Aydin səFİxanli insan hüquqlarinin və Əsas


«Azərbaycan Respublikasında



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#4267
1   2   3   4   5   6   7   8   9   10   11

«Azərbaycan Respublikasında 
İnsan hüquq və 
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» 
Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü 
maddəsi qanun əsasında insan hüquqlarının və azadlıqlarının 
məhdudaşdırılmasına dair tələbləri müəyyən edir. 

 
86 
Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə 
tutulmuş insan hüquqları  və azadlıqları yalnız qanunla 
məhdudlaşdırıla bilər. 
İnsan hüquqlarını  və azadlıqlarını  məhdudlaşdıran qanunda 
məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan 
Respublikasının Konstitusiyasının müvafiq madəsi göstərilməlidir. 
İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər 
həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. 
İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər 
Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya 
Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və  həmin 
məqsədə mütanasib olmalıdır 
 
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın 1 saylı Protokolu 
Maddə 1. Mülkiyyətin müdafiəsi 
Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə 
hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla 
və beynəlxalq hüququn ümumi prinsipləri ilə  nəzərdə tutulmuş 
şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq 
olaraq, mülkiyyətdən istifadə  nəzarəti həyata keçirmək üçün, 
yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini 
təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu 
məhdudlaşdırmır. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və 
dövlət tərəfindən müdafiə olunur. 
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü 
maddəsinə əsasən, mülkiyyət, dövlət mülkiyyəti, xüsusi mülkiyyət 
və bələdiyyə mülkiyyəti növündə ola bilər. 

 
87 
Mülkiyyətdən insan və  vətəndaş hüquqları  və azadlıqları, 
cəmiyyətin və dövlətin mənafeləri,  şəxsiyyətin ləyaqəti  əleyhinə 
istifadə edilə büməz. 
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu 
maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. 
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət 
hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz  əmlak ola bilər. 
Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə 
birlikdə  əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun 
barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 
Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum 
edilə büməz.  Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət 
ehtiyacları  və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninki-
ləşdirilməsinə yalnız qabaqcadan onun deyərini  ədalətli ödəmək 
şərti ilə yol verilə bilər. 
Azərbaycan Respublikası Konstitusiyasının 59-cu 
maddəsinə  əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz 
imkanlarından, qabiliyyətindən və  əmlakından sərbəst istifadə 
edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq 
fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət 
növü ilə məşğul ola bilər. 
Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının 
Qanunu Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, 
sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını  və  vəzifələrini, 
onun dövlət tərəfindən müdafiə  və  təqdir olunmasının forma və 
üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı 
münasibətlərini müəyyənləşdirir. 
Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin 
həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və 
ıqtisadi qərarlar qəbul edilməsi  əsasında iqtisadi təşəbbüsün və 
işgüzarlığın geniş  təzahür etməsi üçün şərait yaradılmasına 
yönəldilmişdir. 

 
88 
Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların 
birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə 
edilməsi məqsədilə özlərinin cavabdehliyi və  əmlak məsuliyyəti 
ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından 
qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün 
növləri, o cümlədən məhsul istehsalı, satışı  və xidmətlər 
göstərilməsi formasında həyata keçirdikləri müstəqil 
təşəbbüskarlıq fəaliyyətidir. 
Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, 
fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan 
Respublikasının Konstitusiyası, «Azərbaycan Respublikasının 
dövlət müstəqilliyi haqqında» Konstitusiya aktı, «Azərbaycan 
Respublikasının iqtisadi müstəqilliyi haqqında» Konstitusiya 
Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 
«Mülkiyyət haqqında« Azərbaycan Respublikasının Qanunu, 
Sahibkarlıq fəaliyyəti haqqında Qanun və bunların əsasında qəbul 
edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir. 
Müəssisə yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti
həmçinin Azərbaycan Respublikasının müəssisələr haqqında 
qanunvericiliyi ilə də tənzimlənir. 
Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik 
aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə  aşağıdakılar 
məşğul ola bilərlər: 
−  fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir 
vətəndaşı; 
−  mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; 
−  hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs; 
−  xarici hüquqi şəxslər. 
Sahibkarlıq fəaliyyəti ilə bağlı  məsələlərin həllini və ya bu 
fəaliyyətə  nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli 
şəxslərinə  və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə  məşğul 
olmaq qadağandır. 
Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin 
xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiy- 
 

 
89 
yətcinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində 
təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə 
edən subyekt məşğul ola bilər. 
Müəssisəni idarə edən subyektin və  əmlakın mülkiyyətçisinin 
münasibətləri tərəflərin qarşılıqlı öhdəliklərini, hüquqlarını  və 
məsuliyyətlərini müəyyən edən müqavilə (bağlaşma) ilə 
tənzimlənir. Müəssisənin mülkiyyətçisi müəssisəni idarə edən 
şəxslə müqavilə bağlandıqdan sonra müqavilədə, müəssisənin 
nizamnaməsində 
və Azərbaycan Respublikasının 
qanunvericiliyində  nəzərdə tutulan hallar istisna edilməklə 
müəssisənin fəaliyyətinə qarışa bilməz. 
Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində 
həyata keçirilən bütün formalarına icaza verilir. Mülkiyyət və 
təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün 
formaları bərabər hüquqludur. 
Fərdi və  şərikli  şəkildə  həyata keçirilən sahibkarlıq 
qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər. 
Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin 
səlahiyyətlərinə aid məsələlər-qanunçuluğun gözlənilməsi, ölkənin 
və  vətəndaşların təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət və 
antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, 
sanitariya, yanğından qorunma və arxitektura normalarının 
gözlənilməsi və tarixi abidələrin mühafızəsi məsələləri üzrə yol 
verilir. 
Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət 
və  təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər 
sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan 
olunur. 
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan 
hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar 
təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. 
Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birliklərin 
müdaxiləsinə yol verilmir. 

 
90 
Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan 
Respublikasının qanunvericiliyinə  əməl etməklə  aşağıdakı 
hüquqlara malikdir: 
−  istənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında 
vəzifə tutmaq və bu orqanların işində iştirak etmək; 
−  dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin 
əmlakının, başqa əmlakı və əmlak hüquqlarını tamamilə və ya 
qismən əldə etmək; 
−  başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan 
əmlakla iştirak etmək; 
−  tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin 
əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə 
etmək; 
−  işçiləri işə qəbul etmək və işdən azad etmək; 
−  işçilərin  əməyinin ödənilməsinin forma və sistemini, onların 
əmlakının məbləğini və 
gəlirinin digər növlərini 
müəyyənləşdirmək; 
−  təsərrüfat-maliyyə  fəaliyyətini müstəqil həyata keçirmək, 
məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, 
xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün 
müqavilə əsasında iş görmək və məhsul göndərmək; 
−  öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) 
müəyyənləşdirmək; 
−  pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa 
əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün 
banklarda hesablar açmaq; 
−  sahibkarlıq fəaliyyətindən  əldə edilən mənfəətdən vergilər və 
digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst 
istifadə etmək. Sahibkarlıq fəaliyyəti bağlaşma  əsasında 
həyata keçirilərkən mənfəətin bölüşdürülməsi qaydası 
bağlaşmada müəyyən edilir; 
−  məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək; 
−  dövlət sosil təminatı sistemindən istifadə etmək; 
−  sığorta növünü sərbəst surətdə seçmək; 

 
91 
− hüquqlarına və qanuni mənafeyinə  xələl gətirən dövlət 
orqanlarının və digər orqanların, təsərrüfat subyektlərinin və 
fiziki şəxslərin hərəkətlərindən şikayət etmək; 
−  xarici iqtisadi münasibətlərdə iştirak etmək; 
−  valyuta əməliyyatları aparmaq; 
−  ictimai fondlara, səhiyyəyə, xeyriyyəçilik, maarifçilik 
məqsədlərinə, elmi və mülki məqsədlərə, müharibə  və başqa 
fövqəfadə hadisələr zamanı isə dövlətə lazımi yardım 
göstərilməsinə ianələr vermək; 
−  həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək. 
 
İnsan hüquqlırının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın lsaylı Protokolu 
Maddə 2. Təhsil hüququ. 
Heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət 
təhsil və  tədris sahəsində öz üzərinə götürdüyü funksiyanı yerinə 
yetirərkən, valideynlərin öz dini və fəlsəfı baxışlarına müvafiq olan 
təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə 
əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 
Dövlət pulsuz, icbari, ümumi, orta təhsil almaq hüquqnu təmin 
edir. 
Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. 
Maddi vəziyyətindən asılı olmayaraq istedadlı  şəxslərin təhsili 
davam etdirməsinə dövlət təminat verir. 
Dövlət minimum təhsil standartlarını müəyyən edir. 
Azərbaycan Respublikasının Təhsil Qanunu təhsillə bağlı 
yaranan bütün münasibətləri tənzimləyir. 
Təhsil cəmiyyət və dövlətin inkişafının  əsasında durmaqla 
strateji  əhəmiyyətə malik olan və üstün inkişaf etdirilən fəaliyyət 
sahəsidir. Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, 
ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır. 

 
92 
Təhsil hüququ vətəndaşların  əsas hüquqlarındandır. Təhsil 
sistemi qarşısında duran vəzifələr Azərbaycan Respublikasının 
dövlət müstəqilliyi haqqında Konstitusiya aktına, Azərbaycan 
Respublikasının Konstitusiyasına, Təhsil Qanununa və müvafiq 
beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir. Təhsil 
Qanunu təhsil sisteminin ümumi əsaslarını müəyyən edir. 
Təhsil qanunvericiliyinə daxildir: həmin Təhsil Qanunu; 
ona müvafiq olaraq Azərbaycan Respublikasında verilmiş 
digər təhsil qanunvericiliyi aktları; Azərbaycan Respublikası 
tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasında həmin 
Təhsil Qanunu əsasında qəbul edilmiş qanunvericilik aktları. 
Təhsil Qanunu Azərbaycan  ərazisində olan bütün təhsil 
müəssisələrinə, müvafiq orqan və  təşkilatlara  şamil edilir. 
Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət 
göstərir. 
Təhsil qanunvericiliyini pozanlar qanunla müəyyən olunmuş 
qaydada məsuliyyət daşıyırlar. 
Təhsil qanunvericiliyinin vəzifələri aşağıdakılardır: 
−  təhsil sahəsində dövlət siyasəti prinsiplərinin müəyyən 
edilməsi; 
−  təhsil sisteminin sərbəst fəaliyyəti və  təhsilin inkişafı üçün 
hüquqi təminat yaradılması; 
−  hüquqi şəxslər və təhsil subyektlərinin hüquq və vəzifələrinin 
səlahiyyət və məsuliyyətinin müəyyən olunması; 
−  vətəndaşların təhsil haqqında konstitusiya hüquqlarının təmin 
olunması və müdafiəsi. 
Maddə 2. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri. 
 Azərbaycan Respublikası fasiləsiz təhsil sistemi yaratmaq 
siyasəti yeridir. Dövlətin təhsil siyasəti aşağıdakı prinsiplərə 
əsaslanır: 
−  Hüquqi baxımdan hammm  dövlət  standartı    çərçivəsində 
təhsil almaq imkanına malik olması; 
−  bilik, bacarıq və istedadı reallaşdırmaq üçün hamıya bərabər 
şərait yaradılması; 

 
93 
−  təhsilin demokratikləşdirilməsi və dövlət-ictimai xarakter 
daşıması; 
−  təhsil müəssisələrinin müstəqilliyinin artırılması; 
−  təhsilin humanistləşdirilməsi; 
−  ümumbəşəri dəyərlərin,  insan həyatı  və  sağlamlığının, 
şəxsiyyətin azad inkişafının üstün tutulması; 
−  təhsilin humanitarlaşdırılması; 
−  təhsildə milli zəminin və bölgə komponentinin gücləndirilməsi; 
−  təhsilin fərdiləşdirilməsi və differensiallaşdırılması; 
−  təhsilin məzmununun inteqrasiya edilməsi; 
−  təhsilin elmi-dünyəvi xarakter daşımasi; 
−  elm,  istehsalat,  xarici  ölkələrin təhsil müəssisələri  və orqanları 
ilə sıx əlaqə; 
−  təhsil müəssisələrinin partiyalardan, ictimai-siyasi və dini 
təşkilatlardan, hərəkatlardan asılı olmaması; 
−  təhsildə azadlıq və plüralizm;, 
−  yaradıcılıq; tamlıq; varislik; çeviklik; 
−  təhsilin dünya standartları səviyyəsində olması. 
Azərbaycan Respublikasının Təhsil Qanununun 3-cü maddəsi 
vətəndaşların təhsil hüquqlarını təsbit edir. 
İrqindən, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, 
yaşından, səhhətindən, sosial-maddi vəziyyətindən, fəaliyyət 
sahəsindən, ictimai mənşəyindən, yaşayış yerindən, dinə 
münasibətindən, siyasi əqidəsindən, həmçinin üzərində məhkumluğun 
olmasından asılı olmayaraq, vətəndaşların təhsil hüququna təminat 
verilir. 
Müəyyən peşələr və ixtisaslar üzrə hökumət tərəfındən yaş 
həddinə, habelə cinsə, sağlamlığa, mühakimə olunmaya görə 
məhdudiyyətlər qoyula bilər. 
 Dövlət təhsil müəssisələrində  vətəndaşlar pulsuz təhsil almaq 
hüququna malikdirlər. Həmin təhsil müəssisələrində əlavə pullu təhsil 
qrupları da yaradıla bilər. 
 
Vətəndaşların təhsil formasını, təhsil müəssisəsinin və təlim dılini 
seçmək azadlığı təmin olunur.  

 
94 
Sosial müdafiəyə  və yardıma ehtiyacı olan vətəndaşların təhsil 
hüququnu təmin etmək məqsədilə dövlət onların təhsil xərcini qismən, 
yaxud bütünlüklə öz üzərinə götürür. 
Pullu təhsil müəssisələrində  təhsil alan aztəminatlı  vətəndaşlara 
eyni növdən və tipdən olan dövlət təhsil müəssisələrinin normativləri 
əsasında dövlət tərəfindən ödənc verilir. 
Dövlət xüsusi istedada malik olan və sosial yardıma ehtiyacı olan 
şəxslərin respublikada və ya xaricdə təhsil ala bilməsi üçün tam şərait 
yaradır. 
Dövlət ali məktəb tələbələrinə təhsilini başa vurduqdan sonra beş il 
müddətində ödəmək şərtilə kredit verə bilər. 
Vətəndaşlar təhsil müəssisələrinin proqramlarını  sərbəst surətdə 
öyrənib ekstern yolu ilə imtahanlar verərək müvafiq təhsil sənədi (ali 
təhsilin birinci - bakalavr pilləsi də daxil olmaqla) almaq hüququna 
malikdirlər. 
Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin məzunları yuxarı 
pillədən olan növbəti təhsil müəssisəsinə  qəbul olunarkən bərabər 
hüquqa malikdirlər. 
Azərbaycan Respublikasının Təhsil Qanununun 4-cü maddəsi 
təhsil prosesi və ictimai-siyasi fəaliyyəti tənzimləyir. 
Təlim-tərbiyə prosesi pozulmazdır. Siyasi partiyalar, ictimai-siyası 
cəmiyyətlər və  təşkilatlar, dini və digər qurumlar təhsil 
müəssisələrinin fəaliyyətinə  və  təlim-tərbiyə prosesinə müdaxilə edə 
bilməzlər. 
Təhsil işçisinin konstitusiya çərçivəsində  fəaliyyət göstərən hər 
hansı partiyanın, habelə digər ictimai-siyasi və ya dini təşkilatın üzvü 
olması onun pedaqoji fəaliyyətinə mane ola bilməz. 
Yetkinlik yaşına çatmayanların siyasi aksiyalara cəlb olunmasına 
yol verilmir. 
Təhsil müəssisələrində  və  təhsil orqanlarında siyasi partiyaların, 
ictimai-siyasi hərəkatların təşküat strukturlarının yaradılmasına və 
fəaliyyətinə yol verilmir. 
Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. 
Dünyavi təhsil ocaqları ilə  bərabər ümumi orta təhsili başa 
çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. 

 
95 
İ
nsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 
Konvensiyanın l saylı Protokolu 
 
Maddə 3. Azad seçkilər hüququ 
Yüksək Müqavilə  Tərəfləri qanunverici hakimiyyət orqanını 
seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək  şəraitdə, gizli 
səsvermə yolu ilə, ağlabatan dövrilikdə azad seçkilər keçirməyi 
öhdələrinə götürür. 
 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə 
əsasən, Azərbaycan Respublikası 
vətəndaşlarının dövlət 
orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak 
etmək hüququ vardır. 
Məhkəmənin qərarı ilə  fəaliyyət qabiliyyətsizliyi təsdiq 
olunmuş  şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək 
hüququ yoxdur. 
Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din 
xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə 
azadlıqdan məhrum edilmiş  şəxslərin, bu Konstitusiyada və 
qanunda nəzərdə tutulan digər  şəxslərin seçkilərdə  iştirak etmək 
hüququ qanunla məhdudlaşdırıla bilər. 
Azərbaycan Respublikası Konstitusiyasının 83-cü maddəsi 
Azərbaycan Respublikası Milli Məclisi deputatlarının 
seçkilərinin əsaslarını təsbit edir. 
Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar 
seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında 
sərbəst, səxsi və gizli səsvermə yolu ilə seçilirlər. 
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü 
maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin hər 
çağırışının səlahiyyət müddəti 5 ildir. 
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının 
seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü 
keçirilir. 

 
96 
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 
səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin 
çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. 
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından 
çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın 
səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti 
ilə məhdudlaşır. 
Azərbaycan Respublikası Konstitusiyasının 85-ci nıaddəsi 
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına 
namizədlərə aid tələbləri təsbit edir. 
Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir 
vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan 
Respublikası Milli Məclisinin deputatı seçilə bilər. 
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, 
icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, 
pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli 
fəaliyyətlə  məşğul olan şəxslər, din xadimləri, fəaliyyət 
qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə 
görə  məhkum olunmuş  şəxslər, məhkəmənin qanuni qüvvəyə 
minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində  cəza çəkən 
şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə 
bilməzlər. 
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə 
əsasən,  seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən 
olunmuş. qaydada Azərbaycan Respublikasının Konstitusiya 
Məhkəməsi yoxlayır və təsdiq edir. 
Azərbaycan Respublikası Konstitusiyasının 87-ci maddəsinə 
əsasən, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının 
səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni 
çağırışının ilk iclas günü bitir. 
Azərbaycan Respublikası Milli Məclisi deputatlığından 
çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli 
Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət 
qalarsa, keçirilmir. 

 
97 
Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının 
səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir. 
Azərbaycan Respublikasında Milli Məclisə seçkilərlə bağlı 
digər müddəalar Azərbaycan Respublikasının Milli Məclisinə 
seçkilər haqqında Azərbaycan Respublikasının Qanunu ilə 
tənzimlənir. 
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsi 
Azərbaycan Respublikası Prezidenti seçkilərinin  əsasları 
müəyyən edir. 
Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və 
birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu 
ilə 5 il müddətinə seçilir. 
Azərbaycan Respublikasının Prezidenti səsvermədə  iştirak 
edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. 
Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, 
səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci 
dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə  ən ox səs 
toplamış iki namizəd, yaxud ən çox səs toplamış  və öz 
namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki 
namizəd iştirak edir. 
Səsvermənin ikinci dövrəsində  səs çoxluğu toplayan namizəd 
Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır. 
Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının 
Prezidenti seçilə bilməz. 
Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir. 
Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin