Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Niderland «soyuq müharibə» illərində



Yüklə 2,21 Mb.
səhifə131/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   186
Niderland «soyuq müharibə» illərində. 50-ci illərdə Niderlandın iqtisadiy­yatı yüksələn xətlə inkişaf etdi. İxraca göndərilən məhsulların yüksək keyfiy­yətlə istehsalı artdı. Maşınqayırma, o cümlədən, nəqliyyat avadanlığı, qara metallurgiya, avtomobil istehsalı, elektronika, kimya, yeyinti və metal emalı kimi sənaye sahələri əhəmiyyətli dərəcədə inkişaf etdi. Niderland gəmilərinin tonnajı 3 dəfə artdı. Niderlandın dəniz donanması kapitalist ölkələri içərisində beşinci yeri tuturdu. 1959-cu ildə ölkədə 1773 min ton neft istehsal edilirdi. Adambaşına düşən kimya sənayesi məhsullarına görə ölkə dünyada üçüncü yeri tuturdu. 50-ci illərin sonunda Niderlandın Qroninqen əyalətində zəngin qaz yataqları aşkara çıxarıldı. 1971-ci ildə Hollandiyada 48,3 milyard kub m. qaz çıxarılırdı. Adamaşına düşən qaz istehsalına görə Niderland dünyada birinci yeri tutdu.

50-ci illərdə Niderlandın iqtisadi inkişafı müəyyən çətinliklərlə qarşı­laşmalı oldu. Belə ki, 1953-cü ildə ölkənin cənub əyalətlərini su basması nəti­cə­sində maddi zərər 0.9 mlrd. hulden (dövlət büdcəsinin 25%-i) oldu.

50-ci illərdə Niderland Avropa polad və kömür, Avropa İqtisadi birliyinə və digər kapitalist ölkələrinin birgə təşkilatlarına üzv oldu. Digər ölkələrlə inteqrasiya ölkə iqtisadiyyatının yenidən qurulmasına səbəb oldu. Bu inteqrasi­yada Niderland tabe tərəf kimi çıxış edirdi. İqtisadi inkişafda xarici bazarlar üçün istehsal mühüm rol oynayırdı. Mühüm istehsal sahələrinin məhsulunun 22-50%-i ixraca gedirdi. Ölkənin ixracının 30%-ni kənd təsərrüfatı məhsulları təşkil edirdi.

1960-cı ildə sənaye məhsulu istehsalı müharibədən əvvəlkinə nisbətən iki dəfədən çox artdı.

60-cı illərdə ölkədə istehsalın hər il orta inkişaf tempi 7%-dən yüksək idi. İqtisadiyyatın inkişafının sənaye istiqaməti milli gəlirdə kənd təsərrüfatının payının azalmasına səbəb oldu. 1959-cu ildə kənd təsərrüfatının payı cəmi 11,7% təşkil edirdi. Kənd təsərrüfatında ölkə əhalisinin cəmi 13%-i çalışırdı ki, bu da müharibədən əvvəlkinə nisbətən iki dəfə az idi. Bununla belə kənd təsər­rüfa­tında yüksək inkişaf etmiş kapitalist münasibətləri formalaşdı. Onun məhsul­darlığı əhəmiyyətli dərəcədə artdı. Niderland bir çox kənd təsərrüfatı və heyvandarlıq məhsulları istehsalına görə dünyada birinci yeri tutdu. AİB-də kənd təsərrüfatı məhsullarının ixracına görə birinci yer ona məxsus idi.

İstehsalın və kapitalın mərkəzləşməsi və təmərküzləş­məsi prosesi güc­ləndi. Bir neçə iri beynəlxalq kompaniyaların, o cümlədən ingilis-holland neft kompaniyası olan «Royyal datç-Şell»in, marqarin yağı istehsalı üzrə ingilis-holland kon­ser­ninin, sabun və texniki piylər istehsal edən «Yunilever»in, süni ipək istehsalı üzrə Qərbi Almaniya - Hollandiya inhisarı olan «AKYU»nun, radio aparatı və radio avadanlığı istehsalı üzrə holland-amerikan konserni olan «Filins»in, Hollandiya kompaniyası olan «Hooqovens»in ölkədə ağalığı güc­ləndi. İnteqrasiya prosesi xırda sahibkarlığın iflasını sürətlən­dirdi. 1964-1974-cü illərdə 40 min xırda və orta müəssisələr iflasa uğradı. Amsterdam və Rotterdam kommersiya bankları birləşdi və bu birləşmə əsasında «Alqemene bank Niderland» yarandı. Bu yeni maliyyə korporasiyasının əlində bütün xüsusi bankların aktivinin ¾ hisəsi birləşdi. 1969-cu ildə iki böyük holland firması olan «AKYU» və «Koninkleke Zaut Orqanon» (KZO) birləşib AKZO adlandı.

Tezliklə bu kompaniya kimyəvi lif məhsulları istehsalına görə dünyada ikinci yeri tutdu.

Beynəlxalq inhisarlara Hollandiyada fəaliyyət göstər­mək üçün əl­ve­rişli şərait yarandı. ABŞ-ın 500 iri korpora­siyasından 100-dən çoxu Nider­landda öz filiallarını yaratdılar. ABŞ-ın neft inhisarları Hollandiyanın neft emalı səna­yesinin 50%-nə nəzarət edirdi. 60-cı illərdə AFR-in də bu ölkəyə birbaşa kapital qoyuluşu 7 dəfə artdı, AİB ölkələri ilə ticarətdə Niderlandın ixracının 49.5%-i, idxalının isə 47%-i AFR-in payına düşürdü.

Ölkənin iqtisadi həyatında dövlətin rolu yüksəldi. Dövlət-inhisarçı ka­pitalı gücləndi. Hollandiya inhisarçılarının gəliri çoxaldı.

Ölkənin siyasi həyatında əvvəlki kimi Katolik xalq partiyası və Əmək Partiyasının nüfuzu güclü idi. Katolik fəhlə hərəkatı həmkarlar birliyi də fəhlələr arasında böyük nüfuz qazanmışdı. Ölkədə çıxan qəzetlərin 30%-i katoliklərin nəzarəti altında idi. Katolik xalq partiyası daxili siyasətdə xüsusi mül­kiyyəti müdafiə edir, əməklə kapitalın əmək­daşlığına çalışırdı. Xarici siya­sətdə katoliklər Qərbi Avropa ilə inteqrasiyanı və NATO-nu dəstəkləyirdilər.

Ölkənin siyasi həyatında ikinci nüfuzlu partiya olan Əmək partiyası daxili həyatda «demokratik sosializm» tərəfdarı olduğunu göstərir, xarici siyasətdə isə katoliklərin siyasətini müdafiə edirdi.

1957-ci ildə baş verən iqtisadi böhranla əlaqədar olaraq V.Dreys höku­məti xərcləri azaltdı, sənaye quruculuğunu ixtisar etdi, vergiləri artırdı. Libe­rallar Xalq partiyasına daxil ol­dular. 1957-ci ildə Pasifist sosialist partiyası yarandı ki, o öz tərkibində Əmək partiyasının tərkibindən çıxan sosialistləri və pasifistləri birləşdirirdi. O, müharibə, silahlanma əleyhinə çxıır, NATO-dan Ni­derlandın çıxmasını tələb edir, müstəm­ləkəçiliyi pisləyirdi.

Ölkənin daxili həyatı tez-tez hökumət kabinetlərinin dəyişməsi ilə səciyyələnirdi. 50-ci illərdə hakimiyyətdə Ka­tolik xalq partiyası və Əmək partiyasının koalisiyalı hökuməti dururdu. 1958-ci ilin dekabrından hökumətə KXP-nin sədri Yan Eduard de Kuay başçılıq etməyə başladı. Hökmətin tərkibinə həmçinin demokratiya və azadlıq uğrunda mübarizə aparan Xalq partiyasının, əksinqilabi partiyaların, Xristian tarixi ittifaqının nümayəndələri də daxil oldular.

1967-ci ilin aprelin 5-də katolik de Yonqun başçılığı altında təşkil edilən koalision hökumətə KXHP, liberallar, ƏP və XTİ-nin nümayəndələri də daxil oldular. 1969-cu il par­lament seçkilərindən sonra dörd partiyanın nü­mayən­dələrindən təşkil edilmiş hökumətə yenə də de Yonq başçılıq etdi.

Ölkənin sürətlə silahlanmaya cəlb edilməsi zəhmətkeşlərin həyat səviy­yəsinə mənfi təsir göstərirdi. 50-ci illərdə əmək haqlarından tutulan verigi 2,5 dəfə artdı. Dolayı vergilər də çoxaldı. 1967-ci ildə ölkədə 100 min işsiz var idi. Əmək haqlarının yüksəlməsi uğrunda fəhlə sinfinin mü­barizəsi gücləndi. 1964-1966-cı illərin mübarizəsi hökuməti fəhlələrin əmək haqlarını orta hesabla 42% artırmağa məcbur etdi. Ölkədə antimüharibə hərəkatı da artdı.

Xarici siyasətdə Niderland hökuməti digər ölkələrlə iqtisadi, siyasi, ti­carət əlaqələri genişləndirməyə və möhkəm­ləndirməyə çalışırdı. O, Qərbi Av­ropa ilə inteqrasiyaya daha çox diqqət yetirirdi.

ABŞ meylli istiqamət Niderlandı «soyuq müharibə»də fəal iştiraka cəlb etdi. Silahlanmaya çəkilən xərclərə görə Ni­derland NATO-da 4-cü yerdə dururdu. 1960-cı ildə onun hərbi büdcəsi 2 mlrd. hulden təşkil edirdi. 1966-cı ildən Mərkəzi Avropada NATO-nun Silahlı Qüvvələrinin koman­dan­lığının ştab-qərargahı Niderlandın ərazisində yerləşirdi.

Bununla belə, Niderland hökuməti 1962-ci ildə Qərbi İrianaın İndonezi­yaya verilməsi haqqında sazişi, 1968-ci ildə atom silahının yayılmaması haq­qında müqaviləni imzaladı. 1970-ci ildə isə təhlükəsizlik və əməkdaşlıq məsələlərinə həsr edilmiş Ümumavropa müşavirəsinin çağrılması ideyasını mü­dafiə etdiyini bildirdi. Niderlandın sosialist ölkələri ilə münasibətləri yaxşılaşdı.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin