PEDAQOJİ EKSPERİMENT – ped. problemin həllinin yeni, daha effektiv həlli yollarını axtarmaq məqsədilə tədris və ya tərbiyə sahəsində elmi cəhətdən qoyulmuş təcrübə; ped. hadisə zamanı səbəb-məqsəd əlaqəsinin tədqiqatı, hansı ki, tədqiqatçının ped. hadisəyə aktiv təsirini bildirir, ped. təsir və qarşılıqlı əlaqənin nəticələri barədə rəyin öyrənilməsi; ped. hadisə və proseslərin fasiləsiz təkrarlanması.
PEDAQOJİ PROSESLƏRİN QANUNAUYĞUNLUQLARI - ped. prosesin hadisələri, müxtəlif tərəfləri arasında yaranmış obyektiv, təkrarlanan, dəyişməz əlaqələr. P.p.q. sos. şərtlərlə (konkret tarixi şərtlər daxilində cəmiyyətin, iqtisadiyyatın, milli-mədəni); insan təbiəti (uşağın şəxsiyyətinin formalaşması yaş və fərdi xüsusiyyətlərdən asılıdı); tərbiyə prosesinin məğzi ilə (təlim, tədris, təhsil prosesləri və şəxsiyyətin inkişafı qarşılıqlı əlaqəlidir; sosial qrup və şəxsiyyətin qarşılıqlı əlaqəsinin inkişafı) və silə bağlıdır.
Dostları ilə paylaş: |