Finlandiya XX əsrin 80-90-cı illərində.Qərbi Avropa ölkələrində iqtisadi böhran təzahürləri Finlandiyada da özünü göstərməyə başladı. 1982-ci ildə sənaye məhsulları istehsalı 5%, kənd təsərrüfat məhsulları istehsalı 8 % azaldı. 1983-cü ildə yenidən canlanma baş verdi. Yaşının keçməsi ilə əlaqədar Kekkonen istefaya getdi. 1982-ci ilin yanvarın 20-də FSDP-nin sədri M.Koyvisto prezident seçildi. 1982-ci ilin fevralında K.Sorsa yeni hökumət təşkil etdi. Pensiya artırıldı. Sosial qanunvericilik aktı qəbul edildi. 1982-ci ilin payızında qiymətlər donduruldu. 1982-ci ilin dekabrında kommunist nazirlər büdcə məsələsində fikir ayrılığı ilə əlaqədar hökumətdən getdilər.
1983-cü ilin martında növbəti parlament seçkilərindən sonra da hökumətə K.Sorsa başçılıq etdi. İnflyasiya və işsizliklə mübarizə proqramı irəli sürüldü.
80-ci illərin əvvəllərində beynəlxalq gərginliyini artması ilə əlaqədar olaraq Finlandiya Avropa təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirməyə başladı. 1982-ci ildə BMT-nin 20-ci sessiyasında Finlandiya nüvə silahını ləğv etmək haqqında müqavilə bağlamaq təklifi ilə çıxış etdi.
SSRİ ilə Finlandiya arasında mehriban münasibətlər bu dövrdə də davam edirdi.
1994-cü ildən 2000-ci ilədək isə Finlandiyanın prezidenti M.Axtisaari oldu. Onun dövründə Avropada inteqrasiya proseslərində Finlandiya da fəal iştirak etdi.
90-cı illərdə Finlandiya BMT-nin sülhməramlı tədbirlərində, insan hüquqları və ətraf mühitin qorunması və tərksilah məsələləri üzrə ümumavropa əməkdaşlığında fəal iştirak edirdi. 1995-ci ildə Finlandiya Avropa İttifaqına üzv oldu.
Dostları ilə paylaş: |