Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


NİDERLAND (HOLLANDİYA) KRALLIĞI



Yüklə 2,21 Mb.
səhifə130/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   186
NİDERLAND (HOLLANDİYA) KRALLIĞI

İkinci dünya müharibəsi qurtardıqdan sonra

Niderlandın iqtisadi və siyasi vəziyyəti
1945-ci ilin mayında Niderland faşist işğalçılarından azad edildi. Ölkə müharibə nəticəsində öz milli sərvətinin üçdə birini itirdi. 500 min ölən və əsir alınan oldu. Niderlanda dəyən maddi zərər 5,6 milyard dollar oldu. Dövlət borcları 28 milyard hulden təşkil edirdi.

Sənayedə istehsalın səviyyəsi müharibədən əvvəlki illə müqayisədə 50%, kənd təsərrüfatında isə 60% aşağı düşdü.

Zəhmətkeşlərin maddi vəziyyəti də ağırlaşdı. Zəruri tələbat malları çatışmırdı. Vergilər iki dəfə artırılmışdı. 100 min nəfər tam, 200 min nəfər isə qismən işsiz idi. Vəziyyəti çətinləşdirən səbəblərdən biri də Niderlandın öz müstəm­ləkələrini itirməsi idi.

Niderland inkişaf etmiş sənaye-aqrar ölkə idi. Onun iqtisadiyyatı xeyli dərəcədə xarici xammal və satış bazar­larından asılı idi. Yüksək inkişaf etmiş kənd təsərrüfatı xeyli dərəcədə ixrac üçün istiqamətləndirilmişdi. Müharibə qurtar­dıqdan sonra yüksək gəlir gətirən və az xərclə mümkün olan sənaye sahələrinin bərpasına xüsusi diqqət yetirildi. Ölkə xarici istiqrazlara da ehtiyac hiss edirdi. Hakim dairələr İngiltərə ilə ənənəvi əlaqələrini bərpa etdilər. Müharibədən sonra Niderlanda ABŞ kapitalının müdaxiləsi sürətləndi. Artıq 1946-cı ilin əvvəllərində 200 min yaşayış evi, 400 min ha tor­paq sahəsi yararlı hala salındı, 2.5 min km. dəmiryolu bərpa olundu. Sənaye müəssisələrinin bərpası və modernizasiyası get­di. 1948-ci ilin sonuna yaxın Niderland sənaye və kənd tə­sərrüfatı malları istehsalında müharibədən əvvəlki səviyyə­yə çatdı.

Müharibədən sonrakı illərdə əhalinin geniş təbəqələ­rində ümumi demok­ratik əhval-ruhiyyə gücləndi. Kütlələr demokratiyanın bərpasını tələb edir­dilər. Bununla əlaqədar Niderlandda faşist «milli-sosialist hərəkat» partiya­sının fəaliyyəti qadağan edildi.

Ölkədə müharibədən əvvəlki burjua partiyalarının yenidən formalaşması prosesi getdi. 1945-ci ilin mayında ənənəvi partiyaların siyasətindən narazı olanlar birləşib Niderland Xalq Hərəkatı (NXH) partiyasını təşkil etdilər. 1946-cı ildə keçmiş Katolik partiyası əsasında Katolik Xalq Partiyası (KXP) yarandı. Sosial-demokratların əksəriyyət hissəsi Niderland xalq partiyası ilə birləşib 1946-cı ilin fevralında Əmək Partiyasını (ƏP) təşkil etdilər. Müharibə qur­tardıqdan sonra Niderland Kommunist partiyasının sıra­larında 250 min nəfər var idi.

Demokratik qüvvələr siyasi, iqtisadi və sosial sahədə mütərəqqi islahatlar keçirilməsini tələb edirdilər. Fəhlə sinfinin tətilləri hökuməti ciddi güzəştlərə getməyə məcbur etdi. Londonda yerləşən Niderland mühacir hökuməti istefaya getdi. 1945-ci ilin iyununda təşkil edilən yeni hökumətə NXH-nin lideri V.Sxermerqord rəhbərlik etməyə başladı. Yeni hökumət əmək haqlarını 25% artırdı. Ərzaq mallarının qiymətlərinin qalxma­ması üçün tədbirlər gördü. Hər il fəhlə­lərə ikihəftəlik məzuniyyət müəyyən edildi. Bu dövrdə keçiri­lən maliyyə islahatları varlı təbəqələrin mənafelərinə toxunur­du. Hökumət ölkədəki sosial gərginliyi zəif­lətmək üçün bu islahatları keçirməyə məcbur idi.

1946-cı ilin mayın 17-də ölkə parlamenti olan Baş Ştatlara keçirilən seçkilərdə Katolik və Əmək partiyaları uğur qazandılar. Kommunistlər isə 10 deputat yeri tutdular. Ölkədə sosialist və katoliklərin Z.Baylin başçılığı ilə koalision höku­məti təşkil edildi.

Bu hökumət inhisarçı kapitalın mövqeyini möhkəm­ləndirdi. Ölkəyə xarici, ilk növbədə ABŞ kapitalının müdaxi­ləsi gücləndi. İqtisadiyyatı xarici ba­zar üçün ­istiqamət­lən­dirmək, İndoneziyada ağalığı bərpa etmək xətti götürüldü.

Niderland bitərəflik siyasətindən əl çəkərək digər kapitalist ölkələri ilə inteqrasiyaya xüsusi diqqət verməyə başladı. 1948-ci ildə o, Benilüks valyuta-kömrük ittifaqına girdi, «Marşall pranı»na qoşuldu. Qərb və Şimali Atlantika blokuna daxil oldu. Niderland ərazisində ABŞ-ın hərbi və raket bazaları yer­ləşdirilməyə başlandı.

1945-ci ilin sentyabrın 29-dan Niderland ABŞ və İngiltərənin hərbi kö­məyi ilə İndoneziya ilə müharibə aparsa da, orada öz ağalığını bərpa edə bil­mədi. 1949-cu ilin noyabrında Niderland hökuməti İndoneziyanın müstəqil­liyini tanımağa məcbur oldu.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin