Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


İspaniyanın XX əsrin 50-60-cı illəri və 70-ci illərinin I yarısında daxili vəziyyəti



Yüklə 2,21 Mb.
səhifə66/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   186
İspaniyanın XX əsrin 50-60-cı illəri və 70-ci illərinin I yarısında daxili vəziyyəti. 50-ci illərində İspaniyanın iqtisadiyyatı nisbətən yüksək sürətlə inkişaf edirdi. Milli Sənaye İnstitutu vasitəsi ilə əsas kapital yeniləşdirildi.

Ölkədə sənaye məhsulları istehsalı 1954-1958-ci illərdə xeyli artdı. Lakin 50-ci illərin sonunda iqtisadiyyatın inkişafında maneələr yarandı. Dövlət büdcəsi kəsirdə qaldı, inflyasiya ölkəni bürüdü. Kapitalın xaricə axını gücləndi. İfiya və İspaniya Saxarasında gedən müharibə də İspaniya iqtisadiyyatını zəiflətdi. 1959-cu ildə ölkədə böhran başlandı. İspaniya hökuməti ABŞ-a və beynəlxalq təşkilatlara müraciət etməyə məcbur oldu. 1959-cu il iyulun17-də ABŞ-la İspaniya arasında imzalanan iqtisadi sazişə əsasən ABŞ İspaniyaya 546 milyon dollar kredit verdi. Eyni zamanda, xüsusi bölməyə bank kre­dit­ləri və dövlət investisiyaları məhdudlaşdırıldı. 60-cı illərdə İspaniyada yüksəliş baş verdi.İqtisa­diyyatda canlanma başlandı və 60-cı illərin sonuna qədər davam etdi. Dövlət iqtisadi sabitliyi saxlamaq xatirinə ABŞ və Qərbi Avropa ölkələri ilə təsərrüfat əlaqələrini genişləndirdi. «Liberal­laşdırma» ilk növbədə xarici iqtisadi əlaqələrdə həyata keçirildi. Peset konvert valyutasına çevrildi. İspaniya 60-cı il­lərdə sənaye-aqrar ölkəyə çevrildi. Dövlət-inhisarçı kapitalın inkişafı üçün şərait yaradılmış oldu. Xarici kapital üçün məh­dud­laşma zəfilədi. Xarici kapitalın ölkəyə axını on dəfədən çox artdı. Topdansatış milli ərzaq məhlulları istehsalı 60-cı il­lərdə orta hesabla hər il 7,6% artdı. 60-cı illərin sonunda İspa­niyada 7,4 milyon ton polad istehsal edilirdi. Bütövlükdə 1950-ci illə müqayisədə 1970-ci ildə sənaye məhsulu istehsalı 3 dəfə artdı. İspaniya bu dövrdə dünyada gəmiqayırma sənaye­sinə görə beşinci, avtomobil istehsalına görə isə səkkizinci yeri tutdu. 5 min km-dən artıq şosse yolu çəkildi. 6 iri bank ölkənin bü­tün maliyyə sisteminin 64%-nə rəhbərlik edirdi.

«İspan möcüzəsi»nin səbəblərindən biri ilk növbədə 60-cı illərin əvvəllərində texnokratların Frankonu qabaqcıl dövlətlərdən geri qalmamaq üçün vacib şərtlərdən biri kimi ETİ-nin nailiyyətlərini istehsalda tətbiq etməyə inandırmağı bacarmaları idi. Səbəblərdən biri də 1955-1965-cı illərdə İs­pa­niyadan xarici ölkələrə getmiş 2,5 milyon ispan vətəndaşının ölkə­yə bu müddət ərzində 5 milyard dollar vəsait göndər­mələri idi. Bu dövrdə İspaniyada turizm sənayesinin sürətli inkişafı, turizmdən gələn gəlir sənayenin inkişafına yönəldildi. Səbəblərdən biri də bu dövrdə İspaniyaya xarici dövlətlər – ABŞ, AFR, Belçika və İngiltərə, Fransa tərəfindən güclü kapital qoyulması və burada onların müəssisələrinin açılışı idi.

Siyasi həyatda frankist yuxarı təbəqə «liberallaşdırma siyasəti»ni davam etdirirdi. Bu məqsədlə 1954-cü il iyulun 19-da yenidən hökumətin tərkibində qismən dəyişikliklər edildi. Hakimiyyət ümid edirdi ki, bu yolla müxalifətin sağ qüvvələrini neytrallaşdıra bilər. 1957-ci ilin fevralında hökumətin tərkibinə «Allah işi» təşkilatının üzvləri də daxil oldular. «Sinfi sülh» kampaniyası genişləndi. 1959-cu ildə Dolinada həlak olan qiyamçılar və respublikaçıların birgə anma mərasimi keçirildi. Bu, «milli sülh»ə çağırış demək idi.

Siyasi məhbuslara da qismən amnistiya verildi. Senzura bir qədər yumşaldıldı. 1967-ci ilin yanvarında keçirilən referendumdan sonra «Yeni məhdudlaşdırılmış qanun» qəbul edildi. Ölkənin ictimai-siyasi həyatının qismən liberallaş­dırılması xətti götürüldü. Kortesə seçkilər məsələsinə yenidən baxıldı. Deputatların bir hissəsinin (564-dən 108-i) seçki ilə seçilməsi haqqında qanun qəbul edildi. Qalanları isə əvvəlki kimi rəsmi təşkilatların zəmanəti ilə dövlət başçısı tərəfindən təyin edilirdi. Qanunda göstərilirdi ki, kral və ya naib ispan, 30 yaşdan yuxarı, katolik olmalı idi. 1968-ci ilin avqustunda «Banditizm və terrorizmə qarşı mübarizə haqqında» qanun qəbul edildi. Lakin 60-cı illərin sonunda rejim yenidən sərt tədbirlərə əl atdı. 1969-cu ilin iyulun 23-də Franko 1938-ci ildə anadan olmuş, XIII Alfonsun nəvəsi şahzadə Xuan Karlos Burbonu (uşaqlıqdan Frankonun hima­yəsi altında tərbiyə olunmuşdu) özünün siyasi varisi elan etdi.

İqtisadi artıma baxmayaraq, əmək haqqı artmadığına görə 50-ci illərin ikinci yarısında tətillər ölkə həyatının mühüm amilinə çevrildi. 50-ci illərin sonunda Asturiya şaxtaçıları, Baks ölkəsinin metallurqları, Katoloniya toxucuları tətil etdilər. Bu hadisələr hökuməti məcbur etdi ki, 1958-ci ildə fəhlələrlə sahibkarlar arasında kollektiv müqavilələr sisteminə keçməyə razılıq versin. 50-ci illərin sonunda fəhlələrin rəsmi həmkarlar ittifaqlarından kənarda fəhlə komissiyaları meydana gəldi. Əhalinin müxtəlif təbəqələri, o cümlədən katolik kilsəsi antifrankist mövqeyə keçdilər. 60-cı illərdə zəhmətkeşlərin həyat səviyyəsi (nominal əmək haqqı 60-cı illərdə 76,1% artmış olsa da) yenə də Qərbi Avropanın digər ölkələri ilə müqayisədə ən geridə qalmış səviyyədə idi.

60-cı illərdə fəhlə komissiyaları həmkarlar həkəratının vacib orqanlarına çevrildi. 1967-ci ildən onlar kommunistlər, sosialistlər, katoliklər, bitərəflərin iştirakı ilə ümummilli qurultaylar keçirməyə başladılar. Kəndlərdə də kəndli komissiyaları yaradıldı. 1965-ci ilin fevralında «Azad fəhlə assambleyaları» təşkil olundu. 1967-ci il fevralın 27-də Madriddə onların 100 minlik nümayişi oldu. Onlar fəhlə hə­rəkatı ilə birlikdə çıxış edirdilər. Kataloniya, Bask ölkəsində və Qalisiyada milli hərəkat gücləndi. Onlar müxtariyyət tələb edirdilər. Xristian-demokratik təşkilatların da rolu artdı. Onun mütərəqqi qanadının rəhbərlərindən biri Ruis Ximenes idi. Bu hərəkatlar frankist rejimə də öz təsirini göstərdi. Xristian-demokratik təşkilatların sağ nümayəndələri «möhkəm xətt» tərəfdarı idilər və rejimin daha da sərtləşməsini istəyirdilər. Mütərəqqi tərəf isə rejimin «liberallaşdırılma»sını istəyirdi. Məhz «liberallaşdırılma» tərəfdarlarının və ümummili hərəkatın təsiri altında xüsusi tribunal ləğv edildi. 1965-ci ildə iqtisadi tətillərin cinayət hesab edilməməsi haqqında qanun qəbul edildi.

60-cı illərin sonunda dünyada baş verən demokratik dəyişikliklər İspaniyaya da öz təsirini göstərdi. 1971-ci ildə İspaniyadakı sol qüvvələr Sevilya şəhərində «Azadlıq naminə pakt» imzaladılar. Məqsəd Frankonu devirmək idi. Hadisələrin gedişini nəzərə alan Franko general Blankonu özünə baş nazir təyin etdi. Bir az keçməmiş terrorçular tərəfindən Blanko öldürüldü. 1975-ci ilin noyabr ayında silahlı üsyana hazırlıq getdiyi zaman Franko 82 yaşında öldü. Onun siyasi varisi olan Xuan Karlos İspaniyanın kralı oldu.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin