Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Niderland XX əsrin 70-ci illərində



Yüklə 2,21 Mb.
səhifə132/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   186
Niderland XX əsrin 70-ci illərində. 1970-ci ildə Niderlandda iqtisadi yük­səliş davam edirdi. Lakin tezliklə iqtisadi enmə müşahidə edilməyə başladı. 1970-1975-ci ildə Hollandiyanın ticarət donanması 20%-dən çox ixtisar edildi.

1974-cü ildə inflyasiya artdı, energetika böhranı başladı, iqtisadi çətin­liklər yarandı. Limburqda sonuncu kömür şaxtası bağlandı. 1975-ci ildə işsiz­lərin sayı 206 minə çatdı. Rotterdamın yük dövriyyəsi aşağı düşdü. 1975-ci ildə sənaye məhsulu 5% aşağı düşdü. 3.5 min firma iflasa uğradı. 70-ci illərin ikinci yarısında iqtisadiyyat zəif də olsa, inkişaf etməyə başladı. Ölkədə dövlət böl­mə­sinin çəkisi artdı. Hollandiya kapitalının xarici ölkələrə müdaxiləsi genişləndi.

Ölkənin siyasi həyatında sabitlik pozuldu. 1971 və 1972-ci il parlament seç­kiləri ölkədə Katolik Xalq Hərəkatı partiyasının nüfuzunun düşdüyünü gös­tərdi.

1972-ci il seçkilərində Əmək partiyası daha çox səs alaraq ilk dəfə höku­mət koalisiyasında aparıcı partiya oldu. Hökumət böhranının ən uzun sürən dövründə hökumətə sosial-demokratlar rəhbərlik etdilər. 70-ci illərdə siyasi qeyri-sabitlik davam etdi. 1977-ci il seçkiləri ərəfəsində Əmək Partiyasına qarşı Katolik Xalq partiyası, Antinqilab partiyası, Xristian tarixi ittifaq partiyası «Xristian-demokratik çağırış» blokunda birləşdilər. Əmək partiyası seçkilərdə qələbə qazanmasına baxmayaraq koalisiyalı hökumət yarada bilmədi. 1977-ci ilin dekabrında A.Aqtın başçılığı altında klerikal və liberallardan ibarət koa­lisiyalı hökumət təşkil edildi. Bu hökumətin daxili siyasətdə iqtisa­diyyatı canlandırmaq üçün gördüyü tədbirlərdən biri sosial ehtiyaclara və təhsilə çəkilən xərcləri ixtisar etməsi idi. Lakin hərbiyə çəkilən xərclər çoxaldı. Ölkədə tətil və sülh tərəfdarları hərəkatı artdı. 1979-cu ilin dekabrın 6-da parlament əksəriyyət səslə ölkədə ABŞ raketlərinin yerləşdirilməsinə qarşı çıxdı.

1971, 1975, 1976 və 1978-ci illərdə SSRİ ilə Niderland arasında ticarət, iqtisadi, sənaye, texniki əməkdaşlığın 10 il müddətinə inkişafı, elmi və mədəni əməkdaşlıq haqqında sazişlər imzalandı. Niderlandla MXR, ADR, VDR ara­sında diplomatik münasibətlər yaradıldı. 1975-ci ildə o, Helsinki müşavirəsində iştirak etdi və onun Yekun Aktına qol çəkdi. BMT-nin sülhməramlı tədbirlərini müdafiə etdi.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin