Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


Köhnə asfaltbeton örtükdən təkrar istifadə edilmə üsulları



Yüklə 0,9 Mb.
səhifə39/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   35   36   37   38   39   40   41   42   43
Avtomobil yollarının müasir problemləri

Köhnə asfaltbeton örtükdən təkrar istifadə edilmə üsulları
MDB ölkələrində yol örtüyünün bərpa edilməsinin (möhkəmliyinin artırılmasının) ən geniş yayılmış üsulu köhnə örtüyün üzərinə layların salınmasıdır. Təcrübə göstərdi ki, belə üsulda 1 - 2 ildən sonra yeni laylarda əks olunmuş çatlar əmələ gəlir. Azərbaycanda və bir sıra ölkələrdə çox vaxt «yenidən döşəmə» üsulundan istifadə edilir, hansı ki, bu halda asfaltbetonun yükdaşıma qabiliyyətini itirmiş layları frezerləmə üsulu ilə ləğv olunur və bunun yerinə təzəsi döşənir. Bərpa olunmuş yol örtüyünün xidmət müddəti hesablama müddətinə uyğun gəlir, təmirin dəyəri isə ənənəvi qüvvətləndirmə üsuluna görə frezerlənmiş materialın-asfaltbeton qranulasının (AQ) qismən realizə olunduğundan aşağı olur. Başqa müxtəlif regenerasiya üsullar təmir işlərini daha da ucuzlaşdırır.

Latın dilinə tərcümədə regenerasiya bərpa etmək, dirçəlmək deməkdir. Yol geyimlərinə aid edildikdə regenerasiya onun möhkəmlik xassələrinin, hamarlığı, bütövlüyü və s. deməkdir. Asfaltbetona aid edildikdə regenerasiya – köhnə materialın işlənməsi və ya yenidən işlənməsi ilə ona ilkin fiziki-mexaniki göstəricilərə yaxın göstəricilər verməkdir.

Asfaltbeton örtüklər şəhər küçələrində, eləcə də şəhərdən kənarda tikilən yollarda hərəkət üçün daha əlverişli şəraitlər təmin edir və yüksək istismar xüsysiyyətlərinə malik olur. Yol tikintisində istifadə olunan başqa çoxlu materiallardan asfaltbetonu fərqləndirən mühüm xassələrdən biri onun təkrar istifadə oluna bilməsidir. Amma son zamanlar xüsusi aktuallığa malik olan bu xassə çox az istifadə olunur və ya heç istifadə olunmur.

Asfaltbeton örtüklərin real xidmət müddəti orta hesabla 10...12 il təşkil edir və nəqliyyat vasitələrinin normal hərəkətinə mane olan çox hallarda müxtəlif deformasiyaların (axınlar, sürüşmələr) və ya dağılma ocaqlarının əmələ gəlməsilə təyin edilir. Amma bu müddətlərin keçməsilə örtükdə asfaltbetonun faydalı kütləsinin 80...90%-i saxlanılır. Tətbiq olunan örtüyün təmir və bərpa texnologiyası adətən asfaltbeton layının artmasına gətirir. Bu da, istismar müddətində asfaltbeton örtüklərin qalınlığını artırir. Bir sıra şəhər və şəhərkənarı yollarda örtüyün layının qalınlığı 30...50 sm və artıq olur. Beləliklə böyük miqdarda bitum və mineral materiallar ölü hala gətirilir.

Asfaltbetonun regenerasiya problemi uzun illərdir həm bizdə, həm də xaricdə tədqiqatçıların və istehsalat təşkilatlarının diqqətini cəlb edir

Xaricdə yol örtüyünün təmir və bərpasına yanaşma xeyli dəyişmişdir, buna bitumun və onun əsasında olan kompozisiyalarının kəskin çatışmazlığı səbəb olmuşdur ki, bu da onların son illərdə qiymətini artırmışdir. Bu, təkrar asfaltbetonu asfaltbeton qarışığının istehsalında daha geniş istifadə etməyə vadar edir.

İndiyə qədər köhnə asfaltbetonun istifadə edilməsinin aşağıdakı istiqamətləri müəyyən olunmuşdur:


  1. Yol geymlərindən çıxarılan asfaltbetonun xüsusi stasionar qurğularda yenidən işlənməsi. Belə işlənmə nəticəsində alınmış qızğın asfaltbeton qarışığını yol geyimlərinin əsaslarının tikintisində istifadə edirlər;

  2. Yol geyimlərinin əsasları üçün nəzərdə tutulmuş köhnə asfaltbetonun xırdalama qurğularında qırmadaş almaq məqsədilə xırdalanması (qara qırmadaşdan əsaslar tipinə görə);

  3. Köhnə asfaltbetonu onun növbəti qismən bərpası ilə bilavasitə yol örtüyündə qızdırılması.

Köhnə asfaltbetonun adi qarışdırıcılarda qazın temperaturunun 1000...1300°C-yə qədər temperaturda qızdırılması təşəbbüsü bir qayda olaraq uğursuz nəticələnmişdir. Söhbət təkcə yüksək temperaturun bitumun xassələrinə mənfi təsirindən getmir. Köhnə asfaltbeton yenidən işləndikdə, məsələn D-138 tipli Q-1 qarışdırıcılarında qarışdırıcının barabanında tez-tez partlayışlar ilə müşahidə olunan alovlanmalar baş verirdi.

Yapon mütəxəssisləri qeyd edirlər ki, yol örtüyünün səth layının qabaqcadan müəyyənləşdirilmiş metodika üzrə bərpası zamanı asfaltbetonun stabilliyinə və yeyilməyədavamlılığına mənfi göstərən karbonlaşdırılmış lay əmələ gəlir. Oksigenin daxil olması və qızdırma temperaturu 500°C və yuxarı olduqda karbonlaşdırma prosesi sürətlənir.

Tədqiqatların aparıldığı müddətdə qızdırılma səthinə oksigenin çatmasına mane olan polad vərəqin qızdırılma yolu ilə karbonlaşdırılmış lay əmələ gəlmədən asfaltbetonun qızdırılma üsulu işlənmışdir. Səth layının temperaturu 480°C təşkil edir, bununla belə qızdırma zamanı göy tüstü yaranmır və karbonlaşdırılmış lay əmələ gəlmir.

Stasionar şəraitlərdə asfaltbeton qarışığın qızdırılması zamanı bitumun yanmasının azaldılması müxtəlif cur yerinə yetirilir.

İngiltərədə xırdalanmış və dağılmış köhnə asfatbeton fırlanan barabanda verilmiş temperaturadək qabaqcadan qızdırılır. Sonra adi qarışdırıcıda əlavələrlə qarışdırılır.

Verilmiş qarışdırıcı qurğuda axmaya əks istilikdəyişən fırlanan barabanın bütün uzunluğu boyunca keçən boru şəklində hazırlanmışdır. Qazlar odluqdan çıxıb borularla keçərək onları 1200°C-dək qızdırırlar. Barabanın sonunda əks tərəfdə yerləşmiş odluqdan daxil olan xırdalanmış material açıq alovla kontaktda olmur, ona görə tüstü ayrılması böyük olmur.

Almaniyada bitumun yanmasını məhdudlaşdırmaq üçün regenerasiya olunan bitumun xassələrinin pisləşməsinin qarşısını almaq üçün quruducu və qarışdırıcı barabanlardan başqa regenerasiya olunan materialın birbaşa olmayan qızdırma sistemi də olur. Belə qurğularda metal ekran və ya daş materiallardan olan örtük regenerasiya olunan materialı odluqdan çıxan alovun bilavasitə təsirindən qoruyur.

Yol tikintisi praktikasında mövcud asfaltbeton örtüyü asfaltbeton qarışdırıcı qurğulardan istifadə edilməklə bilavasitə yolda işlənir. Bu halda iki işlənmə üsulu məlumdur. Birinci halda asfaltbeton örtüklər qaz infraqırmızı şüaların köməyilə qızdırılır, yol frezləri ilə emal olunur, qırmadaş və ya təzə asfaltbeton qarışığı əlavə edilir və vərdənələrlə sıxlaşdırılır. İkinci halda köhnə örtüyü yol frezləri və ya başqa maşınların köməyilə götürürlər, daşdoğrayan maşınlarda xırdalayırlar, tələb olunan əlavələrlə birlikdə qarışdırıcı qurğuya verirlər, buradan asfaltbeton qarışığı alırlar.

Belə texnolgiyada bitum qismən yanır və bundan əlavə köhnəlmə nəticəsində öz plastiklik xassələrini itirir və ya pisləşdirir.

Regenerasiya üsulunun növlərindən biri də termoqüvvətləndirmə adlanan təzə qarışığın əlavə edilməsi və onun qarışdırılması üsuludur (Remiks-plyus texnologiyası). Onun məğzi belədir: regenerasiya olunmuş asfaltbeton layına tez həmin maşınla əlavə qüvvətləndirici lay və ya təzə qarışıqdan müdafiə layı döşənir. Bundan ötrü termoqarışdırıcı birincidən sonra yerləşən əlavə paylayıcı şneklə avadanlıqlaşdırılır. 1-ci və 2-ci layların son sıxlaşdırılması eyni zamanda yerinə yetirilir. Sıxlaşdırmanı vibratoru işdən ayrılmış yüngül vibratorlu vərdənə ilə və ya çəkisi 6...8 t olan hamar vallı vərdənə ilə başlayırlar, sonra isə vibratoru qoşulmuş vibrasiyalı vərdənə və 16...20 t çəkisi olan pnevmatik təkərli vərdənə ilə davam etdirirlər. Sıxlaşdırmanı ağır vərdənə ilə tamamlayırlar.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin