1
Ayrı-seçkilik əleyhinə
Avropa hüququnun təq-
dimatı: məzmun, qiymətlən-
dirmə və əsas məsələlər
Bu giriş fəsli Avropada ayrı-seçkilik əleyhinə hüququn mənbəyini, eyni za-
manda, həm maddi hüquqa, həm də müdafiə prosedurlarına edilən hazırkı
və gələcək dəyişiklikləri izah edəcək.
Qeyd edilməlidir ki, həm hakimlər, həm də prokurorlardan, prosesdə iştirak
edən tərəflərin müraciətindən asılı olmayaraq, İnsan Hüquqları və Funda-
mental Azadlıqları haqqında Avropa Konvensiyası və ayrı-seçkilik əleyhinə
Avropa İttifaqı direktivləri ilə təmin olunan müdafiə vasitələrini tətbiq etmək
tələb olunur. Yerli məhkəmələr və ədliyyə sahəsində inzibati fəaliyyəti
həyata keçirən qurumlar sadəcə tərəflərin təqdim etdikləri hüquqi
arqumentlərlə məhdudlaşmamalı, həmçinin işdə iştirak edən tərəflərin
təqdim etdikləri faktiki hallara əsaslanaraq müvafiq qanunu müəyyən
etməlidirlər; bu, əsasən o deməkdir ki, iş üzrə tərəflər, təqdim etdikləri dəlil
və sübutlar vasitəsilə ayrı-seçkilik əleyhinə iddianı necə təqdim etməyi
səmərəli şəkildə seçirlər. Bu, hər bir müvafiq sistemdə tənzimləyici hüquq
prinsiplərinin nəticəsidir, məsələn, Aİ hüququnun Aİ-ni təşkil edən 27 Üzv
Dövlətə birbaşa təsiri və AİHK-a birbaşa təsiri ondan xəbər verir ki, bütün
Aİ və Avropa Şurası (AŞ) ölkələrində buna əməl olunmalıdır. Lakin, bu
tələblə bağlı əhəmiyyətli bir məhdudiyyət nəzərdə tutulur ki, bu da tətbiq
olunan hər hansı müddət məhdudiyyəti ilə bağlıdır. Ayrı-seçkilik əleyhinə
müdafiə vasitələrinin tətbiq olunmasını nəzərdən keçirməzdən öncə, bu
vasitələri tətbiq edənlər, nəzərdə tutulan yurisdiksiya ilə bağlı hər hansı
müvafiq müddət məhdudiyyəti ilə tanış olmalı və məhkəmənin həmin
məsələyə baxa bilib bilməyəcəyini müəyyən etməlidirlər.
11
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
12
Bunun təcrübi nəticəsi ondan ibarətdir ki, təcrübədə çalışanlar, müvafiq
hallarda konkret ayrı-seçkilik əleyhinə sənədə istinad edə və yerli
məhkəmələr və digər hakimiyyət orqanları qarşısında müəyyən
presedentlərə istinad edə bilsinlər.
Bu, təcrübədə çalışan şəxslərin hazırda qeyri-ayrı-seçkilik sahəsində
mövcud olan sistemləri, onları tətbiq etməyi, onları müvafiq şəraitdə necə
tətbiq edəcəklərini anlamağı imperativ edir.
Dostları ilə paylaş: |