Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


RƏNGLİ ASFALTBETON ÖRTÜKLƏRİN TİKİNTİSİ



Yüklə 0,9 Mb.
səhifə35/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   31   32   33   34   35   36   37   38   ...   43
Avtomobil yollarının müasir problemləri

RƏNGLİ ASFALTBETON ÖRTÜKLƏRİN TİKİNTİSİ
Rəngli asfaltbeton, asfaltbetonun növ müxtəlifliyinə aiddir və müxtəlif rənglərdə olur. O avtomobil yollarının hərəkət hissəsinin ayırıcı zolaqlarının, piyada zonalarının və keçidlərin, təhlükəsizlik adacıqlarının, şəhər nəqliyyatının dayanacaq sahələrinin, avtomobil duracaqlarının işarə olunması, ötmə qadağan olunan sahələrdə, həmçinin parklama cığırları üçün və meydança və bağçaların tərtibatı üçün tətbiq olunur. Beləliklə rəngli asfaltbetonun istifadə olunması yol hərəkəti iştirakçılarının qaydaya salınması və təhlükəsizliyinin təmin edilməsinə kömək edir.

Avropa, Asiya və Amerika ölkələrində rəngli asfaltbetonun müxtəlif materialların tətbiqi ilə çox müxtəlif hazırlanma üsulları məlumdur.

Rəngli asfaltbetonun hazırlanması üçün: 5 – 8 mm-ə qədər ölçülü xırdalanmış daş material, mineral toz, qum, yapışdırıcı, plastifikatorlar və rəngləyici (piqment) istifadə olunur.

Rəngli asfaltbetonun müxtəlif rəng uyğunluğu açıq rəngli yapışdırıcların boyaq maddələri ilə birlikdə, həmçinin rəngli mineral maddələrin tətbiqi ilə yaradılır.

Plastifikatorlar yapışdırıcının yumşaldılması və kövrəkliyin azaldılması üçün, buna görə də – yapışdırıcı maddənin plastikliyinin artırılması üçün tətbiq olunur, bu rəngli asfaltbetonun şaxtaya davamlığının yaxşılaşdırılması üçün vacibdir. Boyaq maddəsi əsas məqsədi ilə yanaşı mineral toz rolu da oynaya bilər.

Çöl şəraitlərində aparılmış laboratoriya sınaqları və müşahidələr göstərdi ki, açıq çöküntü mineral materialları əsaslı rəngli asfaltbetonlar sürtülmə zamanı öz rəngini bir qədər itirir və onların səthi açıq çalar alır. Bu rəngli aktivləşdirilmiş mineral tozlar ilə hazırlanmış rəngli asfaltbetonların sürtünməsi zamanı, sürtünməyə müqavimət və materialın özünün təbii rəngi, yəni rəngli aktivləşdirilmiş mineral toz hesabına müşahidə edilmir.

Tətbiq olunan üzvi yapışdırıclar açıq rəngli, işığa dözümlü, su- və temperatura davamlı olmalı və zaman üzrə öz xassələrinin stabilliyini saxlamalı, həmçinin rəngli asfaltbetonun lazımi mexaniki xassələrini əldə etmək üçün mineral materiallar arasında lazımi əlaqəni təmin etməlidirlər.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin