ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİ – şəxsi təşkilatçıları tərəfindən təsis edilən, öz şəxsi büdcəsindən maliyyələşən təhsil müəssisəəri. Aid olduğu quruma və yerinə yetirdiyi vəzifələrin əlamətlərinə görə üç növə ayrılır: a) müəyyən müəssisə və ya müəssisələr qrupuna aid olan - kadr tələbatından irəli gələn xidmət; b) qeyri-hökümət təşkilatları, siyasi partiyalar, həmkarlar ittifaqları, dini qurumlar yanında fəaliyyət göstərənlər; c) yerli özünüidarəetmə orqanları yanında fəaliyyət göstərənlər.
ÖZÜNÜTƏHSİL MƏDƏNİYYƏTİ(öz-özünə təhsilin mədəniyyəti) – özünütəhsilin bütün komponentlərinin yüksək inkişaf və mükəmməllik səviyyəsi. Özünütəhsil tələbatı inkişaf etmiş şəxsin zəruri elementidir. Özünütəhsil nəticəsində insanın iradi keyfiyyətləri, yüksək şüurluluq səviyyəsi və təşkilatçılığı formalaşır.
ÖZ-ÖZÜNƏ TƏHSİL– təhsil müəssisələrindən kənarda, müstəqil surətdə iş yolu ilə əldə edilir. Qiyabi təhsil növü nisbətən öz-özünə təhsilə yaxındır. Lakin bu tip təhsil bütöv təhsil sisteminin ayrılmaz tərkib hissəsidir. Öz-özünə təhsil –bu məqsədyönlü, sistematik, təhsilin təkmilləşməsinə yönəlmiş fəaliyyətdir.