Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


İsveçrə XX əsrin 50-60-cı illərində



Yüklə 2,21 Mb.
səhifə135/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   186
İsveçrə XX əsrin 50-60-cı illərində

50-ci illərdə İsveçrədə iqtisadiyyat sürətlə inkişaf etdi. Sənayenin aparıcı sahələri maşınqayırma, avadanlıq, kimya və elektrotexnika idi. Ölkə dünya saat istehsalına görə birinci yeri tutdu. Ölkədə hər il orta hesabla 65 milyon ədəd saat buraxılırdı. Sənaye topdansatış milli məhsulun 47%-ni verirdi. İşləyən əhalinin 1 milyonu və ya 50%-i sənaye fəhlələri idi. İsveçrənin ixracında 95% yeri sənaye malları tuturdu. Əhalinin 10%-i kənd təsərrüfatında, 40%-i isə xidmət sahəsində çalışırdı. İsveçrə sənaye ölkəsi olduğunu təsdiqlədi, sənaye istehsalının həcminə görə kapitalizm dünyasında 11-12-ci yeri tutdu. Ölkədə turizm «sənaye»si də geniş inkişaf etdi. Dünyanın maliyyə mərkəzlərin­dən biri kimi İsveçrənin vəziyyəti möhkəmləndi. Ona müxtəlif ölkələrin kapitalı axmağa başladı. 50-ci illərin ortalarında xarici ölkələrin İsveçrə bankında qoyduğu pulun miqdarı 5-6 mlrd. frank idi.

İsveçrə də öz növbəsində başqa ölkələrə kapital qoyurdu. 1950-1969-cu illərdə onun xaricə kapital qoyuluşu 10 mlrd frankdan 24.5 mlrd franka çatdı. Onların çoxu kapitalist ölkələrinin inkişafına sərf olunurdu. İqtisadi «çiçək­lənmə» dövrü 1963-cü ildə hökumətin etiraf etdiyi kimi «həyəcanlı situasiya» ilə əvəz olundu. Bu məsələ ilə əlaqədar olaraq 1964-cü ildə fövqəladə dek­retlər qəbul edildi. Xarici kapitalın ölkəyə axını məhdudlaşdırıldı, sahibkarlara verilən bank kreditləri azaldıldı, yeni tikililərin həcmi ixtisar edildi.

İqtisadiyyatda vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq 60-cı illərin sonunda hökumət fövqəladə vəziyyəti təxirə saldı. Kənd təsərrüfatı ləng inkişaf edirdi. Ölkədə fasiləsiz olaraq «qiymətlərin qayçısı» (kənd təsərrüfatı məhsul­larına aşağı, sənaye mallarına isə yüksək qiymət qoyulması) saxlanılırdı. 1939-cu illə müqayisədə kəndli təsərrüfatlarının sayı 1955-ci ildə 14% aşağı düşdü.

İsveçrədə 50-ci illərdə iş həftəsi 47-50 saat idi. Ölkədə hələ məzuniyyət və sosial sığorta haqqında qanunvericilik yox idi. Ona görə də İsveçrədə sosial vəziyyət getdikcə gərgin­ləşirdi. 800 minə yaxın xarici fəhlələrin vəziyyəti daha ağır idi. Ultra sağ qüvvələr şovinist əhval-ruhiyyəni qızışdıraraq xarici fəh­lələri ölkədən qovmaq istəsələr də, demokratik qüvvələrin təzyiqi ilə hökumət buna mane olmağa məcbur oldu. Dörd partiyalı koalisiya 60-cı illərdə haki­miyyətdə qaldı.

60-cı illərdə İsveçrə Əmək partiyası zəhmətkeşlərin sosial-iqtisadi və siyasi hüquqlarını müdafiə edən bir neçə qanun layihəsini irəli sürdü. Ölkədə müharibə əleyhinə hərəkat gücləndi. Qadınlara seçki hüququ verilməsi ilə əla­qədar olaraq 1959-cu ilin fevralın 1-də ölkədə keçirilən ancaq kişilərin iştirak etdiyi referendumda klerikal dairələrin və sağ burjua partiyalarının əksəriy­yətinin təzyiqi ilə qadınlar ancaq Cenevrə, BO və Nevşatel kantonlarında seçki hüququ aldılar.

Lakin tezliklə Bazel, Tiçino və Vale kantonlarında da qadınların kişilərlə bərabərhüquqlu olması haqqında qərarlar qəbul edildi. 1969-cu ilin martın 1-də 3 min qadın «Bernə yürüş» təşkil etdi. Bundan məqsəd iqtisadi və siyasi həya­tın bütün sahələrində qadınlara da kişilərlə bərabər siyasi hüquqlar verilməsi idi. 1971-ci ilin fevralın 7-də yenidən keçirilən referendum nəticəsində bütün qadınlara seçki hüququ verildi.

Müharibə təhlükəsinin artması ilə əlaqədar olaraq ölkədə sülh tərəfdar­ları bir sıra kütləvi kampaniyalar təşkil etdilər. 1952-ci ildə keçirilən referen­dumda isveçrəlilərin əksə­riyyəti hökumətin silahlanma proqramının əleyhinə olduğunu bildirdi.

Beynəlxalq aləmdə İsveçrə xarici ticarəti genişləndirdi. Onun xarici ticarət dövriyyəsinin üçdə ikisi Qərbi Avropa ölkələri ilə idi. Bu ölkələr içərisində isə AFR, İtaliya, Fransa, İngiltərə əsas yer tuturdu. ABŞ-la da böyük həcmli ticarət əməliyyatları saxlanılırdı. Bununla belə, 50-ci illərdə ABŞ-dan gətirilən mallara gömrük haqqının 50% artırılması iki ölkə arasında «saat müharibəsi» adı ilə məşhur olan narazılığın yaranmasına səbəb oldu.

Müharibədən sonra İsveçrədə BMT-nin Avropa Ümumdünya səhiyyə təşkilatı, Beynəlxalq əmək təşkilatı, Beynəlxalq elektrorabitə ittifaqı, Ümum­dünya meteorologiya təşkilatı, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti , BMT-nin ticarət və inkişaf təşkilatı və digərlərinin iqamətgahı yerləşirdi. Burada həm­çinin Avropa azad ticarət assosiasiyasının, Tariflər haqqında baş sazişlərin, Beynəlxalq olimpiya komitəsinin, Ümumdünya poçt ittifaqının da orqanları fəa­liyyət göstərirdi. Burada eyni zamanda bir çox beynəlxalq görüşlər keçirilirdi və bu hal indi də davam edir.

50-ci illərdə İsveçrənin NATO ölkələri ilə əlaqələrinin genişlənməsi onun hərbi büdcəsinin də artmasına səbəb oldu. Ölkənin hərbi büdcəsi 1959-cu ildə 977 mln. franka çatdı ki, bu da dövlət xərclərinin 40%-ni təşkil edirdi. «Soyuq müharibə» şəraitində İsveçrənin sosialist ölkələri ilə əlaqələri zəif idi. Onlarla ticarət dövriyyəsi cəmi 3% təşkil edirdi. Lakin 60-cı illərdə sosialist ölkələri ilə münasibətlər xeyli yaxşılaşdı. 1967-ci ildə Moskva-Sürix hava yolu açıldı.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin