KAMPUS - müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi (şəhərciyi).
KART-TAPŞIRIQ – şagirdlərə tapşırıqları təqdim etmə formasıdır. Ümumi texniki və xüsusi fənləri öyrənərkən kart-tapşırıqlar əsasən şagirdlərin biliyinin yoxlanması zamanı istifadə olunur. Kart-tapşırıq əsasən proqramlaşdırılmış sorğu zamanı tətbiq olunur. Kart-tapşırıqların verilməsi elmi namizəd dərəcəsinin təltif olunması üçün mütləqdir. Namizədlik imtahanı fəlsəfə, xarici dil və dissertasiya mövzusuna müvafiq olaraq xüsusi fənlər üzrə tətbiq olunur.
KOLLEC (ing . college) - orta peşə-ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi.
KOLLOKVİUM (lat . colloquium – danışıq, söhbət),1) tədris növlərindən biri müəllimin şagirdlərlə söhbəti, adətən ali məktəblərdə semestr sonlarında tələbənin bilik səviyyəsini yoxlamaq üsullarından biri; 2) məruzələrin müzakirə olunduğu elmi iclas.
KOMPÜTER BİLİYİ – texnoloji təhsilin hissəsi. K.b-nin tərkibinə daxildir: hesablama texnologiyasının və informatikanın əsas anlayışlarının bilmək; kompüter texnologiyasının əsas quruluşunu və funksional bacarıqlarını bilmək; müasir əməliyyat sistemlərinin və onların əsas komandalarını bilmək ; müasir proqramlar və ümumi təyinatlı əməliyyat vasitələrini(Norton Commander, Windows və onların fayl genişlənmələrini)və onların funksiyalarını bilmək; ən azı bir mətn redaktorunu bilmək; proqramlaşdırma alqoritmi, dili və paketi barədə ilkin təsəvvür; utilitar məqsədli tətbiqi proqramların ilikin istifadə təcrübəsi.
KONSERVATORİYA - musiqi sahələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi.