Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


     Avropa  İttifaqı  və  ayrı-seçkilik  əleyhinə



Yüklə 1,45 Mb.
səhifə5/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   2   3   4   5   6   7   8   9   ...   122
1.1.2.     Avropa  İttifaqı  və  ayrı-seçkilik  əleyhinə

direktivlər

Avropa İttifaqı (Aİ) başlanğıcda hökumətlərarası təşkilat olub. Lakin hazırda

ayrıca hüquqi şəxs kimi fəaliyyət göstərir. Hazırda Aİ-nın 27 üzvü var. O,

enerji təhlükəsizliyi və azad ticarətlə məşğul olan, 1950-ci ildə yaradılmış

üç  ayrı  dövlətlərarası  təşkilatın  (birlikdə  “Avropa  İcmaları”  kimi  tanınır)

birliyindən  yaradılıb.  Avropa  İcmalarının  başlıca  məqsədi  malların,

sərmayənin,  şəxslərin  və  xidmətlərin  azad  hərəkəti  vasitəsilə  iqtisadi

inkişafa  təkan  vermək  idi.  Avropa  İqtisadi  İcmasını  Yaradan  ilkin

Müqavilədə (1957) Üzv Dövlətlər arasında bərabər şərtlər bərqərar etmək

üçün,  işəgötürmə  prosesində  cinsi  ayrı-seçkiliyi  qadağan  edən  norma

nəzərdə tutulurdu. Bu norma, Üzv Dövlətlərin qadına daha az məvacib və

ya daha az ayrı-seçkilik yaradan iş şəraiti təqdim edərək bir-birləri üzərində

rəqabət  üstünlüyü  qazanmalarına  mane  olacaqdı.  Baxmayaraq  ki,  bu

hüquq norması əsasən təqaüd, hamiləlik və qanuni sosial təhlükəsizlik re-

jimi  nəzərdə  tuturdu,  2000-ci  ilədək  Aİ-da  ayri–seçkiliyin  qarşısının

alınmasına  dair  hüquq  sadəcə  işəgötürmə  və  sosial  təhlükəsizlik

məsələlərinə tətbiq edilirdi və yalnız cinsi məsələləri əhatə edirdi. 

1990-cı illərdə ictimai maraq qrupları tərəfindən əhəmiyyətli lobbiçilk həyata

keçirilərək, Aİ-da ayrı-seçkiliyin əhatə dairəsinin genişləndirilərək, irq, etnik

qrup, həmçinin cinsi oriyentasiya, dini inanc, yaş və əlillik kimi sahələri də

əhatə etməsi tələbi irəli sürüldü. Bir sıra Aİ Üzv Dövlətlərində baş qaldıran

ekstremist milliyyətçilik qorxusu, İcmaya bu sahədə qanunlar qəbul etmək

səlahiyyəti verərək, Avropa İcması Müqaviləsinə dəyişikliklər edə bilmələri

üçün liderlərə əhəmiyyətli siyasi iradə verdi.    

2000-ci ildə iki direktiv qəbul olundu: işəgötürmə sahəsində seksual oriyen-

tasiya, dini inanc, yaş və əlilliyə əsaslanan ayrı-seçkiliyi qadağan edən

İşəgötürmə  Sahəsində  Bərabərlik  haqqında  Direktiv;  İşəgötürmə

sahəsində irq və etnik əsasla ayrı-seçkilik, lakin eyni zamanda rifah və

sosial təhlükəsizlik və həmçinin mallara və xidmətlərə çatımlılıqla bağlı

ayrı-seçkiliyi qadağan edən İrqi Bərabərlik haqqında Direktiv. Bu, ayrı-seçk-

ilik  əleyhinə  Aİ  hüququnun  əhatə  dairəsinin  əhəmiyyətli  şəkildə

genişlənməsi olub, şəxslərə iş bazarında tam potensiallarından istifadə

etməyə imkan vermək üçün onların həm də səhiyyə, təhsil və mənzilə

bərabər çatımlılığının təmin olunmasının vacibliyini qəbul etdi. 2004-cü ildə

Genderlə bağlı Mallar və Xidmətlər Direktivi cinsi ayrı-seçkiliyin dairəsini

mal  və  xidmət  sahələri  üzrə  genişləndirdi.  Lakin  cinsi  müdafiə,  İrqi




________________________________

6. Lissabon Sazişinə edilən dəyişikliklərdən sonra Avropa Ədalət Məhkəməsinə “Ümumi Məhkəmə” kimi

istinad edilir. Lakin bu Məlumat kitabında hələ də AƏM kimi qeyd edilir, çünki təcrübədə istifadə olunan

ədəbiyyatın çoxu dəyişikliklərin qüvvəyə minməsindən əvvəl nəşr olunub və bunun üçün də hər hansı

çaşqınlıq yaratmamaq məqsədilə bu şəkildə istinad ediləcək.

Ayrı-seçkilik əleyhinə Avropa hüququnun təqdimatı: məzmun, qiymətləndirmə və əsas məsələlər

15

Bərabərlik  haqqında  Direktivdə  nəzərdə  tutulan  müdafiə  vasitələrinin



dairəsinə uyğun gəlmir, çünki Gender Sosial Təhlükəsizliyi üzrə Direktiv,

səhiyyə xidməti və təhsilə çatımlılıq və sosial müdafiə kimi daha geniş rifah

sistemi ilə deyil, sadəcə sosial təhlükəsizliklə bağlı bərabər rəftarı təmin

edir. 


Baxmayaraq ki, seksual oriyentasiya, dini inanc, əlillik və yaş məsələləri

sadəcə işəgötürmə kontekstində müdafiə olunur, bu halların mallara və

xidmətlərə  çatımlılıqla  bağlı  (bu,  “Horizontal  Direktiv”  kimi  tanınır)  da

müdafiə olunması üzrə təkliflər hal-hazırda Aİ institutlarında müzakirə ol-

unur.    


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin