ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİ – şəxsi təşkilatçıları tərəfindən təsis edilən, öz şəxsi büdcəsindən maliyyələşən təhsil müəssisəəri. Aid olduğu quruma və yerinə yetirdiyi vəzifələrin əlamətlərinə görə üç növə ayrılır: a) müəyyən müəssisə və ya müəssisələr qrupuna aid olan - kadr tələbatından irəli gələn xidmət; b) qeyri-hökümət təşkilatları, siyasi partiyalar, həmkarlar ittifaqları, dini qurumlar yanında fəaliyyət göstərənlər; c) yerli özünüidarəetmə orqanları yanında fəaliyyət göstərənlər.
P
PEDAQOQ (yun. Paidagogós – tərbiyəçi, páis, yiyəlik halı paidós - uşaq и ágo – tərbiyə edirəm), Orta ümumtəhsil, peşə-ixtisas məktəbinin, ali, orta-ixtisas, internat, uşaq evi, tərbiyə koloniyasında, məktəbdənkənar müəssisənin müəllimi, həmçinin elmi işçisidir.
PEDAQOGİKA - 1) tərbiyənin konkret-tarixi qanunlarını, cəmiyyətin bu qanunlarla bağlılığını, cəmiyyətin mövcud təlim-tədris qaydalarını öyrənənelmdir; 2) təlim,təhsil və tərbiyəni öyrənən nəzəri və tətbiqi elmlərin toplusu; 3) ali təhsil müəssisələrində tədris edilən fənn .
Dostları ilə paylaş: |