Aydin səFİxanli insan hüquqlarinin və Əsas



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#4267
1   2   3   4   5   6   7   8   9   10   11

Maddə 12. Nikah hüququ. 
Nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata 
keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, 
nigaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. 
 
Azərbaycan Respublikasının qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 34-cü 
maddəsinə  əsasən,  hər kəsin qanunla nəzərdə tutulmuş yaşa 
çatdıqda ailə qurmaq hüququ vardır. 
Nikah könüllü razılıq  əsasında bağlanılır. Heç kəs zorla 
evləndirilə (ərə verilə) bilməz. 
Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq 
qanunla mühafızə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. 
Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, 
onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. 
Valideyinlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların 
borcudur. 18 yaşına çatmış  əmək qabiliyyətli uşaqlar  əmək 
qabiliyyəti olmayan valideyinlərini saxlamağa borcludurlar. 
Azərbaycan Respublikasının Ailə  Məcəlləsi Azərbaycan 
Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və 
vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə 
münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara 
xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin 
iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə 
vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 
qaydalarını tənzimləyən normaları müəyyən edir. 

 
75 
Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan 
Respublikasının Konstitusiyasından, Ailə  Məcəlləsindən, bu 
Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq 
qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi 
zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı  məhəbbət və 
hörmət hissələri  əsasında qurulmasından, ailənin işinə  hər kəsin 
qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında 
qarşılıqlı yardım və  məsuliyyətindən, onların hüquqlarının 
maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu 
hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. 
Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin 
hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir 
və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah 
tanmır. 
Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik 
deyildir. 
Bu müddəa müvafiq icra hakimiyyəti orqanının 
yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə 
dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması  və 
ölüm haqqında sənədlərə aid deyildir. 
Azərbaycan Respublikasının Ailə 
Məcəlləsi nikahın 
bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması 
qaydaları  və  şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, 
valideynlər və  uşaqlar), eləcə  də ailə qanunvericiliyində  nəzərdə 
tutulmuş hallarda və  həddə başqa qohumlar və digər  şəxslər 
arasında yaranan əmlak və  şəxsi qeyri-əmlak münasibətlərini 
tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların 
tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. 
Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının 
könüllülüyü,  ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin 
qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin 
üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik 
yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin 

 
76 
hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə 
uyğun həyata keçirilir. 
Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra 
hakimiyyəti orqanmda qeydiyyata alman könüllü ittifaqıdır. 
Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, 
dini və dil mənsubiyyətinə görə  vətəndaşların hüquqlarının hər 
hansı formada məhdudlaşdırılması qadağandır. 
Yalnız qanun esasında ailənin başqa üzvlərinin və digər 
vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və 
qanuni mənafelərinin müdafiəsi məqsədilə  vətəndaşların ailədəki 
hüquqları məhdudlaşdırıla bilər. 
Azərbaycan Respublikasının Ailə Məcəlləsi aşağıdakı vəzifələri 
həyata keçirir: 
−  ailənin ümumbəşəri prinsiplər əsasında qurulması; 
−  ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, 
bütün - ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşı-
lıqlı  məhəbbəti, dostluğu və hörmət hissləri  əsasında 
qurulması; 
−  ailədə  uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar  şəkildə 
Vətənə sədaqət ruhunda tərbiyə edilməsi; 
−  ana və  uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və  hər bir 
uşağın xoşbəxt həyatının təmin edilməsi; 
−  ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması; 
−  ailə  və  cəmiyyət qarşısında uşaqlarda məsuliyyət hissinin 
tərbiyə edilməsi. 
Azərbaycan Respublikasının Ailə  Məcəlləsinin 6-cı maddəsi 
Ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi ilə bağlı 
müddəaları müəyyən edir. 
Vətəndaşlar ailə hüquqlarını, habelə  həmin hüquqların 
müdafiəsini, Azərbaycan Respublikasının Ailə Məcəlləsində başqa 
qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. 
Ailənin bir üzvü öz hüquqlarını  həyata keçirərkən və 
vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər 
vətəndaşların hüquqlarını, azadlıqlarını  və qanuni mənafelərini 
pozmamalıdır. 

 
77 
Ailə hüquqları  məhkəmələr, Azərbaycan Respublikasının Ailə 
Məcəlləsində  nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti 
və digər dövlət orqanları  tərəfindən qanunvericilikdə müəyyən 
olunmuş qaydada müdafiə olunur. 
Pozulmuş hüquqların müdafiəsi üçün Ailə  Məcəlləsində 
müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə 
münasibətlərindən irəli gələn tələblərə iddia müddəti  şamil 
olunmur. 
İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı 
məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində 
nəzərdə tutulmuş qaydaları rəhbər tutur. 
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu maddəsinə 
əsasən, Nikah müvafiq icra hakimiyyəti orqanmda nikaha daxil 
olmaq istəyən  şəxslərin bu barədə  ərizə verdikləri gündən 1 ay 
sonra onların iştirakı ilə bağlanır. 
Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan 
müddətə uzadıla bilər. 
Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) 
nikah ərizə verilən gün bağlana bilər. 
Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqa-
nında nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 
Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina 
etdikdə nikaha daxil olmaq istəyən  şəxslər (onlardan biri) 
məhkəməyə şikayət edə bilərlər. 
 
Azərbaycan Respublikasının Ailə  Məcəlləsinin 10-cu 
maddəsinə əsasən, Azərbaycan Respublikasında nigah yaşı kişilər 
üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. 
Uzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah 
yaşına çatmamış  şəxslərin yaşadıqları  ərazinin müvafiq icra 
hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox 
olmayaraq azaldılmasına icazə verə bilər. 

 
78 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 13. Səmərəli hüquqi müdafiə vasitələri hüququ. 
Bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan 
hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən  şəxslər 
tərəfındən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli 
hüquqi vasitələrinə malikdir. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə 
əsasən,  hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə 
öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 
Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə 
təminat verir. 
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə 
əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ 
vardır. 
Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, 
dövlət hesabına göstərilir. 
Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, 
həbsə ahndığı, cinayət törədilməsində ittiham olunduğu andan 
müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. 
 
Cinayət prosesində  iştirak edən  şəxslərin dövlət müdafiəsi 
haqqında Azərbaycan Respublikasının Qanunu cinayət işi üzrə 
zərər çəkən şəxslərin, şahidlərin və cinayət prosesində iştirak edən 
digər  şəxslərin təhlükəsizliyinin təmin edilməsini və sosial 
müdafiəsini nəzərdə tutan tədbirlər sistemini müəyyənləşdirir. Bu 
Qanunla müəyyənləşdirilmiş tehlükəsizlik tədbirləri o halda tətbiq 
edilir ki, yuxarıda göstərilən  şəxslərin təhlükəsizliyinin başqa 
vasitələrlə təmin edilməsi mümkün deyildir. 

 
79 
Cinayət prosesində  iştirak edən  şəxslərin dövlət müdafiəsi 
haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci 
maddəsinə əsasən, müdafiə olunan şəxslərin dövlət müdafiəsi ilə 
təmin edilməsi haqqında qanunvericilik Azərbaycan 
Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan 
Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. 
Cinayət prosesində  iştirak edən  şəxslərin dövlət müdafiəsi 
haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü 
maddəsinə  əsasən,  səlahiyyətli dövlət orqanları  tərəfindən 
barəsində təhlükəsizlik tədbirlərinin tətbiq.edilməsi haqqında qərar 
qəbul edilmiş şəxs, müdafiə olunan şəxs adlanır. 
Müdafiə olunan şəxslər aşağıdakılardır: 
1) hüquq-mühafızə orqanlarına cinayət haqqında məlumat 
vermiş  və ya cinayətin aşkar edilməsində, qarşısının alınmasında 
və ya açılmasında iştirak etmiş şəxs; 
2) cinayət işi üzrə zərər çəkən şəxs və onun nümayəndəsi; 
3)  şübhə edilən şəxs, təqsirləndirilən, onların müdafiəçiləri və 
nümayəndələri; 
4) cinayətin törədilməsi nəticəsində 
dəymiş 
zərərin 
ödənilməsi barədə iddiaya dair mülki iş üzrə mülki iddiaçı, mülki 
cavabdeh və onların nümayəndələri; 
5)  şahidlər; 
6) ekspert, 
mütəxəssis, tərcüməçi və hal şahidləri. Müdafiə 
olunan şəxslərə təzyiq göstərmək məqsədilə onların 
yaxın qohumlarına təsir göstərildiyi hallarda təhlükəsizlik 
tədbirləri müdafiə olunan şəxslərin yaxın qohumları barəsində  də 
tətbiq edilə bilər. 
Cinayət prosesində  iştirak edən  şəxslərin dövlət müdafiəsi 
haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü 
maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsində nəzərdə tutulan 
şəxslərin təhlükəsizliyinin təmin edilməsi, bu şəxslərin həyatının 
və sağlamlığının,  əmlakının qorunması  məqsədilə  səlahıyyətli 
dövlət orqanları  tərəfındən hüquqi, təşkilati-texniki və digər 
tədbirlərin həyata keçirilməsindən ibarətdir. 

 
80 
  
Cinayət prosesində  iştirak edən  şəxslərin dövlət müdafiəsi 
haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci 
maddəsinə  əsasən,  müdafiə olunan şəxslərin təhlükəsizliyinin 
təmin edilməsi bu Qanunla müəyyənləşdirilmiş  təhlükəsizlik 
tədbirlə-rinin qanunçuluq, insan və  vətəndaş hüquq və 
azadlıqlarına hörmət edilməsi, təhlükəsizlik tədbirlərini tətbiq edən 
orqanın və müdafiə olunan şəxslərin öhdəlikləri  əsasında həyata 
keçirilir. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
Maddə 14. Ayrı-seçkiliyin qadağan olunması. 
Bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan 
istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya 
sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum 
və ya digər status kimi hər hansı  əlamətlərinə görə ayrı-seçkilik 
olmadan təmin olunmasıdır. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 
əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 
Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. 
Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, 
mənşəyindən,  əmlak vəziyyətindən, qulluq mövqeyindən, 
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər 
ictimai birliklərə  mənsubiyyətindən asılı olmayaraq hər kəsin 
hüquq və azadlıqlarının bərabərliyinə  təminat verir. İnsan və 
vətəndaş hüquqlarını  və azadlıqlarını, irqi, milli, dini, dil, cinsi, 
mənşəyi,  əqidə, siyasi və sosial mənsubiyyətinə görə 
məhdudlaşdırmaq qadağandır. 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 111-ci 
maddəsi irqi ayrı-seçkilik (aparteid) cinayətinə görə məsuliyyət 
müəyyən edir. 

 
81 
Həmin maddəyə  əsasən, hər hansı bir irqi qrupu əsarət altında 
saxlamaq üçün digər irqi qrup tərəfindən üstünlüyü təşkil və təmin 
etmək məqsədilə: 
−  irqi qrupa və ya qruplara mənsub olan şəxslərin yaşamaq və 
azadlıq hüquqlarını inkar etmə, yəni irqi qrupa və ya qruplara 
mənsub olan şəxsləri öldürmə, onların sağlamlığına ağır zərər 
vurma və ya əqli qabiliyyətlərinə ciddi zərər vurma, işgəncə və 
ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya 
cəza tətbiq etmə, yaxud özbaşınalıqla həbs və qanunsuz olaraq 
azadlıqdan məhrum etmə; 
−  irqi qrupun və ya qrupların, bütövlükdə  və ya qismən, fiziki 
məhvi ilə nəticələnə biləcək yaşayış şəraiti yaratma; 
−  irqi qrupun və ya qrupların ölkənin siyasi, sosial, iqtisadi və 
mədəni həyatında iştirakının qarşısını almaq, habelə qrupa və 
ya qruplara mənsub olan şəxslərin işləmək, həmkarlar 
təşkilatlarını yaratmaq, təhsil almaq, ölkədən getmək və 
ölkəyə qayıtmaq, vətəndaşlıq, hərəkət etmək və yaşayış yerini 
seçmək, fikir və söz azadlığı, toplaşmaq və birləşmək 
hüquqları daxil olmaqla əsas insan hüquq və azadlıqlarını 
inkar etməklə tam inkişafın qarşısmı almaq məqsədilə  hər 
hansı qanunverici və digər tədbiri həyata keçirmə; 
−  düşərgə  və qettoların yaradılması ilə  əhalini irqi qruplara 
bölmək, irqi qruplar arasında qarışıq nikahları qadağan etmək, 
irqi qrupa və ya qruplara və ya onların üzvlərinə mənsub olan 
torpaq sahələrini onların razılığı olmadan almaq məqsədilə, 
qanunverici tədbirlər daxil olmaqla, hər hansı bir tədbiri 
həyata keçirmə; 
−  ırqi qrupa və ya qruplara mənsub olan şəxslərin  əməyini 
istismar etmə; 
−  aparteidə qarşı  çıxan  şəxsləri və  təşkilatları,  əsas hüquq və 
azadlıqlardan məhrum etmə vasitəsilə təqib etmə - on ildən on 
beş ilədək müddətə azadlıqdan məhrum etmə  və ya ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Azərbaycan Respublikasının Polis haqqında Qanununun 

 
82 
5-ci maddəsinə  əsasən, polis öz vəzifələrini yerinə yetirərkən 
irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, 
mənşəyindən,  əmlak vəziyyətindən, qulluq mövqeyindən, 
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər 
ictimai birliklərə  mənsubiyyətindən asılı olmayaraq, bütün 
şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və 
tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə  nəzərdə tutulmuş 
hüquqlarını  və qanuni mənafelərini hüquqa zidd əməllərdən 
qoruyur. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
Maddə 15. Fövqəladə hallar zamanı məhdudlaşdırma. 
1. Müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə 
hallar zamanı Razılığa gələn Yüksək Tərəflərdən hər hansı hiri 
onun beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə zidd 
olmamaq  şərtilə, yalnız vəziyyətin fövqəladəliliyinin  şərtləndirə 
biləcəyi səviyyədə bu konvensiya üzrə öhdəliklərindən geri çəkilən 
tədbirlər görə bilər. 
 
Azərbaycan Respublikasının qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 
III bəndinə əsasən, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, 
habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və 
azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının 
beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və ya 
müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi 
məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında  əhaliyə 
qabaqcadan məlumat verilir. 
«Azərbaycan Respublikasında  İnsan hüquq və azadlıqlarının 
həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan 
Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsi qanun 
əsasında insan hüquqlarının və azadlıqlarının 
məhdudlaşdırılmasına dair tələbləri təsbit edir. 

 
83 
  
Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə 
tutulmuş insan hüquqları  və azadlıqları yalnız qanunla 
məhdudlaşdırıla bilər. 
İnsan hüquqlarını  və azadlıqlarını  məhdudlaşdıran qanunda 
məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respub-
likasının Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. 
İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər 
həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. 
İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər 
Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya 
Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və  həmin 
məqsədə mütanasib olmalıdır. 
Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci 
maddəsinin III hissəsində göstərilən  əsaslarla yanaşı, insan 
hüquqları  və azadlıqları digər insanların hüquqlarının və 
azadlıqlarının həyata keçirilməsinə  təminat verilməsi və onların 
müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
Maddə 16. Əcnəbilərin siyasi fəaliyyətinin 
məhdudlaşdırılması. 
Konvensiyanın 10, 11 və 14-cü maddələrində heç nə Razılığa 
gələn Yüksək Tərəflər üçün əcnəbilərin siyasi fəaliyyətinə 
məhdudiyyətlər qoyulmasına maneə kimi nəzərdən keçirilə bilməz. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 69-cu 
maddəsınə  əsasən,  Əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər 
Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan 
Respubhkasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa 
nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları  

 
84 
ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri 
yerinə yetirməlidirlər. 
Azərbaycan Respublikası  ərazisində daimi yaşayan və ya 
müvəqqəti qaJan əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin 
Iıüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və 
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq 
məhdudlaşdırıla bilər. 
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 9.3-
cu maddəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan məhkum 
şəxslər Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual 
məcəllələri, bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən 
edilmiş  məhdudlaşdırmalar istisna edilməklə,  əcnəbilərin və 
vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair 
qanunvericilikdə  və Azərbaycan Respublikasının tərəfdar çıxdığı 
beynəlxalq müqavilələrdə müəyyən edilmiş hüquqlardan istifadə 
edir və vəzifələr daşıyırlar. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 17. Hüquqlardan sui-istifadənin qadağan olunması. 
Bu Konvensiyada heç nə  hər hansı dövlətin, qrupun və ya 
şəxsin burada təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə 
yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl 
törətmək və ya onları Konvensiyada nəzərdə tutulandan daha artıq 
məhdudlaşdırmaq hüququna malik olması kimi şərh oluna bilməz. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
«Azərbaycan Respublikasında 
İnsan hüquq və 
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» 
Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1-ci 
maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və 
bu Konstitusiya Qanununun heç bir müddəasıdövlət orqanları, 
təşkilatlar və ya 

 
85 
ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş hüquqlarının ləğvinə  
və ya Azərbaycan Respublikasının Konstitusiyasında və bu 
Konstitusiya Qanununda nəzərdə tutulduğundan daha artıq 
dərəcədə məhdudlaşdınlmasına yönəlmiş fəaliyyət və ya hərəkətlər 
üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə  və ya başa 
düşülə bilməz. 
Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə 
etməməlidir. 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının  
müdafiəsi haqqında Konvensiya: 
 
Maddə 18. Hüquqlarla bağlı  məhdudlaşdırılmalardan 
istifadənin hədləri. 
Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol 
verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa hər hansı 
məqsəd üçün tətbiq olunmamalıdır. 
 
Azərbaycan Respublikasının qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə 
əsasən, insan və  vətəndaş hüquqlarının və azadlıqlarının həyata 
keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 
Müharibə, hərbi vəziyyət və fövqəladə  vəziyyət, habelə 
səfərbərlik elan edilərkən insan və  vətəndaş hüquqlarının və 
azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının 
beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və ya 
müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi 
məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında  əhaliyə 
qabaqcadan məlumat verilir. 
Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin