PEDAQOJİ TƏDQİQATIN PREDMETİ – tədqiqatın konkret obyekti və ya onda baş verən proses və ya tədqiq edilən problemin aspektləri.
PEŞƏ MƏKTƏBİ – bir sıra təhsil müəssisələrinin – texniki-peşə, xüsusi orta, bəzi ali məktəblərin adı.
PEDAQOJİ TƏDQİQATIN METODİKASI – ped. tədqiqatın təşkili üçün üsullar, vasitələr cəmi və müəyyən elmi nəticənin alınması üçün qaydaların tətbiqi.
PEDAQOGİKANIN METODOLOGİYASI – ümumi elm metodologiyasından çıxış edərək və ped.nəzəriyyənin inkişaf xüsusiyyətlprini nəzərə almaq, ped.tədqiqat metodlarının öyrənilməsi, ped.halların və tədqiqatların öyrənilməsi prinsiplərinə baxılması, əldə edilmiş praktikanın tərbiyə, təlim, təhsil prosesinə tətbiqi.