________________________________
13. BMT Doc. A/61/611, 13 dekabr 2006.
Ayrı-seçkilik əleyhinə Avropa hüququnun təqdimatı: məzmun, qiymətləndirmə və əsas məsələlər
17
son dövrlərə təsadüf edən insan hüquqları sənədi 2006-cı il tarixli Əlil
Şəxslərin Hüquqları haqqında Konvensiyadır (UNCRPD)
13
. Adətən, insan
hüquqları üzrə sənədlər sadəcə Dövlətlərin qatılmasına açıq olub. Lakin,
Dövlətlər daha çox Hökumətlərarası Təşkilatlar (İGO) vasitəsilə
əməkdaşlıq etdiklərindən və onlara əhəmiyyətli səlahiyyət və məsuliyyət
tanıdıqlarından, İGO-ların da Üzv Dövlətlərin insan hüquqları öhdəliklərinə
təsir etməklə bağlı töhfə verməsini təmin etmək zəruridir. Regional inteq-
rasiya təşkilatlarının da üzvlüyünə açıq olan BM səviyyəsində qəbul olunan
ilk insan hüquqları sənədi UNCRPD-dır. Aİ həmin sənədi 2010-cu ilin
dekabr ayında ratifikasiya edib.
UNCRPD əlilliyi olan şəxslərin hüquqlarından istifadə zamanı bərabərliyin
təmin edilməsi məqsədilə bu şəxslər üçün geniş hüquqları özündə ehtiva
edir və pozitiv tədbirlər görməsi üçün dövlətin üzərinə müxtəlif öhdəliklər
qoyur.
Xartiya kimi bu da Aİ qurumları üçün öhdəlik yaradır və Üzv Dövlətlər Aİ
hüququnu tətbiq edərkən onlar üçün də hüquqi öhdəlik yaradacaq. Bundan
əlavə, Üzv Dövlətlər individual qaydada hazırda öz adlarından UNCRPD-
yə qoşulmaq prosesində olduqlarından, bu, onlar üçün də birbaşa
öhdəliklər yaradır. Artıq Aİ və AİHM hüququ əlillik əsasında ayrı-seçkiliklə
bağlı şərh olunarkən UNCRPD-yə istinad edir.
Dostları ilə paylaş: