Yunanıstan Q.Papandreunun hökumətinin hakimiyyəti dövründə (1963-1965-ci illər). 1963-cü il seçkilərində parlamentdə «Mərkəz İttifaqı» partiyası əksəriyyət qazandı və Q.Papandreunun başçılığı altında hökumət təşkil edildi. Lakin o, hakimiyyəti tək idarə etmək istəməyib 1964-cü ilin fevralın 15-də yeni seçkilər etdi. Mərkəzçilər 53% səs aldılar.
Q.Papandreu hökuməti ölkənin demokratikləşməsinə yönəldilmiş mütərəqqi tədbirlər gördü. Kənd təsərrüfatına xüsusi diqqət yetirildi. Əmək haqqı qismən artırıldı, doqquz illik təhsil məcburi oldu. Təhsil pulsuz oldu. Patraxda üçüncü universitet açıldı.
Xarici siyasət sahəsində satillet yox, bərabər hüquqlu müttəfiq rolunda çıxış etməyə çalışdı.Balkan dövlətləri ilə münasibət normal məcraya düşdü. Bununla belə yenə də YKP-nin fəaliyyəti qadağan idi. Sağ mühafizəkar dairələr dövlət apparatında saxlanılırdı. Hər halda bu dövrdə demokratik qüvvələr öz fəaliyyətini genişləndirdi. Həmkarlar ittifaqı üzərində dövlət nəzarəti zəiflədi. Demokratik hərəkatda «Lambrakin demokratik gəncləri» təşkilatı mühüm rol oynayırdı. Ölkədə vəziyyəti gərginləşdirən səbəblərdən biri Yunanıstanın müdafiə naziri Qarufaliasın NATO-nun qərargahında 1965-ci ilin mayındakı çıxışında Vyetnama qoşun göndərməyə hazır olduğunu bildirməsi idi.
Lakin Papandreu bunun qəti əleyhinə çıxdı və hərbi nazirdən istefa tələb etdi. Belə olduqda mühafizəkar qüvvələr ABŞ-ın köməyi ilə 1965-ci il iyulun 15-də «saray çevrilişi» təşkil etdilər. Kral Konstantin Papandreu hökumətini istefaya göndərdi və onu daha yola gedən Paraskevopulosun hökuməti ilə əvəz etdi. 1965-ci ilin iyulun 18-də demokratik qüvvələrin vahid cəbhəsi yaradıldı və o, yeni seçkilər təyin edilməsinə nail olundu. 1965-ci ildə Yunanıstanda tətillərdə 1,5 milyon adam iştirak etdi.
Dostları ilə paylaş: |