Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 İnsan hüquqları haqqında Avropa Konven-



Yüklə 1,45 Mb.
səhifə19/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   15   16   17   18   19   20   21   22   ...   122
2.4.2. İnsan hüquqları haqqında Avropa Konven-

siyasında nəzərdə tutulan təqib etmə və 

ayrı-seçkilik qoyma barədə göstəriş vermə

AİHK-da  təqib  etməni  və  ayrı-seçkilik  qoyma  barədə  göstəriş  verməni

nəzərdə tutan konkret müddəa olmasa da, onun mətnində eyni məsələ ilə

əlaqədar  konkret  hüquqlar  yer  alıb.  Belə  ki,  təqib  etmə  AİHK-ın  8-ci

maddəsində  nəzərdə  tutulmuş  şəxsi  və  ailə  həyatına  hörmət  edilməsi

hüququnun, yaxud 3-cü maddədə nəzərdə tutulmuş qeyri-insani və ya

ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamaq hüququnun tətbiq

dairəsinə, ayrı-seçkilik qoyma barədə göstəriş vermə isə vəziyyətdən asılı

olaraq 9-cu və ya 11-ci maddələrdə nəzərdə tutulmuş din azadlığının və ya

toplaşmaq azadlığının tətbiq dairəsinə düşə bilər. Bu hərəkətlərin ayrı-

seçkilik  motivlərindən  qaynaqlandığı  aşkar  edildikdə,  AİHM  müvafiq

maddələrin ayrı-seçkiliyi qadağan edən 14-cü maddə ilə birgə götürülmüş

halda  pozuntusunun  baş  verib-vermədiyini  araşdırır. Aşağıdakı  seçmə

nümunələrdə yuxarıda müzakirə edilənlərə bənzər faktlara aid olan, AİHK

kontekstində araşdırılan işlər təqdim edilir. 

Nümunə: Baçkovski və başqaları Polşaya qarşı işdə Varşava meri ho-

mofobiya xarakterli açıqlamalar verərək bildirmişdi ki, seksual oriyen-

tasiyaya  əsaslanan  ayrı-seçkilik  barədə  məlumatlılığı  artırmaq

məqsədi  daşıyan  yürüşün  keçirilməsinə  icazə  verməkdən  imtina

edəcək.


47

Müvafiq inzibati orqanın qərar çıxarması üçün müraciət

edildikdə  icazə  verməkdən  başqa  əsaslara  görə  imtina  edildi,

məsələn, nümayişçilər arasında toqquşmanın qarşısını almaq əsas

kimi göstərildi. AİHM bu qənaətə gəldi ki, merin açıqlamaları müvafiq

orqanların  qərarına  təsir  göstərə  bilərdi  və  qərar  seksual  oriyen-

tasiyaya əsaslanmışdı, buna görə də ayrı-seçkiliyə məruz qalmamaq

hüququ ilə birgə götürülmüş halda sərbəst toplaşmaq hüququnun

pozuntusunu təşkil edirdi. 

Nümunə:  Paraskeva-Todorova  Bolqarıstana  qarşı işdə  milli

39

Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri



____________________________

47. AİHM, Baçkovski və başqaları Polşaya qarşı (ərizə № 1543/06), 3 may 2007-ci il. 




məhkəmələr roma (qaraçı) mənşəli şəxsi məhkum edərkən cəzanın

icrasının təxirə salınması barədə ittiham tərəfinin tövsiyəsini açıq-

aşkar  rədd  edərək  qaraçı  azlığı  arasında  cəzasızlıq  ənənəsinin

mövcud olduğunu bildirmiş və bu zaman həmin ənənənin konkret

fərdə də aid olduğunu nəzərdə tutmuşdular.

48

AİHM bu qənaətə gəldi



ki, bu qərar ərizəçinin ayrı-seçkiliyə məruz qalmamaq hüququ ilə birgə

götürülmüş  halda  onun  ədalətli  məhkəmə  araşdırması  hüququnu

pozub. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin