KONSPEKTLƏŞDİRMƏ (lat. conspectus - baxış) – məruzənin, nitqin qısalmış məzmunu, xülasəsidir. Elmi k. Hər hansı elmi mövzunun sitatlar, tezislər vasitəsilə xülasəsi. Bədii k. öz sözlərinin , fikirlərinin vasitəsilə xülasəsi.
KURS İŞİ - iqtisadi, humanitar , ümumiyyətlə, bütün istiqamətlərdə təhsil alanların fənnin tədrisinin sonunda yerinə yetirdiyi müstəqil iş. K.İ.-nin yerinə yetirilməsi prosesində tələbələrin yaradıcı fikirlərinin də qeyd olunduğu işlər təqdim olunur.
Q
QEYRİ-FORMAL TƏHSİL - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə olunan və dövlət təhsil sənədi verilməsi ilə müşayiət olunmayan təhsil forması.
L
LİSENZİYA - təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıq.
LİSEY - ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri həyata keçirilən ümumtəhsil müəssisəsi.