əleyhinə vahid qaydalar sistemi olduğunu iddia edir; əslində bu, fərqli
_____________________________________
1. AİHK-nın 14-cü Maddəsinin tətbiqi ilə bağlı Power Point təqdimat şəklində olan təlim materialı ilə
Hüquq Mütəxəssisləri üçün Avropa Şurası İnsan Hüquqları üzrə Tədris proqramının internet səhifəsində
tanış ola bilərsiniz: www.coehelp.org/course/view.php?id=18&topic=1.
2. 12 saylı Protokolu imzalayan Aİ Dövlətlərinin mövcud siyahısını görmək üçün bax:
www.conventions.coe.int/ Treaty/Commun/ChercheSig.asp?NT=177&CM=7&DF=16/07/2010&CL=ENG.
3. Bax, Avropa Sosial Xartiyasının 20-ci Maddəsi və E və qismən V Maddəsi.
4. Bax, Avropa Sosial Xartiyasının 20-ci Maddəsi və E və qismən V Maddəsi.
5. Bax, Avropa Sosial Xartiyasının 20-ci Maddəsi və E və qismən V Maddəsi.
Ayrı-seçkilik əleyhinə Avropa hüququnun təqdimatı: məzmun, qiymətləndirmə və əsas məsələlər
13
dəyişikliklər və əlavələr edilib. AİHK-a ən əhəmiyyətli prosedur dəyişiklik
11-ci Protokolla (1994) edilib, AİHM daimi və tam müddətli quruma çevrilib
və Komissiya ləğv edilib. Bu Protokolun məqsədi, Berlin Divarının yıxılması
və Sovet İttifaqının dağılmasından sonra Avropa Şurasına qoşulan Şərqi
Avropa Dövlətlərindən daxil olan işlərin sayının artmasına qarşı AİHK
mexanizminə kömək etmək idi.
Ayrı-seçkiliyin qadağan olunması AİHK-ın 14-cü Maddəsində nəzərdə tu-
tulur
1
və həmin maddə Konvensiyada nəzərdə tutulan digər hüquqlardan
bərabər qaydada istifadə olunmasını təmin edir. Hələ ki Avropa İttifaqının
bütün üzvləri tərəfindən ratifikasiya olunmamış
2
, AİHK-nın 12 saylı Pro-
tokolu (2000) hər hansı hüquqdan (yerli qanunvericilikdə nəzərdə tutulan
hüquqlar da daxil olmaqla) istifadə ilə bağlı bərabər yanaşma təmin
edilməsini nəzərdə tutan ayrı-seçkiliyin qadağan olunmasının dairəsini bir
az da genişləndirir. Protokolu şərh edən Hesabata əsasən, bu Protokol,
insan hüquqlarının qorunmasının təməl elementi hesab olunan ayrı-
seçkilikdən müdafiəni gücləndirmək məqsədilə yaradılıb. Protokol, xüsusilə
cinsi və irqi bərabərliyin necə təmin olunması ilə bağlı müzakirələr
nəticəsində yaranıb.
Bu Protokolun əsas mövzusu olmasa da qeyd olunmalıdır ki, qeyri-ayrı
seçkilik prinsipi AŞ-nın bir sıra sənədlərində əsas təməl prinsipdir. Xüsusilə
Avropa Sosial Xartiyasının 1996-cı il tarixli versiyası, işəgötürmə və
vəzifəyə təyin etmə zamanı bərabər imkanlar və bərabər münasibəti, cinsi
ayrı-seçkilikdən müdafiəni nəzərdə tutur
3
. Ayrı-seçkiliyə qarşı əlavə
müdafiə vasitələrinə Milli Azlıqların Qorunması haqqında Konvensiya
4
,
İnsan Alverinə qarşı Fəaliyyət haqqında AŞ Konvensiyası
5
və Rəsmi
Sənədlərə Çıxış haqqında AŞ Konvensiyasında rast gəlmək mümkündür.
Kiber-cinayətlərə qarşı Avropa Konvensiyasına Əlavə Protokolda da ayrı-
seçkiliyə qarşı müdafiə nəzərdə tutulur. Ayrı-seçkilik əleyhinə məsələ AŞ-
nın qanunvericilik sənədlərinin hazırlanmasında açıq-aşkar təsirə malikdir
və hal-hazırda müdafiə olunmalı olan azadlıq kimi nəzərdə tutulur.
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
14
Dostları ilə paylaş: