Az ərbaycan respubli kasi t əHSİ L nazi rli Yİ G



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə3/5
tarix02.12.2016
ölçüsü2.8 Kb.
1   2   3   4   5

a). 
Sarı  Aşığın dastan yaradıcılığı. Hər  bir  
dastan  adını daşıdığı və ya yaradıcısı  olan  müəl-
lifin  tərcümeyi-halıdır,  onun  mənəvi    dünyasıdır.  
“Yaxşı  və  Aşiq”  adlı  bayatılı  dastanı,  heç  
şübhəsiz ki, Sarı Aşığın  həyat macəraları,  məlum  
bayatıları və onun  haqqında  söylənilən rəvayətlər 
əsasında  yaradılmışdır.  Dastanda  deyilir  ki
Qaradağlı    kəndində  İman    adlı  bir  kişi    vardı,  
rəngi  qara olduğundan ona Qara İman  deyirdilər.  
Guya  Laçındakı    Qaramanlı    kəndinin    adı    bu  
addan  törəmişdir.  Məlumdur  ki,  Türkiyənin  
Anadolu  vila
yətində  Qaraman  dağları  və  çox  
sayda  Qaraman köy
ləri  (kəndləri)  mövcuddur. 
Folk
lorşünas  Ə.Axundov  Sarı Aşığı  Laçındakı 
Qa
raman  kəndi  ilə,  Bəhcət    isə    Türkiyənin  
Qaraman  köy
ləri  ilə  bağlayırlar. Biz  yuxarıda  
qeyd    etdik    ki,    hər    iki    tədqiqatçını  çaşdıran 
“Aşıq  Qaramanlıdı”    bayatısının    düzgün izah 
edilməməsidir.  “Yaxşı  və  Aşiq”    toplayıcısı  Əh-
liman Axundov xoşbəxtlikdən dastanda Qaraman-
la  bağlı    iki    bayatıdan  istifadə  edir.  Çaşqınlıq 
yaradan  bayatını  ikinci  bayatı  düzgün  mövqe-
d
ən  izah  edir  və  məzmununa  aydınlıq  gətirir. 
Birinci bayatı  belədir: 
 

 
49 
Aşıq,  Qaramanlıdı,
 
Xalın Qaramanlıdı.
 
Yaxşının  tənəsindən,
 
Yenə  qar  amanlıdır. 
 
İkinci  bayatı  Qaraman  sözünün  Qaraman  
kənd  adı olduğunu  təkzib  edir.  Aşığın  obrazlı  
təfəkkürünün  yaratdığı  möcüzəli  bayatıda  hər  
şeyi  açır: 
 
Aşıq,  qar  aman çəkər,
 
Xalın  qaraman  çəkər. 
Yarın  soyuq  üzündən, 
 
Dağda  qar  aman çəkər.
 
 
Biz  yuxarıda  qeyd  etdik ki, dastan  bədii  
əsərdir  və  burada  tam  tarixi  həqiqət axtarmaq  
çətindir.
 
Folklorşünas Əhliman  Axundova da,  Bəh-
cətə  də    məlumdur  ki,  onlardan    bir    əsr    əvvəl 
Ə.Qaradaği “Təzkireyi-Qaradaği” əsərində  məlu-
mat  verir  ki,  Sarı  Aşıq  İranın  Qaradağ  ma-
halından  köçüb,  Zəngəzur qəzasına  gəlmiş  və  
Həkəri  çayının  sahilində  yaşayıb  məskun-
laşmışdır.    1927-1938-ci  illərdə    aparılan    ar-
xeoloji  qazıntılar onun  üstündə saz  şəkli  olan  
qəbrinin XVII  əsrə  aid  olduğunu  təsdiq  etmiş-
lər. Arazın  o  tayı  da,  bu  tayı da bütöv  Azər-

 
50 
bay
candır. Sarı  Aşıq  Qaradağdan da olsa, Laçın-
dan da olsa  bizimkidir.
 
Məqsədim  tarixi  həqiqəti  üzə  çıxarmaqdan  
ibarətdir.
 
Dastan  yaradıcısı  biz  deməzdik  ki, Lələ-
nin  bitkin  məzmunlu  “Yaxşı-Yaman”  dastanın-
dan  istifadə  etmişdir. Biz  onu  deyə bilərik  ki, 
“Yax
şı-Yaman”  dastanındakı    bəzi    süjet    parça-
ları  “Aşiq  və  Yaxşı”  dastanına  gəlmişdir.  Mə-
sələn:  “Yaxşı-Yaman”  dastanında    Lələnin    mə-
nəvi  anası  Yaxşının  özündən  başqa  iki  bacısı  
vardır.  Günəş  və  Liqa.  Sarı  Aşıq  həm  sevdiyi  
qızın  adını  qorxusundan   açıb  deyə  bilməmiş, 
həm    də    Lələnin  Yaxşısını    hər  kəsdən    uca  
saymışdı. Lələ  Yaxşının  bacısını  belə  tərif  edir. 
 
Evləri  gün  aşanda,
 
Xalları  gün  nişanda.
 
Ay  Yaxşı, sən  də Yaxşı,
 
Sən  handa, Günəş  handa. 
 
Sarı  Aşıq  isə  öz  Yaxşısının    bacısını  
aşağıdakı  şəkildə  təsvir  və tərənnüm  edir: 
 
Mən  aşiq, Günəş  handa,
 
Gün  handa, Günəş  handa.
 
Üz  görə  deməz Aşıq,
 
Sən  handa, Günəş  handa. 

 
51 
 
 
Lələnin  çardağı  olduğu  kimi,  Aşığın  da  
çardağı  var.  Lələ öz  kəndlərindən çıxıb İtibelə  
gedir.  Sarı Aşıq isə  heç  uyarı  olmayan  İsfahana 

süb gedir. “Yaxşı və Aşiq”  dastanında  xoşu-
mu
za  gələn  odur ki, orada  öz  mahnı  təravətini  
sax
layan “Yaxşı  Gəncəli  dağlar”  mahnısının  öz  
orijinal
lığını  saxlamasını  və  bu  gün    müğənni-
lərimiz  tərəfindən  sevilə-sevilə    tərənnüm    olun-
masıdır. 
 
Aşıq,  Gəncəli dağlar,
 
Dibi  yoncalı dağlar.
 
Yarından  ayrı  düşən,
 
Haçan  dincəli, dağlar. 
 
Aşıq, günlər  uzunu,
 
Tel sünbüllər  uzunu,
 
Çəkərəm  yar  həsrətin,
 
Aylar, illər  uzunu. 
 
Aşıq, itkin  diyara,
 
Xalın  itkin  diyara,
 
Yarı  məndən eləyən,
 
Düşsün  itkin  diyara. 
 

 
52 
 
“Yaxşı-Yaman”  dastanında  Lələni  Yaxşıya 
qısqanan onun əri Zamandır ki, Lələ onu Yaman 
adlandırır.  Yaxşının  dünyaya  gətirdiyi  Lələ 
daşdan  yaranmışdı.    Lakin    ondan    fərqli  olaraq 
Sa
rı  Aşıq  real zəmində Qara  İbrahimin  oğlu ki-
mi  dünyaya  gəlir  və  Maqsudlu  Salman  bəyin  
qızı  Yaxşıya  aşiq olur.  Qızın atası  Salman  da, 
anası  Zeynəb  də  Yaxşını aşığa  verməyə  ürək-
dən  razıdırlar.  Lakin  qızın  üç  qardaşı  bunun  
əleyhinədir, xüsusilə  qardaşı   İman  bu  işin tam  
əleyhinədir.  İman    bütün    əsər    böyu  mübarizə  
aparır ki,  Yaxşı  ilə Aşiq  evlənməsin.
 
İstər  bayatılı  dastanlarımız  olan  “Yaxşı-
Yaman”, istərsə  də çoxvariantlı  “Arzu-Qəmbər”  
dastanları  başqa  şəkildə  qurulmuşdur.   Belə  ki, 
onların heç  birində ustadnamə  yoxdur. “Yaxşı və 
Aşiq” dastanının quruluşu, xüsusilə birinci  hissəsi  
ənənəvi  qoşma dastanlarımız  kimi  qurulmuşdur. 
Fərq  ondan  ibarətdir  ki,  “Şah    İsmayıl  və  Gülü-
zar”, “Xəzəngül və  Dilsuz”  kimi  dastanların  əv-
vəlində  üç  qoşma – ustadnamə verildiyi  halda, 
“Yaxşı  və  Aşiq”    dastanının  əvvəlində  üç  bayatı 
verilmişdir. Məlumdur ki, ustadnamələrdə  dastan 
yaradıcısı və  ya  dastan  söyləyən özünün həyata  
baxışını,  fəlsəfi  düşüncəsini bu  ustadnamələrdə 
ifadə edir. Sarı Aşığın ustadnamə  yerində  verilən  

 
53 
bayatılarında  həmin  məzmunda  nümunələr    ver-
mişdir. 
 
Aşıq,  yarıdan keçər,
 
Gecə  yarıdan keçər.
 
Namərdlə  dost  olanın,
 
Ömrü  yarıdan  keçər. 
 
Və  yaxud: 
 
Mən  aşiq, oda  giryan,
 
Pərvanə  oda  giryan.
 
Mən  dedim, oddan  kənar,
 
Demədim, oda  gir, yan? 
 
Sarı Aşığın dastan yaradıcılığında əvvəl  ya-
rat
dığı  kiçik  süjetli  bayatılı  hekayələr, bayatı-
deyişmələr, bayatı-bağlamalar  onun  geniş  süjetli  
dastan  yaradıcılığına  doğru  getdiyindən  xəbər  
verirdi.  Bayatı-deyişmələrə  bir  nümunə: 
 
Mən  aşiq, odu-budu,
 
Sözümün  canı  budu. 
Qoy  səndən  bir  soruşum,
 
Kür  neçə  batman  sudu. 
 
Cavab:  
 

 
54 
Mən  aşiqəm, aş  üstə,
 
Aş  bişirirəm, daş  üstə.
 
Sən o  Kürü  əyləsən,
 
Mən  ölçərəm  baş  üstə.
1
 
 
S
arı  Aşığın  müşahidə  qabiliyyəti  çox    güc-
lüdü
r. O, təkcə  özünü yox, bütün  məhəbbət  aşiq-
lərini    düşünür.  Aşiqləri  bircə  mühit    sıxmır, 
aşiqin biri  həssas, o  biri  laqeyd  olanda  da  eş-
qin    mənasını  duyan  və  onu  yüksək    qiymət-
ləndirən    insan    vicdan  əzabı    çəkir.    Sarı  Aşıq  
belələrinin  də  dərdinə  şərik  olur.
 
Bir  gün  Sarı  Aşıq  harasa  gedirmiş.  Görür  
ki,  bir  oğlanla  bir  qız  bir  yerdədirlər.  Oğlan  
laqeyd  bir  insandır, ağacla qanqal  budayıb  ye-
yir, qız  isə  həsrətlə ona  baxır.  Qız  gözləyir ki, 
bu,  nə  zamansa  dönüb onunla  söhbət  edəcək, 
eşqinə cavab  verəcək, yanan ürəyinə  su  səpəcək. 
Qızın  bu  təlaşı, oğlanın laqeydliyi həssas qəlbli 
aşığı  yerindən  tərpədir,  qəlbini    riqqətə    gətirir. 
Həmin  təsir  nəticəsində aşağıdakı yurdlu-cinaslı  
bayatısı  yaranır: 
 
Mən  aşıq,  bu   damaqda,
 
Bu  kefdə, bu  damaqda.
 
                                                 
1
 
Xalqın söz mirvariləri (toplayanı  və tərtib edəni Sədnik Paşayev), 
Azərnəşr, 1999. səh. 71-72 

 
55 
Maya  nər  sevdasında,
 
Nər qanqal  budamaqda. 
 
Sarı  Aşıq  öz  halına  da  yanır ki, gör  mən  
nə  çəkirəm, nə  kefdə, nə  damaqdayam. Öz  sev-
gilisi    ilə   bir   yerdə  olan  nə kefdə,  damaqdadır;  
Nər    sevdasında    olan    mayanı    unudub,  qanqal  
budayıb  yeyir. Aşığı incidən bu təzaddır; biri yar  
həsrətindədir, o  birisi  bu  eşqə layiq  deyil. Çünki  
biga
nədir.  Daha  doğrusu,  qanqal  budayandır, 
qanqal  müştərisidir. Eşqə layiq  adamlar  isə  Sarı  
Aşıq  kimi    hicran  əzabı  çəkir,  yar  həsrəti  onu  
boğub  öldürür.
 
Bu  həm  də  Sarı  Aşığın  hər  şeyi  qabaqca-
dan    duyması,  görməsi,  seçə    bilməsi,    qabiliy-
yətinin  olduğunu da təsdiq  etməkdədir.  Dastan-
da, Sarı  Aşıqla bağlı  çoxsaylı  rəvayətlərdə  aşığı  
dönə-dönə sınağa  çəkən  ərgən  qızlar  olur.  Hər  
dəfə  də sınaqlardan qalib çıxır və kənd  qızlarının  
min
nətdarlığı    ilə    qurtarır.    Bir  sözlə,  aşıq    hər   
yerdə    dərin    ağıl,  bilik    müşahidə    sahibi    kimi 
qiy
mətləndirilir. Şəkilcə  fərqlənən  bu  tapmaca-
müəmma  da Sarı  Aşığa  şöhrət  gətirir.
 
Çox  söhbətdən  sonra  qızlardan  biri  dedi: 

A    bacılar,  pencər    yığan    qızı    görürsüz.  
Elə  bil  gəmisi  dəryada  qərq  olub.  Yəqin  onun  

 
56 
qəriblikdə   sevgilisi  var. Qarnı  yanmış  gör  nə  
fikirlidir  ha? 
Yəqin  ağlayır.
 
Bir  qız  dedi:
 

Deyirlər,  Aşıq    haqq    aşığıdır,  ürəklərdə  
olan hər  sözü  bilir. Aşıq  desin  görək  o  pencər  
yığan  qızın  ürəyindən  nə  keçir 
 
Aşıq  deyir:
 

Baş  üstə, deyim: 
 
Mən aşıq, dərmə - dərmə,
 
Dərməni  dərmə - dərmə, 
Əkilməmiş   bostandan, 
Tikilməmiş  çardaxdan,
 
Doğulmamış  bir  oğlan,
 
Çağırır  dərmə-dərmə. 
 
Qızlar  soruşdular:
 

İndi  açıq  de.
 
Aşıq  deyir:
 
 

Qızın    könlündən    keçir.  “Kaş  bir  oğlan  
olaydı,  burada  bostan  əkəydi.  Mənim  də  bir  
oğlum olaydı, bostanın  qırağında bir qəlbi  çardax  
tikəydi.  Çardaxda  oturub  bostanı  qoruyaydı. 
Bostana  girən  olanda  oğlum  çağırıb  deyəydi: 
Bostana girən, yemişləri dərmə - dərmə”.  

 
57 
Qızlar    pencər    yığan    qızın    yanına    gedib  
and  verib  dedilər: - Ay  qız, niyə  fikirli  idin? 
Fikrindən  nə  keçirdi.
 
Qız  fikrindən  keçənləri, aşıq  söylədiyi kimi 
onlara danışdı. Baxdılar  ki, hər  bir  söz  Aşığa 
əyandı”. 
Sarı  Aşığı  təkcə  gəlinlər,  qızlar,  adicə  el 
adamları  deyil,  onu  müdriklər,  alimanə  insanlar 
dönə-dönə  imtahana  çəkirlər,  sınaqdan  keçirirlər. 
Hər  şeyin  qabaqcadan  ona  əyan  olduğunu 
yoxlamağa,  sınaqdan  keçirməyə  çalışırlar.  Belə 
bir istedadın onda olduğunu gördükdə Sarı Aşığa 
əhsən deyirlər.  
Bir  dəfə  belə  bir  hadisə  olur.  Üzərinə 
müqəddəslərin  adı  yazılmış  yazılı  daşı  o  biri 
üzünə  çevirib  Sarı  Aşıqdan  soruşurlar:  -  Aşıq 
daşın  o  biri  üzündə  nə  yazılıb?  –  Bunu  bizə 
söyləsən sənə deməyə sözümüz qalmaz. Sarı Aşıq 
əlini daşın üstə qoyub deyir:  
 
 
Mən aşiqəm, bu daşa,  
Bu kirpiyə, bu qaşa,  
Allah, Məhəmməd, Ya Əli,  
Yazılıbdı bu daşa. 
 

 
58 
Sarı    Aşıq    lirik    şairdir.  O,  yaratdığı    kiçik  
və    məzmunlu    məhəbbət    təranələrində    həsrət, 
hicran, fədakarlıq və vüsaldan bəhs edir. Sevgili-
sinin uğrunda  çəkdiyi  iztirabları, keçirdiyi  həyə-
canları,  vüsaldan  duyduğu  sevinci    canlandırır. 
De
mək  istədiyi  hər şeyi  aydın, sadə və  şirin  de-
yir. O, sadə sözləri elə bacarıqla işlədir, bayatısını  
elə  məharətlə  qurur  ki,  adam  bildiyi,  yüz    dəfə-
lərlə eşitmiş olduğu fikirləri də indi birinci  dəfə  
eşidirmiş  kimi dinləmək istəyir. Məsələn: “Vəfalı  
dost  tək-tək  ələ  düşər”,  “Özünə  belə  dost  axtar”  
fikrini  çox  təkrar  etmişlər.  Təkrar  olunmuş  bu  
fikri  aşıq  belə  ifadə  edir:
 
 
Aşiqəm, bağda  dara,
 
Zülfünü  bağda  dara. 
Vəfalı  bir  dost  üçün,
 
Rumu  gəz, Bağdad  ara. 
 
Bu bayatılarda  təbiət  və cəmiyyət  hadisələri  
yığcam, dörd  kiçik  misrada elə  bacarıqla  verilir  
ki, müəyyən hadisə və məsələ haqqında oxucuda  
bitkin  bir    təsəvvür  yaranır.  Bəzən    böyük  bir  
romanın, bir  hekayənin  məzmunu  vermiş kimi  
olur. 
Buxarı  qurum saxlar,
 
Od  yanar, qurum saxlar.
 

 
59 
Aşiq  geyən  libası,
 
Geyməsin  qurumsaxlar. 
 
Aşığın    bayatılarında    klassik    ədəbiyyatın  
təsiri  açıq  hiss  olunur. Bayatılarda  kitab  ifadə-
ləri  çox  işləndiyi  kimi, bəzən  məzmununda  da  
təriqət və  dini  təsirlər  nəzərə  çarpır. Bu  cəhət-
dən   aşağıdakı bayatı  səciyyəvidir. 
 
Bu  aşiq, zində  deyil,
 
Əqli  özündə  deyil,
 
Kim  deyir  haqq  camalı,
 
Yaxşı  üzündə  deyil.
 
 
Sarı Aşıq günəşin təcallasını Yaxşının nurlu 
sif
ətində görür.
 
Aşığın  bayatılarında  məişətdən  gələn  ifa-
dələr    daha  çoxdur.  Onun  istedadının  gücü  də 
bura
sındadır. Məsələn: 
 
Zülfün suda  mar  kimi,
 
Oynar  su damar  kimi.
 
Sızıldadır  aşiqi,
 
Yağa  su  damar  kimi. 
Burada  yalnız  mar  kəlməsi  nisbətən  xalq  
i
fadəsinə    yabançıdır.  Lakin    yağa    su    damması  
ilə  aşığın  sızıldamasının  müqayisəsi  həm    qüv-
vətli, həm  də  həyatidir.
 

 
60 
\\
Aşıq sadə  sözlərlə  elə bacarıqlı  təzadlar  
yaradır ki, oxucu  heyrət etməyə  bilmir. 
 
Bu  aşiq,  oda yandı,
 
Od tutdu  
oda  yandı.
 
Yar  çəkdi mən  yeridim,
 
Mən  çəkdim  o,  dayandı. 
 
Həmin  cinaslı  bayatını  başqa  bir  məzmunda 
da dilə gətirir: 
 
Mən aşıq, dağda yandı,
 
Şamaman tağda yandı.
 
Arxamı dağa verdim,
 
Alışdı dağ da yandı. 
 
Bir-
birindən  təzadlı,  yeni  təşbihlərlə  bəzən-
miş, bənzərsiz, oxşar, lakin məzmunca çox fərqli 
cinaslı bayatılar yaradır.  
 
Mən aşiqəm, yandırar, 
Ocaq qordu, yandırar,  
Eşqimdən od almışam,  
Odum 
səni yandırar.  
Yaxşıynan  əlaqədar  bir-birindən  fərqli,  bən-
zərsiz,  yeni  təşbihlərlə  bəzənmiş  elə  cinaslı 
bayatılar  yaradır  ki,  insan  öz  heyrətini  gizlədə 
bilmir.  

 
61 
 
Buxarını az qala,  
Odun gətir, az qala,  
Bir ox atdı Yaxşı yar,  
Öldürmüşdü az qala.  
 
Nə  qədər  Yaxşının  yolunda  əzab,  əziyyət, 
iztirab  çəksədə  Yaxşıya  bildirir  ki,  sən  çağırsan, 
son nəfəsdə olsam belə yenə gəlləm. 
 
 
Mən aşiq, yenə gəlləm,  
Ay aşıq, yenə gəlləm,  
Bilsəm son nəfəsdəyəm,  
Çağırsan yenə gəlləm.  
 
Sarı  Aşıq  Azərbaycan  söz  xəzinəsinə,  söz 
lüğətinə,  söz  külçəsinə  elə  dərindən  bələddir  ki, 
oradan cinaslar seçməkdə, heç bir çətinlik çəkmir. 
Əvvəlki  cinaslı  bayatının  davamı  kimi  səslənən 
aşağıdakı bayatıya xüsusi diqqət yetirək: 
 
Aşığam, su dayandı,
 
Sel gəldi, su dayandı. 
 
Özümü suya vurdum,
 
Odumdan su da yandı. 
 

 
62 
Və yaxud başqa bir bayatı nümunəsinə nəzər 
yetirək: 
 
Mən aşiq, Güləbirdə, 
Yol gedir Güləbirdə. 
Yaxşı yar qarşı gələ, 
Üzümə gülə bir də.  
 
Sarı Aşığın bayatıları çoxsaylı  bayatılar içə-
ri
sindən  boy  verib  görünür.  Sayılıb,  seçilir,  tanı-
nır. Onun məna yükü, fikir əlvanlığı insanı hər də-
fə heyrətdə buraxır.  İnsan can atır ki, Sarı Aşığın 
ba
yatılarını  çox  eşitsin,  çox  dinləsin.  Onun  nadir 
inci
lərini tapıb əldə etsin.
 
Sarı  Aşığın bayatıları  belə  sadə, aydın  və  
dərin məzmunlu olduğu üçün xalq tərəfindən  se-
vilib  ağızdan-ağıza,  nəsildən-nəsilə  keçərək  əsri-
mizə  qədər  yaşamışdır.
 
Məlumdur  ki,  XVII    əsrdə    yaşamış    Sarı  
Aşığın  xalq  şeirimizin inkişafında  mühüm  rolu  
ol
muşdur. O, bayatı  yaradıcısı kimi  böyük  şöh-
rət    tapmışdır.  Bu    gün    xalq    içərisində    Sarı  
Aşığın  adı  ilə  bağlı  yüzlərlə  bayatı  yaşamaq-
dadır.  Onların  bir    çoxunda    Aşığın    acılı-şirinli   
həyatının müəyyən  anları, bəlalı  sevgisi  yüksək  
bədii  şəkildə  öz   əksini  tapmışdır. Sarı Aşığın 
məhəbbəti  xalq  içərisində  geniş  yayılmışdır.  
Məhz  onun  həyatı  ilə  bağlı  müstəqil  dastanın 

 
63 
yaranması tamamilə təbiidir. Bu baxımdan “Yaxşı  
və    Aşıq”  dastanı    folklorumuzda    yeni    hadisə  
kimi  qiymətləndirilməlidir. Lakin etiraf etməliyik 
ki,  Lələnin  “Yaxşı-Yaman”  dastanı  formalaşmış 
və  klassik  dastan  nümunəsi  kimi  səslənir.  Lakin 
Sarı  Aşığın  “Aşiq  və  Yaxşı”  dastanı  hələ  də 
özünün  təkamülünü  yaşamaqdadır.  Bizə  məlum 
olan  üç  bayatılı  dastanımız  var:  “Arzu-Qəmbər”, 
“Yaxşı-Yaman”  və  “Aşiq  və  Yaxşı”.    Bu 
dastanların üçü də dağ kultu ilə bağlıdır. “Yaxşı-
Yaman”  dastanının  qəhrəmanı  Lələ  təkrar-təkrar 
deyir:  “Yaranmışam  daşdan  mən”.  “Arzu-Qəm-
bər” dastanında Bakı dialektində Qəmbərin məna-
sı  daş  deməkdir.  Sarı  Aşıq  öz  ustadını  yamsıla-
yaraq tez-tez deyir: 
 
Kiprikdən mən, qaşdan mən,
 
Yemərəm hər aşdan mən,
 
Nə atam var, nə anam,
 
Yaranmışam daşdan mən. 
 
Əlbəttə, Sarı Aşıq özünün tək və yetim olma-
sına işarə edərək özünün daşdan yarandığını, qo-
humsuz,  əqrəbasız  olduğuna  işarə  edir.  Biz  bunu 
“Yaxşı-Yaman”  dastanında  olduğu  kimi  Lələ  ilə 
müqayisə edə bilmərik. Doğrudan da, Lələ daşdan 
yaranmışdır. Sarı Aşıq isə özünü məcazi mənada 
daşdan yaranmış hesab edir. 

 
64 
Əhliman  Axundovun  tərtib  etdiyi  “Sarı 
Aşığın  bayatıları”  kitabının  sonunda  bir  neçə 
qoşma  verilmişdir.  Bizə  görə  bu  ya  başqaları 
tərəfindən    Sarı  Aşığa  həsr  edilmiş  qoşmalardır, 
yaxud  da    Sarı  Aşıq  gəncliyində  bayatılar  düzüb 
qoşarkən  tənburdan  və  ya  cürə  sazdan,  ömrünün 
kamilləşmiş  dövrün  də  isə  sazdan  istifadə  etmiş, 
zəngin  bayatı  yaradıcılığı  ilə  yanaşı  tək-tək 
qoşmalar  da yaratmışdır. “A Yaxşı” qoşmasından 
iki bənd nümunə: 
 
Şikar edib tutdum bir şux tərlanı, 
Sən etdin ağlımı zail, a Yaxşı. 
Səni sevən keçər canı-sərindən, 
Olar camalına mail, a Yaxşı. 
 
Məni sana aşiq etdi yaradan, 
Səg rəqibi haqq götürsün aradan, 
İstəyirsən xəbər tutgil Saradan, 
Yollarında mənəm sail, a Yaxşı.
1
 
 
 
Sarı  Aşıq  yenə  də  Lələ  kimi  Yaman  əlindən 
dad çəkir və deyir:  
 
                                                 
1
 
“Sarı Aşıq”. (toplayanı və tərtib edəni Əhliman Axundov). Bakı, 
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı. 1966. səh. 80 

 
65 
Yamanın Yamandır səsi,  
Dad olar, eyləmə bəhsi, 
Xəmiri çox soyuqdur,  
Yapsan küt gedər kündəsi.  
 
Sarı  Aşıq  yamanları  lənətləyir,  insanları  özü 
kimi doğru olmağa, quyu qazmamağa çağırır.
 
Sarı Aşığın ədəbi irsini tam toplayıb əldə etmə-
dən onun qoşma yaradıcılığı haqqında  saz götürüb, 
el,  elatı  gəzməsindən  məclislər  keçirməsindən 
söhbət  açmaq  olmaz.  Bizim  vəzifəmiz  Sarı  Aşığın 
bitib  tükənməyən  ədəbi  irsini  səbrlə  toplayıb  üzə 
çıxarmaqdan və tədqiqata cəlb etməkdən ibarətdir. 
Akademik Mirzə  İbrahimov bütün bunları  nə-
zərə alaraq yazır: “Aşıq poeziyamızın  bir çox  mə-
sələlərinin  aydınlaşmamış  qaldığını  Sarı  Aşığın 
həyatı  və  yaradıcılığı  haqqındakı  məlumatın 
naqisliyi aydın göstərir”.
1
 
Cəsarətlə    demək  olar  ki,    Sarı  Aşığın  cinaslı 
bayatıları,  bağlama-bayatıları  haqqında  bu    və  ya 
digər  şəkildə  fikir  və  mülahizələr  söylənilmişdir. 
Lakin Sarı Aşığın həyatı və şeirləri ilə bağlı “Yaxşı 
və Aşiq” dastanı tam araşdırılmamışdır. 
II  FƏSİL 
 
SARI   AŞIĞIN  BAYATI  ZİRVƏSİ 
                                                 
1
 
Mirzə İbrahimov. Aşıq poeziyasında realizm.  Azərbaycan Elmlər 
Akademiyası nəşriyyatı,  Bakı, 1966. səh. 37 

 
66 
 
XVII  əsrin  nəhəng  simalarından  olan  Sarı  
Aşığın  bayatı  yaradıcılığı Azərbaycan  ədəbiyya-
tında  xüsusi  bir  mərhələ təşkil edir.  Sarı  Aşıq-
dan  əvvəl və sonra yaşayıb-yaratmış şifahi və ya-
zılı  ədəbiyyat  nümayəndələrindən  bayatı  yaradı-
cılığında    heç biri onun  fəth  etdiyi  zirvəyə  ucala 
bilməmişdir.  Sarı    Aşıq  uzun    və  mürəkkəb  bir  
yaradıcılıq  yolu  keçmişdir.  Sarı    Aşığın    yaradı-
cılığı    olduqca    zəngin    və  çoxcəhətlidir.    Onun  
yaradıcılığına  ənənəvi bayatılar, cinaslı bayatılar 
bağlama-bayatılar,  bayatı-deyişmələr,  bayatılı  rə-
va
yətlər, dastan  və  hekayətlər  daxildir.
 
Azərbaycan  ədəbiyyatı  tarixində  iz  qoyub  
getmiş,    mükəmməl    yaradıcılıq  ənənələri    olan  
sənətkarlardan  biri  də  Sarı  Aşıqdır.  Azərbaycan 
xalq    bayatılarının  inkişafı    tarixində,  bu  janrın 
poe
tik    imkanlarının    açılmasında,  ədəbi    növlər  
içərisində  onun    misilsiz    şöhrət    qazanmasında  
Sarı    Aşığın  xidmətləri  böyükdür.  O,  özünün 
yaradıcılığı    timsalında  sübut  etmişdir  ki,  yeddi 
hecalı,  dörd  misralı  bayatıda  böyük    fikirlər, 
hisslər    ifadə    etmək,  yaddaqalan  bədii    lövhələr  
yaratmaq  mümkündür.
 
Biz  Sarı  Aşıqdan  əvvəl  yazılı  və  şifahi  ədə-
biyyatımızda yazıb-yaradan sənətkarların, o cüm-
lədən  Ş.İ.Xətainin,  Dirili  Qurbaninin,  M.Əma-

 
67 
ninin,  Tufarqanlı  Abbasın  şeirləri  içərisində  də 
bayatı  nümunələrinə  rast  gəlirik,  Ş.İ.Xətainin 
(XVI  əsr)  on  bayatısı  çap  olunmuşdur.  Biz  isə 
onun xalqın dilində yaşayan bir bayatısını nümunə  
veririk: 
 
Xətai can, gül  azar,
 
Bülbül  eylər, gülə zar.
 
Taclı  yar  seyrə çıxıb,
 
Gül  içində  gül  azar. 
 
Dirili Qurbaninin (XVI  əsr)  poeziyasında da  
ara-
sıra  bayatı  nümunələrinə  rast  gəlmək  müm-
kündür: 
 
Qurban
ı, çaldı  məni,
 
Odlar
a   saldı  məni.
 
Qoymadı  murad  alam,
 
Talx  ilan  çaldı məni. 
 
Tufarqanlı  Abbas  (XVII  əsr)  təcnis  və  cı-
ğalı  təcnis  şeir  formalarına  meyl  göstərdiyin-
dən  bayatı  yaradıcılığına,  xüsusilə  cinaslı-ba-
yatılara  daha  böyük  əhəmiyyət  vermişdir.  Məsə-
lən:
 
Mən aşığam, Gülgəzə,
 
Gül  axtara, gül  gəzə.
 
Abbas  bir gül  göndərdi,
 

 
68 
Nişanlısı Gülgəzə. 
 
Və  yaxud: 
 
Aşiqəm,  Gülgəzə,
 
Sona gərək göl gəzə,
 
Qoy, bağı bülbül  gəzsin,
 
Ayağı yox gül gəzə. 
 
Etiraf  etmək lazımdır ki, bayatı yaratmaqda 
Sarı  Aşıq  sələflərindən  çox  irəli  getmişdir.  Onun 
ba
yatıları öz  məna, məzmun  və  forma gözəlliyi  
ilə  seçilir. O, bayatını  kiçik  bir  janr  kimi  deyil, 
böyük imkanlara malik şeir forması kimi qiymət-
ləndirir. Hər birini məqsəd və ideyasına uyğun  bi-
çim
ləndirir,  bir-birindən  gözəl,  bitkin  sənət    in-
ciləri  yaradır.
 
Bayatı  janrının  adını  çəkəndə  dərhal  göz 
önündə Sarı Aşıq dayanır. Adama elə gəlir ki, Sarı 
Aşıq  bütövlükdə  bayatı  yaradıcılığının  varisidir. 
Bayatı    yaradıcılığında  çoxlarının  adı  ya    ta-
mamilə  unudulmuş, yaxud da unudulmaq  üzrə-
dir. Bunun əksinə olaraq Sarı Aşıq bu  sahədə  öz  
təsirini  və  gücünü daha çox hiss  etdirir.
 
Xalq  poeziyasında  özünə  əbədi  və  ölməz  
abi
də qoymuş Sarı Aşığın ecazkar sənətinin sirləri 
açıldıqca,  biz  onun  böyüklüyünü  daha  aydın   
görürük.
 

 
69 
Bütün bu dəlillər onu göstərir ki, ədəbiyyatda 
Sarı  Aşıq  ənənələri  elə-belə,  birdən-birə  yaran-
mamışdır, bu ənənələrin  yüz illər  boyu  baş  alıb 
gələn çox möhkəm əsasları vardır. Lakin bununla  
belə, etiraf etmək lazımdır ki, bayatı  yaratmaqda  
Sarı  Aşıq  sələflərindən çox  irəli getmişdir. Onun  
bayatıları  öz  məna,  məzmun  və  forma    gözəlliyi  
ilə  seçilir. O, bayatını  kiçik  bir poetik  janr  kimi  
deyil, böyük  im
kanlara  malik  şeir  forması  kimi  
dəyərləndirə  bilmiş,  ən  dərin  fikirləri,  ən  incə  
mətləbləri  lakonik  şəkildə - cəmi  dörd misranın  
çevrəsində  çatdırmağı  bacarmışdır.
 
Yazılı    və  şifahi  poeziyanın  başqa    janrları 
ilə müqayisədə demək olar ki, bayatı  xalq  məişə-
tinə  daha  çox  yaxındır. Bir  qədər obrazlı  desək, 
bayatı  xalqın  bağrının  başından  qopmuşdur.  
Məhz  buna  görə də belə kütləvi poeziya xəzinəsi 
daxilində  “əriməmək”,  fərdi  mövqe  qazanmaq 
olduqca çətin  bir  məsələdir. Sarı Aşıq bu zəngin 
xəzinə daxilində, nəinki itib-batmamış, hətta o, öz  
istedadının  qüdrəti  ilə  həmin  sahədə  xüsusi  
mövqe  qazana  bilmişdir.  Bax, Sarı Aşığın  bir  
sənətkar  kimi  böyüklüyü  bundadır.
 
Sarı Aşığın  Azərbaycan  ədəbiyyatındakı  rol  
və  mövqeyini    yalnız  XIX  əsr  aşıq  şeirimizin  
görkəmli  nümayəndəsi  Aşıq  Ələsgərlə  müqayisə 

 
70 
etmək mümkündür. Sarı Aşıq Azərbaycan ədəbiy-
yatının bayatı, Aşıq Ələsgər isə qoşma  qanadıdır. 
Neçə-neçə  sənətkar Sarı Aşıqdan sonra sənət 
meydanına  gəlmiş:  Xəstə  Qasım,  M.V.Vidadi, 
M.P.Vaqif, Kazım ağa Salik, Q.b.Zakir, Aşıq  Hə-
mayıl,  Aşıq  Pəri,  Məhəmməd    bəy  Aşiq,  Aşıq  
Bəsti  və  başqaları  onun  bayatı  yaradıcılığına  
xüsusi ma
raq    göstərmişlər.  Yaxşıya  olan    ülvi 
məhəbbətini  və  istəyini  yüksək  qiymətləndir-
mişlər.
 
Sarı  Aşıq  özü  də  bunu  qabaqcadan bilirdi 
ki,  “eşqdən  cünun  olan”lar  dərdini  onda  tapa-
caqlar. Çün
ki o, dərdiməndir, dərdi də dərdiməndə  
deyərlər. 
 
Mən  aşıq, dərdi  məndə,
 
Hər dərdin, dərdiməndə.
 
Eşqdən  cünun olanın,
 
Tapılar  dərdi  məndə. 
 
Sarı  Aşığın  qəlbini  dərindən  oxuyan,  duyan  
Q.b.Zakir  bir  bayatısında belə  deyir: 
 
Gəldi  bir  yaxşı  suvar,
 
Gir  bağa,  yaxşı  suvar.
 
Aləmin  malı, mülkü,
 

 
71 
Aşiqin  Yaxşısı  var.
1
 
 
Bayatı Q.b.Zakirə  məxsus  olsa  da,  burada  
Sa
rı  Aşığın  nəfəsi,  amalı  yaşayır. “Aləmin  ma-
lı, mülkü  var”.  Amma  Sarı  aşığın  bircə Yaxşı-
sı. Q.b.Zakir  də  bu  bayatıda  Sarı  Aşığın öz  eş-
qin
dən  dönməzliyini, yar yolunda mətinliyini ifa-
də  etmişdir. Məhəmməd  bəy  Aşiq  də  Sarı  Aşı-
ğı Yaxşısız təsəvvürünə gətirə  bilmir.  Sarı  Aşıq-
la  Yaxşının  eşq  macərası  sonralar dillər  əzbəri  
olmuş, çoxları bu  eşqə  həsəd aparmışlar. Çoxları  
özünü  Aşığa, sevgilisini də Yaxşıya bənzətmişlər. 
Bunlardan  biri  də  Məhəmməd bəy  Aşiqdir: 
 
Qarşıda  yaxşı  Pəri,
 
Tərlanın yaxşı pəri.
 
Mən aşiqdən  yaxşıyam,
 
Yaxşıdan,  yaxşı  Pəri. 
 
Sarı Aşığın yaratdığı qafiyələr  öz  dövründə  
və  özündən  sonrakı  aşıq  ədəbiyyatımızda təcnis  
yaradıcılığının inkişafında mühüm rol oynamışdır.
 
“Məlumdur  ki,  Sarı    Aşıq  bayatı    ustasıdır.  
Bu  saat onun adı ilə bağlı olan  qəbir  də, kümbəz 
də  zaman  keçdikcə yer üzündən silinib  gedəcək, 
                                                 
1
 
Qasım bəy Zakir. Əsərləri, Azərbaycan EA Nəşriyyatı, Bakı, 
1964. səh. 522 

 
72 
lakin  xalq  şeirimizin  ən  gözəl  inciləri  olan Sarı 
Aşıq bayatıları ürəklərdən silinməyəcək, dillərdən  
düşməyəcəkdir”.
1
 
Sarı Aşığın bayatıları  xalqımı-
zın məişətinə, psixologiyasına uyğun tərzdə yara-
dılmışdır.  Onun  bayatıları  bənzərsiz  şəkildə  dü-
züm
lənmiş, nadir xalq inciləridir. Sarı Aşığın  ba-
yatıları ümumxalq  xəzinəsi içərisində  bir inci ki-
mi 
seçilir, tanınır. Sarı Aşığa məxsus olduğu  dər-
hal    biruzə  verir.  Sarı  Aşıq  yalnız  geniş  müşahi-
dələrinə  arxalanmır.  O,  həmçinin  elmi  kitablara, 
dini  ayinlərə  bələd  bir  şəxsiyyətdir.  Ona  görə  də 
o,  hansı  mövzuya  müraciət  edirsə  onun  bədii 
həllini  hər  kəsdən    güclü  bir  şəkildə  həll  etməyi 
bacarır.  “Arzu-Qəmbər”,  “Yaxşı-Yaman” dastan-
la
rında  olduğu  kimi,  Sarı  Aşığın  da  bayatıları 
müəyyən  hadisəyə,  süjet  və  epizoda  bağlı  oldu-
ğundan özünü mühafizə  edib,  saxlaya  bilir. 
Məsələn:
 
 
Aşıq, minayə dəyər,
 
Xalın Minayə  dəyər.
 
Ay var bir günə dəyməz,
 
Gün var min aya dəyər. 
 
                                                 
1
 
M.H.Təhmasib. Azərbaycan  xalq  dastanları (orta  əsrlər), Bakı, 
“Elm” nəşriyyatı, 1972, səh.  227. 

 
73 
Birinci  misrada  bayatıya  hazırlıq  verilir. 
İkinci  misrada  qarşıdakı  gözəlin  xalının  minayə 
(Mina  dağına)  bərabər  olduğuna  işarə  edilir. 
Üçüncü, dördüncü misralarda bayatının mahiyyəti 
açılır.  Elə  ay  var  ki,  bir  günə  bərabər  tutmaq 
olmaz.  Lakin  ömrün  elə  günü  var  ki,  o  min  aya 
bərabər  tutula  bilər.  Bu  müqayisələr,  təzadlı 
təşbihlər  Sarı  Aşığın  bayatılarını  bədii  cəhətdən  
ziynətləndirir. Onu ölməz bir abidəyə çevirir.
 
Sarı  Aşığın  deyim  tərzi,  yaradıcılığındakı 
bədii  boyalar  onun  bayatılarını  yazılı  və  şifahi 
xalq  poeziyasındakı  bayatılardan  tamamilə  fərq-
ləndirir.  Hər  kəs  onun  bayatılarını  oxuduqda  və 
dinlədikdə  bu  qənaətə  gəlir  ki,  mən  belə  yazıb-
yarada bilmərəm. Məsələn: 
 
Mən aşiq üz qanadı,
 
T
ərlanın üz qanadı.
 
Meh əsdi tel dağıldı,
 
Tel dəydi üz qanadı. 
 
Nə  qədər  zərif,  nə  qədər  incə  ifadələrlə 
işlənmiş bu sənət incisi hər kəsi heyrətdə buraxır. 
Sarı  Aşığın  sənətkarlığı-sənətkar  ucalığı  cinaslı 
baya
tılarda  və  bağlama  bayatılarda  özünü  daha 
ba
riz şəkildə göstərməkdədir. 

 
74 
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə