Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Yunanıstan XX əsrin 80-ci-90-cı illərdə



Yüklə 2,21 Mb.
səhifə129/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   186
Yunanıstan XX əsrin 80-ci-90-cı illərdə. 80-ci illərdə Yuna­nıstan iqtisadi çətinliklərlə qarşılaşdı. 1980-ci ildə iqtisadi inki­şaf sürəti düşdü. Bu vəziyyət 1983-ə qədər davam etdi. Sə­naye məhsulları 8,5 faiz aşağı düşdü. Kənd təsərrüfatı məhsulları istehsalı 4,4% azaldı, işləyən əha­linin 8,3 %-i işsiz idi.

Ölkənin sosial-siyasi vəziyyəti kəskinləşdi. 1981-ci ilin parlament seçkilərində «Ümumyunan sosialist hərəkatı (PASOK)» partiyası qələbə çaldı və həmin partiyanın sədri P.Papandreunun başçılığı altında hökumət təşkil edildi. Bu dövrdə siyasi və ictimai həyat daha da demokratikləşdirildi. Sosial-iqtisadi yeniliklər, xarici siyasətdə pozitiv dəyişikliklər baş verdi. 1981-ci ildə Yunanıstan AİB-ə üzv oldu.1989-cu il parlament seçkilərindən sonra K.Mitsotakisin hökuməti təşkil edildi. Bu hökumət 1993-cü ilə qədər hakimiyyətdə oldu. Bu hökumətin dövründə ABŞ-la əməkdaşlıq, Yunanıstanın Avropanın siyasi və iqtisadi qurumlarına inteqrasiya olunmaq cəhdləri artdı. 1993 və 1996-cı ilin parlament seçkilərində PASOK partiyası dalbadal qələbə çaldı. Hökumətə K.Smitis başçılıq etdi. Türkiyə ilə mübahisəli olan Egey dənizi, Kipr və Makedoniya məsələsində K.Smitis hökuməti sərt mövqe tut­du. Bu məsələlər ABŞ-ın vasitəçiliyi nəticəsində 1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində müzakirə edildi. Tür­ki­yə və Yunanıstan rəhbərləri görüşdülər və müna­si­bətlər qismən nizama salındı.

Yunanıstanın hazırda baş naziri PASOK-un lideri (Ümum­yu­nanıstan Sosialist Hərəkatı) Kostas Smitesdir. Yunanıstanın prezidenti Konstantineskodur. Ölkədə əsas partiyalar Yeni Demokratiya İttifaqı və PASOKdur.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin