Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Ailəni namaz qılmağa və zəkat verməyə həvəsləndirmək



Yüklə 2,04 Mb.
səhifə73/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   69   70   71   72   73   74   75   76   ...   159

Ailəni namaz qılmağa və zəkat verməyə həvəsləndirmək


- وَ أْمُرْ أَهْلَكَ بِالصَّلاةِ وَ اصْطَبِرْ عَلَيْها لا نَسْئَلُكَ رِزْقاً نَحْنُ نَرْزُقُكَ وَ الْعاقِبَةُ لِلتَّقْوى (*)
- وَ اذْكُرْ فِي الْكِتابِ إِسْماعيلَ إِنَّهُ كانَ صادِقَ الْوَعْدِ وَ كانَ رَسُولاً نَبِيًّا (*)
وَ كانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلاةِ وَ الزَّكاةِ وَ كانَ عِنْدَ رَبِّهِ مَرْضِيًّا
Qurani-kərim: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!"1
"(Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi. O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmailin əməli Allah dərgahında bəyənilmişdi)."2
Hədislər:
400. İmam Əli (ə): Allahın rəsuluna (s) behişt müjdəsi verildikdən sonra, yenə də, (namaz və ibadətlərlə) özünü əziyyətə salırdı. Çünki Allah-təala ona buyurmuşdu: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et." Elə bu səbəbdən Peyğəmbər (s) ailəsinə namaz qılmağı əmr edirdi və özü də, ona səbirlə davam edirdi.3
401. Allahın rəsulu (s): Ailənizin yanına qayıdın. Onların yanında qalın, onlara elm öyrədin və əmrlər verin... Mənim namz qıldığım kimi, namaz qılın. Siz mənim necə namaz qıldığımı görürsünüz. Namaz vaxtı gəlib-çatdıqda sizlərdən bir nəfər azan desin və ən yaşlı olanınız pişnamaz (imam) olsun.1
402. Allahın rəsulu (s): Kim gecə yuxudan ayağa qalxsa, ailəsini də, oyatsa və hər ikisi birlikdə namaz qılsa, onlar, Allahı daha çox yad edən qadın və kişilərin sırasına daxil ediləcəklər.2

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin