Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə60/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   56   57   58   59   60   61   62   63   ...   159
300. İmam Sadiq (ə): Ailəsinə yaxşılıq edən şəxsin ruzisi çox olar.2
301. İmam Sadiq (ə): Ailəsi ilə yaxşı rəfatr edən şəxsin ömrü uzun olar.3
302. İmam Əli (ə): Halaldan uzaq durma, ailənə yaxşılıq et və hər bir vəziyyətdə Allahı unutma!4
303. Allahın rəsulu (s): Cəbrayıl qadınları o qədər mənə tapşırdı ki, elə zənn etdim sanki, onlara, namussuzluq etmədikdə, təlaq vermək (boşamaq) rəva deyil.5
304. "Əl-Kafi": Əbdür-rəhman ibn Həccac rəvayət edir: İmam Kazim (ə) Əmirəl-möminin Əlinin (ə) vəsiyyətini mənə göndərdi: "... Allah xatirinə, Allah xatirinə, qadınlar və malik olduqlarınız (övlad, kəniz, qul və sair) barəsində diqqətli olun! Çünki Peyğəmbərinizin son sözü belə oldu: "Sizə iki zəif bəndələrə (qarşı pis davranmamağı,) diqqətli olmağı tapşırıram: Qadınlar və malik olduqlarınız (övlad, kəniz, qul və sair)."6
305. İmam Sadiq (ə): Allah həyat yoldaşı ilə yaxşı davranan bəndəni(n, kişinin günahlarını) bağışlasın. Çünki, Allah-təala onun ixtiyarını kişinin əlində qərar verib və onu qadına hami edib.1

6\2

Ehtiram qoymaq


306. Allahın rəsulu (s): Kim ailə qursa, (həyat yoldaşına) hörmət etməlidir.2
307. Allahın rəsulu (s): Sizin aranızda ən yaxşı şəxs, ailəsi ilə ən yaxşı rəftar edəndir. Mən sizlərin arasında, ailəsi ilə ən yaxşı davranan şəxsəm. Yalnız ailicənab insan qadınlara hörmət edər. Yalnız şəxsiyyətsiz insan qadınları təhqir edər.3
308. Allahın rəsulu (s): Sizə kimin daha yaxşı insan olduğunu söyləyimmi? Təvazökar, xoşəxlaq və evləndikdən sonra həyat yoldaşına hörmət qoyan şəxs.4

7\2

Mülayimlik və güzəşt


309. Allahın rəsulu (s): Allah-təala bir ailənin xeyrini istəsə, onlara dinlərində agahlıq, mülayim xasiyyət və işlərində mötədillik əta edər. Kiçikləri, bğyüklərinə hörmət edər. Əgər hansı ailə üçün bundan başqasını istəsə, onları öz başlarına buraxar.1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin