2.3. Dolayı ayrı-seçkilik
Həm İnsan hüquqları haqqında Avropa Konvensiyasında (AİHK), həm də
Avropa İttifaqı (Aİ) hüququnda təsdiq edilir ki, ayrı-seçkilik təkcə oxşar
vəziyyətdə olan insanlara qarşı fərqli rəftarın deyil, həm də fərqli vəziyyətdə
olan insanlara qarşı eyni rəftarın nəticəsi
ola bilər. Sonuncunu "dolayı" ayrı-seçkilik
adlandırırlar, çünki bu halda rəftarın özü
deyil, onun nəticələri fərqli olur, belə ki, o,
fərqli xüsusiyyətlərə malik insanlar üçün
fərqli nəticələrə səbəb olur. İrqi bərabərlik
haqqında Direktivin 2-ci maddəsinin 2(b)
bəndində deyilir ki, "dolayı ayrı-seçkilik o
halda baş verir ki, neytral kimi görünən
qayda, meyar və ya praktika müəyyən irqi
və ya etnik mənşəli insanları digər şəxs
32
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
Dolayı ayrı-seçkiliyin
elementləri bunlardır:
• oxşar vəziyyətdə olan digər
şəxslərlə müqayisədə
• "müdafiənin şamil olunduğu
əsasların" tətbiq dairəsinə
düşən hər hansı qrupa
əhəmiyyətli dərəcədə mənfi
təsir göstərən
• neytral qayda, meyar və ya
praktika.
____________________________
29. AƏM, P. v. S. and Cornwall County Council, iş № C-13/94 [1996] ECR I-2143, 30 aprel 1996-cı il.
lərlə müqayisədə xüsusilə əlverişsiz vəziyyətə salır"
30
. Avropa İnsan
Hüquqları Məhkəməsi (AİHM) özünün son dövrlərə aid bəzi qərarlarında
diqqəti dolayı ayrı-seçkiliyin bu anlayışına cəlb edərək bildirib ki, "fərqli
rəftar neytral tərzdə ifadə edilmiş, amma bununla belə hər hansı qrup üçün
qeyri-mütənasib dərəcədə zərərli nəticələr doğuran ümumi siyasət və ya
tədbir formasını ala bilər".
31
Dostları ilə paylaş: |