Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə70/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   66   67   68   69   70   71   72   73   ...   159
384. İmam Əli (ə): (Əsl) həyat dindarlıqdadır, ölüm isə yəqini (həqiqəti) əldən buraxmaqla birgədir.3
385. İmam Sadiq (ə): Dindar insan fikirləşər və aldığı nəticə onu sakitliyə və asayişə qərq edər. (Allahı böyük,) özünü kiçik sayar və təvazökarlığa sövq olar. Qənaətcil olar, bununla da, kimə və nəyəsə ehtiyac hiss etməz. Ona əta olunan nemətə sevinər. Tənhalığa üz gətirər və dostlarına ehtiyac duymaz.4 İstək və xahişlərinindən qurtular, azad (insan) olar. Dünyanı bir kənara qoyar. Pisliklərdən amanda qalar. Həsəd və paxıllıqdan uzaq olar. Dostluğu aşkar olar. İnsanları qorxutmaz. Onlara lovğalanmaz. Beləliklə camaatın danlağından da qurtular. Heç bir şeyə ürək bağlamaz, doğru yola və kamilliyə çatar. Əmin-amanlığa çıxar. Əməllərinin nəticəsi onu peşman etməz. 1
386. İmam Əli (ə): Dinin meyvəsi (səmərəsi), əmanətdarlıqdır.2
387. İmam Əli (ə): Dini həyatının sipəri, pərhizkarlığı (təqvanı) isə ölümünün bəzəyi et.3
2\3

Ailəni batil əqidə, əxlaq və rəftarlardan qoruyur


يا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنْفُسَكُمْ وَ أَهْلِيكُمْ ناراً وَقُودُهَا النَّاسُ وَ الْحِجارَةُ عَلَيْها مَلائِكَةٌ غِلاظٌ شِدادٌ لا يَعْصُونَ اللَّهَ ما أَمَرَهُمْ وَ يَفْعَلُونَ ما يُؤْمَرُونَ
Qurani-kərim: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)."4
Hədislər:
388. İmam Sadiq (ə): Bu ayə nazil olduğu zaman; "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." Bir müsəlman oturub, ağlamağa başladı. O, deyirdi: Mən özümü qoruya bilmirəm. İndi isə ailəmin məsuliyyəti də. Mənim üzərimə düşdü.
Allahın elçisi (s) buyurdu: "Sən özünə ərm etdiyini (əməl etdiyini), onlara da əmr etsən, özün çəkindiyin əməldən onları da çəkindirsən, kifayətdir."1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin