Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə71/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   67   68   69   70   71   72   73   74   ...   159
389. " Əd-Dürrül-mənsur": Zeyd ibn Səlim rəvayət edir: Allahın elçisi (s) bu ayəni oxudu: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." Səhabələr dedilər: Ey Allahın elçisi! Biz ailəmizi necə oddan qoruyaq?
Buyurdu: "Onları Allahın razı olduğu əməllərə doğru səsləyin və Allahın razı olmadığı işlərdən çəkindirin."2
390. İmam Əli (ə): Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", yəni; onlara elm və ədəb öyrədin.3
391. İmam Əli (ə): Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", yəni; özünüzə və ailənizə yaxşı əməlləri öyrədin.4
392. "Münyətil-mürid": Allah-təala buyurur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", Əli (ə) və bir qrup şərhçi deyir: Yəni; Onlara qddan (cəhənnəm əzabından) qurtaran əməlləri öyrədin.1
393. "Səhihi-Buxari": "Bu ayə nazil olduğu zaman; "Ən yaxın qohumlarını qorxut!"2 Allahın elçisi (s) Qüreyşı yanına çağırdı. Onlar bir yerə toplandı. Peyğəmbər (s) əvvəlcə ümumi şəkildə, sonra isə bəzilərinə birbaşa olaraq müraciət etdi. Buyurdu: "Ey Kəəb ibn Luəyy övladları! Özünüzü oddan qoruyun. Ey Mərrə ibn Kəəb övladları! Özünüzü oddan qoruyun. Ey Əbdüş-şəms övladları! Özünüzü oddan qoruyun. Ey Əbdül-manaf övladları! Özünüzü oddan qoruyun. Ey Əbdül-mütəllib övladları! Özünüzü oddan qoruyun. Ey Fatimə! Özünü oddan qoru. Çünki mən (əgər ləyaqətiniz olmasa) Allah-təalanın yanında sizə bir yardım edə bilməyəcəm. Yalnız (sizə mənim köməyim bu ola bilər ki,) mənim qohumlarımsınız və mən qohumluq vəzifəmi bu dünyada sizə qarşı yerinə yetirə bilərəm.3
394. "Əl-Kafi": Əbu Bəsir, İmam Sadiqin (ə) Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", soruşulduqda, belə buyurduğunu rəvayət edir: "Onlari yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırmaqla (cəhənnəm odundan qoruyun)."4

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin