Qırmadaş-mastikalı asfaltbeton örtüklərin tikintisi
Son illərdə Rusiyada, həmçinin də ABŞ-da, Avstraliyada, Kanadada, Fransada, Almaniyada və dünyanın başqa ölkələrində, proqnozlaşdırılan istismar xassələrinə malik qırmadaş-mastikalı asfaltbetonlardan (QMA) olan kələ-kötür yol örtüklərinin tikilmə sənayesi geniş inkişaf edir. Məlum olduğu kimi, asfaltbeton örtüyün üst qatı yolun müstəqil və ən vacib konstruktiv elementidir. O tələb olunan sürəti və yüksək təhlükəsizlik səviyyəsini, hərəkət dayanıqlığını və komfortluluğu, istismarın sadəliyini və yol örtüyünün qorunmasını təmin etməlidir. Bütün bu şəraitlərə, QMA-dan olan yol qatlarının kələ-kötür səthlərinin tikilmə texnologiyası tam mənada cavab verir, onun istifadəsi yol geyimlərinin qoruyucu və konstruktiv qatların tikintisi zamanı digər asfaltbeton növlərini daha aydın sıxışdırır, həmçinin də yol örtüklərinin tikinti və təmir templərini xeyli yüksəltməyə imkan verir.
Nəqliyyatın hərəkət intensivliyinin artması (o cümlədən oxa düşən yük xeyli böyük olan – 15 t-a qədər, ağır yük daşıyanlar da) və şiplənmiş rezindən olan təkərlərin istifadə olunması ilə əlaqədar, bir qayda olaraq, ilin isti dövrlərində avtomagistralların asfaltbeton örtüklərində qabıq soyulmalar, sürüşmələr və təkər izləri şəklində qüsurlar meydana gəlir. Ənənəvi asfaltbeton qarışıqlardan olan örtüklər, ən yüksək tələblərdən irəli gələn sürüşməyə qarşı davamlılığının lazımi səviyyədə olmaması səbəbindən yuxarıda adları çəkilmiş deformasiyalara və dağılmalara effektiv müqavimət göstərə bilməz, yollarda, bunlar həm avtonəqliyyat vasitələrinin hərəkəti zamanı, həm də sərnişin nəqliyyatı dayandıqda və ağır yük avtomobilləri durduqda meydana çıxan böyük statik və dinamik nəqliyyat yüklənmələri olan yerlərdə xüsusən tez-tez meydan çıxır. Yol tikintisində QMA istifadə edildikdə tamamilə başqa mənzərə görünür, burada QMA-dan olan örtüyün möhkəmliyinə, sürüşməyə və suya davamlılığına təsir edən amillərdən biri qarışıqda qırma daşın dozalaşdırılmış optimal miqdarının olması, mineral dənələrin forma və ölçüsü, mineral qarışığın qranulemetrik tərkibi, həmçinin də mineral dənələrin öz səthinin xassələri, qarışıqda olan bitumun özlülüyü və miqdarıdır.
Göstərilən müsbət amillərlə yanaşı da qeyd etmək lazımdır ki, QMA-da yapışdırıcının miqdarının yüksək olması qarışığın hazırlanması zamanı onun qatlara ayrılmasına və qarışığın döşənmə və sıxlaşdırma yerinə nəql olunması zamanı axmasına səbəb olur. Bununla əlaqədar qeyd olunmuş mənfi nəticələrin qabağını almaq məqsədi ilə, qarışığın hazırlanması zamanı onu, QMA-nın bircinsliyini stabilləşdirmək və ondan yapışdırıcı maddənin axmasının qarşısını almaq imkanında olan uyğun əlavələrlə qarışdırırlar. Xaricdə, məsələn Rusiyada asfaltbetonun layihə tərkiblərində yapışdırıcının dispersiya möhkəmliyini təmin etmək üçün stabilləşdirici əlavə kimi sərbəst və ya qranula olunmuş sellüloz lifləri istifadə edilir, qarışığın hazırlanması zamanı onlar lazımi miqdarda asfalt qarışdırıcıya verilir. Belə kompleks struktur yaradıcı və armaturlaşdırıcı əlavə ДортрансНИИ Rusiyada hazırlanmış polimer komponentin elementləri, şinin rezin qırıntıları, bitum yapışdırıcı, SAM, həmçinin də müəyyən nisbətdə götürülmüş antioksidantlar daxil olan rezin termoelastoplastdan ibarət olan yüksək effektivlikli modifikator-stabilləşdiricidir. Belə ki, rezin qırıntının bituma daxil edilməsi asfaltbetonların deformasiya qabiliyyətini və çatlamaya davamlığını xeyli artırmağı təmin edən yapışdırıcı almağa imkan verir. Lakin, bəzi müəlliflərin qeyd etdiyi kimi, digər modifikatorlara nəzərən aydın üstünlüklərinə baxmayaraq şin rezininin yol tikintisində istifadə olunması son zamana qədər, əsasən asfaltbeton qarışıqların hazırlanma prosesində rezinin bitumla texnoloji əlaqələndirilməsinin çətinlikləri ilə əlaqədar dayandırılıb.
Sellüloz lif istifadə edildikdə onun quru otaqda saxlanması çox vacibdir, çünki nəmliyin təsiri sellüloz liflərin yapışmasına səbəb ola bilər, bu isə öz növbəsində, qarışdırılma prosesində belə liflərin asfaltbeton qarışıqda lazımi səviyyədə paylanmamasına səbəb ola bilər, bununla da QMA-dan olan hazır örtüklərdə müxtəlif xarakterli qüsurların olmasını törədir. Sellüloz lif, adətən 0,1 mm-dən 2,0 mm-ə qədər uzunluqlu lent strukturlu iplərə malik olmalı və bircinsli olmalıdır, onda xırdalanmamış materialın topaları, yığınları və kənar qoşulmalar olmamalıdır.
Tərkibində ən çox miqdarda qırmadaş olan QMA-nın istifadə olunması asfaltbeton örtüklərin tikinti keyfiyyətinin artırılma yollarından biridir. Bu istiqamətdə Bakı şəhərinin şəhər küçələrində və meydançalarda aparılan çoxsaylı eksperimentlər və yerdə sürmə yolunun rekonstruksiyası üzrə təcrübi-eksperimental işlər yuxarıda göstərilənlərin doğruluğunu təsdiq etməyə imkan verir, QMA-nın dənəvər tərkibinin asfaltbeton örtüyün fiziki-mexaniki xassələrinə təsirinin öyrənilməsi ilə bağlı tədqiqatlar isə QMA-nın ənənəvi asfaltbetonlarla müqayisədə daha yüksək sürüşməyə davamlılığını sübut edib. Məsələn, QMA örtüyün fiziki-mexaniki xassələrinə, xüsusən onun su keçirməzliyinə asfaltbetonda qapalı və açıq məsamələrin olması təsir göstərir və beləliklə QMA-nın məsamələr strukturunun nizamlanması aktivləşdirilmiş mineral toz və səthi-aktiv maddələrlə yerinə yetirilə bilər. Bu halda bitumun tərkibində şüşə- və şüşəepoksid lifdən olan armaturlaşdırıcı komponent də böyük əhəmiyyətə malikdir, bu komponent bitumda aqreqatların yaranmasını istisna edir və bununla da onda aktivləşdirilmiş mineral tozların bərabər paylanmasına kömək edir, bunun nəticəsində isə bitum da asfaltbeton qarışıqda daha bərabər paylanır. Beləliklə, tərkibində aktivləşdirilmiş mineral toz olan QMA örtüklər aktivləşdirilməmiş mineral toz əsaslı eyni tipli QMA örtüklərlə müqayisədə xeyli az sukeçirmə ilə fərqlənir və daha vacibi isə, bu örtüklərdə yapışdırıcının axma göstəricisinə, SAM-ın və materialın sistemində möhkəm struktur əlaqəsi yaradan şüşə və ya şüşəepoksid lifin – dispers-armaturlaşdırıcı materialının miqdarının nisbətləri təsir göstərir.
QMA hazırlandıqda, texnoloji temperaturlarda bitumu sorbsiya edə (saxlaya) bilən və bununla bərabər qarışığın və yapışdırıcının özünə mənfi təsir etməyən, dairəvi və ya uzadılmış en kəsikli iplərinin uzunluğu 0,1 mm-dən 10,0 mm olan polimer və ya başqa liflər də daxil olmaqla digər stabilləşdirici əlavələrin də istifadə olunmasına icazə verilir.
Dostları ilə paylaş: |