Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə
orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin əmlakına
vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına
həyata keçirilir.
38
Qanununda nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin
miqdan şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş
cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla
müəyyən edilir.
Müsadirə olunmuş və ya məhkəmə tərəfindən dövlət nəfinə
yönəldilmiş, yaxud təhqiqat və ya ibtidai istintaq orqanları,
əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən
götürülmüş, eləcə də üzərinə həbs qoyulmuş əmlak (o cümlədən,
pul əmanətləri və onların faizi, qiymətli kağızlar və onların faizi,
şəxsin iştirakçısı olduğu təsərrüfat birliyinin nizamnamə
fondundakı payı və bu paya müvafiq olan əldə edilməmiş gəlir və
digər dəyərlər) natura formasında, bu mümkün olmadıqda isə, onun
dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və
təşkilatların hesabına ödənilir.
Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura
şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin
və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə
verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış
evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı
olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri
mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.
Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul
edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın
zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam
həcmdə ödənilməlidir.
Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin,
idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın
ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın
dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin
vəsaiti hesabına ödənilir.
Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən
istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra
hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay
39
müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda
isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində
həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair
qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni
dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.
Ödənilməli olan əmlakı əldə etmiş şəxs, bu əmlakın vurulmuş
ziyanın ödənilməsi qaydasında əvvəlki sahibinə qaytarılması ilə
əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün
digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb
etmək hüququna malikdir. Belə tələb, irəli sürüldükdən sonra bir ay
müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.
Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll
olunur.
Şəxsin barəsində mənfı fıkrin formalaşmasına, onu əhatə edən
şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər
mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının
qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş mənəvi ziyan
mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb
edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən
(vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa
edilməli, bu mümkün olmadıqda isə, (müəssisənin, idarənin,
təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması) dövlət məşğulluq
xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə
(vəzifə ilə) təmin edilməlidir.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən
(vəzifədən) çıxarılma haqqında əmək kitabçasında edilmiş qeyd
etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun işdən (vəzifədən)
çrxarılması haqqında əmək kitabçasında müvafiq qeyd aparmış
orqan və ya onun vəzifəli şəxsi beş gün müddətində etibarsız hesab
olunmuş qeydin olmadığı əmək kitabçasının dublikatını ona
verməlidir.
40
Şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi, yaxud
məhkum edilməsi haqqında məlumatlar dərc edildikdə onun tələbi
ilə, həmin şəxs vəfat etdikdə isə onun qohumlarının, yaxud təhqiqat
orqanının, müstəntiqin, prokurorun və məhkəmənin tələbi ilə bu
məlumatları dərc etmiş orqan on gün müddətində qeyd olunan
məlumatları təkzib etməlidir.
Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən
(vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət həm
ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil
edilir.
Fəhlələrin və dövlət qulluqçularının, eləcə də üzvlük əsasında
(kooperativ və digər müəssisələrdə) işləmiş şəxslərin, bu maddənin
birinci hissəsində göstərilmiş müddətlərin əlavə edilməsi şərtilə
hesablanmış əmək stajı, həmin şəxslərə imtiyazların və
müavinətlərin, o cümlədən təqaüdlərin və dövlət sosial sığortası
üzrə ödənişlərin təyin edilməsi zamanı nəzərə alınır. Bu staj
fəhlələrə və qulluqçulara imtiyazlı təqaüdlərin və xidmət
işlərinə görə təqaüdlərin təyin edilməsi, ixtisas üzrə iş müddətinin
davamından asılı olaraq aylıq maaş dərəcəsinin (vəzifə maaşının)
müəyyən edilməsi və birdəfəlik mükafaflandırma və ya xidmət
illərinə görə faiz artırmalarının
ödənilməsi zamanı nəzərə
alınmalıdır.
Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən
(vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddətlər,
yaşla əlaqədər imtiyazlı təqaüdlərin təyin edilməsi zamanı,
təqaüdün təyin edilməsi üçün müraciət etmiş şəxsin istəyi ilə, onun
qanunsuz məhkum edilməsindən və ya cinayət, yaxud inzibati
məsuliyyətə cəlb edilməsindən əvvəlki, yaxud cinayət və ya
inzibati məsuliyyətdən və ya cəza çəkməkdən azad edilməsindən
sonrakı işinə bərabər tutulur.
Qanunsuz məhkum edilməsi ilə əlaqədər hərbi və ya digər
rütbələrdən, dərəcələrdən və adlardan, dövlət mükafatlarından və
təltiflərdən məhrum edilmiş şəxsə həmin hərbi və ya digər rütbələr,
dərəcələr və adlar, dövlət mükafatları və təltiflər geri qaytarılır.
41
Şəxs barəsində bəraətverici hökm çıxarıldıqda, cinayət
hadisəsinin olmaması, əməlində cinayət tərkibinin olmaması və ya
şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə bağlı
cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması
rədd edildikdə, habelə inzibati hüquqpozma haqqında isə xitam
verildikdə, təhqiqat orqanı, müstəntiq, prokuror, yaxud məhkəmə
həmin şəxsə onun pozulmuş hüquqlarının bərpa edilməsi və
vurulmuş ziyanın ödənilməsi qaydasını izah etməli və onun istəyi
ilə bir ay müddətində öz qərarı haqqında əmək kollektivinə
məlumat verməlidir.
Ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada
məhkəmə tərəfindən müəyyən edilir.
Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər.
Şəxsin müraciətinə əsasən vurulmuş mənəvi ziyanın idənilməsi
məsələsi mövcud qanunvericiliyə müvafiq olaraq nəhkəmə
tərəfindən bu maddənin birinci hissəsinə uyğun olaraq həll
edilir.
İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi
dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada məhkəmə tərəfindən müəyyən edilir.
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının
qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın
ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə
məsrəfiərinin ödənilməsindən azad olunur.
Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının
qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə
vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq ödənilir.
42
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 6. Ədalətli məhkəmə hüququ.
Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya
ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında
yaradılmış müstəqil və qərzsiz məhkəmə vasitəsib, ağlahatan
müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Məhkəmə. qərarı açıq elan edir, lakin demokratik cəmiyyətdə əxlaq,
ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin
yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi
həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fıkrincə,
aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi
hallar zamanı ciddi zərurət oldııqda mətbuat və ictimaiyyət bütün
prosses boyu və ya onun bir hissəsində məhkəmə iclasına
buraxılmaya bilər.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə
əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə
təminat verilir.
Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmlarlar
ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli həxslərin qərar və
hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə
bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə
əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ
vardır.
Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz,
dövlət hesabına göstərilir.
Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən, həbsə
alındığı, cinayət törədilməsində ittiham olunduğu andan
müdafiəçinin köməyindən istifadə etmək hüquq vardır.
43
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin
22-ci maddəsi, məhkəmə baxışını tələb etmək hüququnun təmin
olunması ilə bağlı müddəaları nizama salır. Qanuna əsasən, cinayət
prosesini həyata keçirən orqanlar bu Məcəllə ilə müəyyən
edilmiş qaydada hər kəsin ona qarşı irəli sürülmüş ittiham,
yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət
tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışının
aparılmasını tələb etmək hüququnu təmin etməlidirlər. Hər
hansı səbəbdən məhkəmə baxışını tələb etmək hüququnun
rədd edilməsi yolverilməzdir.
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 27-
ci maddəsi, cinayət mühakimə icraatının aşkar keçirilməsi ilə
bağlı münasibətləri nizama salır. Belə ki, Azərbaycan
Respublikası Cinayət Prosesual Məcəlləsində nəzərdə tutulmuş
dövlət, peşə, kommersiya sirlərinin habelə vətəndaşların şəxsi və
ailə sirlərinin qorunması halları istisna olmaqla, Azərbaycan
Respublikasında cinayət işləri və cinayət təqibi ilə bağlı digər
materiallar üzrə ədalət mühakiməsi bütün məhkəmələrdə açıq
aparılır.
Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü
maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin
qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını
qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş
qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna
malikdirlər.
Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi
etibarsızdır.
Əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün
məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən
olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə
rutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad
məhkəməsinin həllinə verilə bilər.
44
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 6. Ədalətli məhkəmə hüququ.
. .
2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsırı
qanun əsasında sübut edilmədək təqsirsiz hesab edilır.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 63-cu
maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ
vardır. Cinayət törədilməsində təqsirləndirilən hər bır şəxs, onun
təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirməyibsə və
bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmu yoxdursa,
təqsirsiz sayılır.
Şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa, onun təqsirli
bilinməsinə yol verilmir.
Cinayətin törədilməsində təqsirləndirilən şəxs ozunun
təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
Ədalət mühakiməsı həyata keçirılərkən qanunu pozmaqla əldə
edilmiş sübutlardan istifadə oluna bilməz.
Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla
bilməz.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-cı maddəsi
təqsirə görə məsuliyyət prinsipini təsbit edır.
Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və
hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş
şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsulliyyətinə
cəlb oluna bilməz.
Azərbaycan Respublikası Cinayət Məcəlləsını maddəsi
təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsulliyyətinə cəlb etməyə
görə məsuliyyət müəyyən edir. Belə ki, təqsiri
45
olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə üç -
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə
ittiham olunması ilə bağlı törədildikdə - üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-
ci maddəsi təqsirsizlik prezumpsiyası prinsipi ilə bağlı müddəaları
təsbit edir.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin
təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə
nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta
haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri
olmayan hesab edilir.
İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut
etməyə borclu deyildir.
İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması
barəsində olan şübhələr onun xeyrinə həll olunur.
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin
21-ci maddəsi təqsirsizlik prezumpsiyası ilə bağlı müddəaları
təsbit edir.
CPM-nin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində
təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə
tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni
qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.
Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli
bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət
Prosesual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq
hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan
qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin
(şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-
prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də
onun xeyrinə həll olunmalıdır.
46
Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz
olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta
yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli
sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə
düşür.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 6. Ədalətli məhkəmə hüququ.
3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı
hüquqlara malikdir.
a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında
onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 26-
ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrində
cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində
və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin
dilində aparılır.
Cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə
icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının
aşağıdakı hüquqlarını təmin etməlidir:
− cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək
hüququnu izah etmək:
− ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin
köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma
qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı
digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində
çıxış etmək;
− cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət
prosesi iştirakçılarının - ibtidai araşdırma və məhkəmə baxışı
47
zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai
araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə
bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində
çıxış etmək hüquqlarının təmin olunması Azərbaycan
Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir.
− cinayət prosesini həyata keçirən orqan təqdim edilməli
sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının
aparıldığı dildə təqdim edir.
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin
91.5.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs nədə
təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın
faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə
həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi
haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın
surətini almaq hüququna malikdir.
Məcəllənin 91.5.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs
onu tutmuş və yə həbs haqqında qərarı icra etmiş şəxsdən,
təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında
yazılı bildiriş almaq hüququna malikdir.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 6. Ədalətli məhkəmə hüququ.
3. b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxda və
imkana malik olmaq.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin III
bəndinə əsasən, hər bir şəxsin səlahiyyətli dövlət orqanları
tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham
olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ
vardır.
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin
48
91.5.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs həbsə alındığı
və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq
hüququna malikdir.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya
Maddə 6. Ədalətli məhkəmə hüququ.
3. c) Şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü
müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsait
kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb
etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci
maddəsinin II bəndinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda
hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin
91.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs müdafiəçinin
yardımından pulsuz istifadə etmək və müstəqil olaraq müdafiəçini
seçmək hüququna malikdir.
İnsan hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında Konvensiya:
Maddə 6. Ədalətli məhkəmə hüququ.
3. e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu
dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə
etmək.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin
91.5.12-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs tərcüməçinin
köməyindən pulsuz istifadə etmək hüququna malikdir.
İnsan hüquqlarının və əsas azadlıqlarının
49
müdafiəsi haqqında Konvensiya:
Maddə 7. Qanunsuz cəzalandırılmamaq.
1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə
cinayət sayümayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə
cinayət törətməkdə təqsirli sayüa bilməz. Habelə cinayət əməlinin
törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilə bilməz
2. Bu maddə törədildiyi zaman sivil ölkələrin tamdığı əsas
hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı
hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin
mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.
Dostları ilə paylaş: |