«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə
vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq ödənilir.
122
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında
Konvensiyanın 7 saylı Protokolu
Maddə 4. İki dəfə məhkum edilməmək və ya
cəzalandırılmamaq hüququ.
1. Heç
kəs və ya hər hansı dövlətin qanunlarına və ya
cinayət-prosesual normalarına müvafiq olaraq, artıq bəraət aldığı
və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin
yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum
edilə və ya cəzalandırıla bilməz.
2. Əvvəlki maddə, əgəryeni və ya təzədən ortaya çıxmış
faktlar barəsində məlumatlar varsa və ya əvvəlki araşdırma
zamanı işin gedişinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə,
müvafiq dövlətin qanunlarına və cinayət-prosessual normalarına
uyğun olaraq, işə təkrar baxılmasına mane olmur.
3. Konvensiyanın 15-ci maddəsinin müddəalarına müvafiq
olaraq, bu maddədən geri çəkilməyə yol verilmir.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 64-cü
maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum
edilə bilməz.
«Azərbaycan Respublikasında
İnsan hüquq və
azadbqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında»
Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci
maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 27-
ci maddəsində (müharibənin hüquqauyğun aparılması nəticəsində
baş verən ölüm halları istisna olmaqla), 28-ci maddəsinin I
hissəsində, 46-cı maddəsinin III hissəsində, 63-cü, 64-cü
maddələrində və 71-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan
hüquqlar məhdudlaşdırıla bilməz və onlara dair qeyd-şərtlər
müəyyən edilə bilməz.
123
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci
maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən
cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli
olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik
dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə
təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
Heç kəs eyni bir cinayətə göpə iki dəfə cinayət məsuliyyətinə
cəlb oluna bilməz.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
9-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq
edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə,
onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə
cəlb oluna bilməz.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında
Konvensiyanın 7saylı Protokolu
Maddə 5. Ər və arvadın hüquq bərabərliyi
Ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə
münasibətlərdə, nikaha daxil olmaq, nikahda olmaq və boşanma
ilə bağlı bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə
uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər
görməkdə dövlətlərə mane olmur.
Azərbaycan Respublikasının
qanunvericilik sistemi
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi-
nin II hissəsinə əsasən, kişi ilə qadının eyni hüquqları və
azadlıqları vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 34-cü
maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara
qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ
həm də borcudur.
124
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29-cu
maddəsi ər və arvadın ailə münasibətlərində hüquq
bərəbərliyini təsbit edir.
Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın
və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə
münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin
digər məsələləri ər arvadın hüquq bərabərliyi prinsipinə uyğun
olaraq birgə həll edilir.
125
İSTİFADƏ EDİLMİŞ NORMATİV HÜQUQİ AKTLAR
1. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında
Konvensiya - 4 noyabr 1950 - ci il.
2. İnsan hüquqlarının və esas azadlıqların müdafiəsi haqqında
Konvensiyasının 1 saylı Protokolu - 20 mart 1952-ci il.
3. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Konvensiyasının 4 saylı Protokolu - 16 oktyabr 1963-cü il.
4. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Konvensiyasının Ölüm cəzasının ləğvinə dair 6 saylı
Protokolu - 28 aprel 1983-cü il.
5. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Konvensiyasının 7 saylı Protokolu - 22 noyabr 1984-cü il.
6. Azərbaycan Respublikası Konstitusiyası -12 noyabr 1995-ci
il.
7. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının
həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan
Respublikasının Konstitusiya Qanunu 24 dekabr 2002-ci il.
8. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 30 dekabr 1999-
cu il.
9. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi – 14
iyul 2000-ci il.
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 01 fevral
1999-cu il.
11. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsi -14
iyul 2000-ci il.
12. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi - 28
dekabr 1999-cu il.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 11
iyul 2000-ci il.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 28 dekabr 1999-
cu il.
126
15. Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması
ilə əlaqədar «Azərbaycan Respublikası Cinayət, Cinayət
Prosesual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və
əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının
Qanunu - 10 fevral 1998-ci il
16. «Polis haqqında Azərbaycan Respublikasının Qanunu 28
oktyabr 1999-cu il.
17. «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi
haqqında Azərbaycan Respublikasının Qanunu -11 dekabr
1998-ci il.
18. «Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının
Qanunu 20 avqust 1992-ci il.
19. «Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının
Qanunu-19 iyun 1998-ci il.
20. «Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının
Qanunu 03 iyun 1996-cı il.
21. «Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının
Qanunu- 24 fevral 1994-cü il.
22. «Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan
Respublikasının Qanunu-13noyabr 1998-ci il.
23. «Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan
Respublikasının Qanunu - 15 dekabr 1992-ci il.
24. Azərbaycan Respublikasının Təhsil Qanunu - 07 oktyabr
1992-ci il.
25. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında
Azərbaycan Respublikasının Qanunu - 30 sentyabr 1998-ci
il.
26. «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi
vəziyyəti haqqında Azərbaycan Respublikasının Qanunu -13
mart 1996-cı il.
27. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə
orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə
vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan
Respublikasının Qanunu - 29 dekabr 1998-ci i1N:610-1Q
127
28. «Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan
Respublikasının Qanunu - 26 iyun 1997-ci il.
29. «Notariat haqqında Azərbaycan Respublikasının Qanunu -
26noyabr 1999-cu il.
30. «Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan
Respublikasının Qanunu - 28 dekabr 1999 - cu il.
31. «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
haqqında Azərbaycan Respublikasının Qanunu - 5 iyul 2000-
ci il.
32. «Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında
Azərbaycan Respublikasının Qanunu - 9 iyun 1998-ciil.
33. Referendum haqqında Azərbaycan Respublikası Qanunu -30
dekabr 1997-ci il.
34. «Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan
Respublikası Qanunu - 2 iyun 1999-cu il.
128
Aydın Məhəmməd oğlu Səfixanh
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa konvensiyasında insan hüquq və azadlıqları ilə bağlı
müddəaların Azərbaycan Respublikasının qanunvericilik
sistemində təsbiti
Yığılmağa verilmişdir 10.01.2003. Çapa imzalanmışdır 07.03.
2003. Ofset kağızı. Fiziki ç. v. 8. Format 60x90 1/16. Ofset çapı.
Tiraj 500. Sifariş N»15.
«Azərnəşr» nəşriyyatı.
Bakı şəhəri, H. Hacıyev küçəsi 4.
«Atra» mətbəəsində çap olunmuşdur.
Bakı şəhəri, S.Vurğun küçəsi 110.
Dostları ilə paylaş: |