PEDAQOJİ FƏALİYYƏT- ped. prosesdə şagirdin şəxsiyyətinin tərbiyə, inkişaf və özününinkişafı və azad, yaradıcı özünüifadə üçün profesional fəaliyyət. P.f.-in əsas problemi – müəllimin tələb və məqsədlərinin şagirdlərin arzu, istək və imkanları ilə birləşməsi; P.f.-in uğurlu həyata keçirilməsi müəllimin profesional səviyyəsi, onun ped. texnologiya və texnikaya yiyələnməsi ilə şərtlənir. P.f.-in üç modeli: məcburiyyət pedaqogikası (avtoritar pedaqogika), tam azad pedaqogika, əməkdaşlıq pedaqogikası. .
PEDAQOJİ DİAQNOZ - şagirdlərin xasiyyətlərinin və bacarıqlarının həcminin müəyyənləşməsi, onların tədris zamanı qarşılaşdığı çətinliklər, davranışlarındakı çatışmazlıqların müəyyənləşməsi. P.d. şagirdlərin tədris proqramını mənimsəməsi, onların tədris, fəaliyyət və onların nəticələrinin əsasında qoyulur.
PEDAQOJİ DEONTOLOGİYA- 1)müəllimin professional fəaliyyəti barədə elm; 2) fəaliyyət iştirakçıları arasında etibarlı münasibətləri təmin edən profesional etika. Digər insanlara və onların ideyalarına münasibətdə ped. kompetensiya təlim-tədris prosesində qəbul edilmiş mənəvi məsuliyyəti ifadə edir.