətli dəyişikliklər baş verdi . Özünün Milli istiqlaliyyəti uğrunda mübarizədə Şərqi Benqaliya (Şərqi Pakistan) xalqı qələbə qazandı. 1971-ci ildə Banqladeş Xalq Respublikası yarandı. Pakistan hökuməti ölkənin SEATO-dan çıxdığını bildirdi. 1977-ci ildə bu blok öz mövcudluğuna son qoydu. 70-ci illərin isonunda SENTO-da faktiki olaraq dağıldı.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin